Gürcüstan, pandemiya: dördüncü dalğa gəlir, yoluxmuş uşaqların sayı artır, “Pfizer” gətirilib
Gürcüstana “Pfizer” gətirilib, uşaqlarda yoluxmaların sayı artır
İyulun 14-də Gürcüstana koronavirus əleyhinə 28 min doza “Pfizer” vaksini gətirilib. daha sonra müqavilə üzrə nəzərdə tutulmuş 1 milyon doza mərhələlərlə gətiriləcək. Xüsusilə uşaqlar üşün təhlükəli olan “yoluxmaların təhlükəli dördüncü dalğasının başlanması” xəbərdarlıqları səslənir.
“Pfizer”lə vaksinasiya
“Pfizer”in ilk dozası ilə peyvəndlənmiş hər kəsə ikinci dozanın vurulması zəmanəti verilir”, – xəstəliklərə nəzarət mərkəzinin direktoru Amiran Qamkrelidze deyib.
İlk mərhələdə “Pfizer”lə vaksinasiya yalnız üç şəhərin – Tbilisi, batumi və Kutaisinin yeddi tibb müəssisəsində aparılacaq. Vaksinasiya üçün booking.moh.gov.ge saytında qeydiyyatdan keçmək olar. Qeydiyyat saat 15:00-da başlayıb, lakin bundan az sonra məlumatlar gəlib ki, arzu edənlərin sayının çoxluğundan sayt müvəqqəti olaraq fəaliyyət göstərmir.
Təhlükəsizlik baxımından “Pfizer” və “AstraZeneka” vaksinləri ilə peyvəndləmə yalnız klinikalarda aparılır. Çin istehsalı olan “Sinofarm” və “Sinovak” vaksinlərini isə əlavə vaksinasiya mərkəzlərində vurduqmaq olar.
- Koronavirusun “delta” və “alfa” ştammları Azərbaycana çatdı
- “Ocağa” gəlməyin: Azərbaycan-Rusiya sərhədində nə baş verir?
Dördüncü dalğa və uşaqların yoluxması
Bir gün əvvəl səhiyyə naziri Tamar Qabuniya xəbərdarlıq edib ki, Gürcüstan koronavirus pandemiyasının dördüncü ciddi dalğasına daxil ola bilər.
Artıq yoluxmuş uşaqların sayı kəskin artmaqdadır – Tbilisidə açılmış 200-ə yaxın çarpayıdan biri də boş deyil. Hərçənd, epidemiyanın ikinci və üçüncü dalğalarında onlar praktiki olaraq boş idilər.
Gürcüstanda vaksinasiya prosesi 15 mart 2021-ci il tarixində başlayıb və yavaş sürətlə gedir. Bu günə qədər ölkə üzrə 310 332 nəfər peyvənd olunub, onlardan 120 479 nəfəri vaksinin hər iki dozasını alıb. Bu isə əhalinin dörd faizindən də azdır.
Gürcüstanda tam vaksinlənmiş insanlar arasında koronavirusa yoluxma həddi 0,3 faizdir.
Hazırkı ana olan vəziyyətə görə, ölkədə dörd növ vaksindən istifadə edilir – alman-amerikan istehsalı “Pfizer”, britaniya istehsalı “AstraZeneca”, Çin istehsalı “Sinopharm” (Pekin) və “Sinovac”.