Gürcüstanda koronavirusdan üçüncü ölüm halı
Tbilisi infeksion xəstəxanasında müalicə olunan 86 yaşlı qadın COVID-19 virusunun üçüncü qurbanı olub.
Aprelin 7-ə olan məlumata əsasən, Gürcüstanda 195 koronavirusa yoluxma halı qeydə alınıb. 4735 nəfər karantində, 383 nəfər isə stasionarda nəzarət altında saxlanılır. 39 pasiyent sağalıb, 3 nəfər ölüb.
“O, nevroloji xəstəliklərdən əziyyət çəkirdi, onda ikitərəfli pnevmoniya vardı. Bütün bunlar həyatda qalmasına imkan vermədi”, – infeksion xəstəxananın rəhbəri Tengiz Tsertsvadze deyib. Onun sözlərinə görə, həkimlər yaşlı qadını xilas etmək üçün əllərindən gələni ediblər.
- Fövqəladə vəziyyət – hüquqlar və vəzifələr
- Qafqazda koronavirus. Yenilənir
- Tbilisi koronavirus epidemiyası günlərində, aprel gəldi. Video
Gürcüstanda pandemiyanın qarşısının alınması üçün martın 21-dən fövqəladə vəziyyət elan olunub.
Martın 23-dən virusun daxili yayılması təhlükəsi səbəbi ilə Kvemo Kartli regionunda iki şəhər – Bolnisi və Marneuli bağlanıb.
Martın 31-dən bütün ölkə ərazisində ümumi karantin və komendant saatı tətbiq edilib.