Fransa Senatının Aşağı Palatası Dağlıq Qarabağın tanınmasının zərurəti haqda qətnamə qəbul edib
Fransa Senatının Aşağı Palatası Dağlıq Qarabağın tanınması zərurəti haqda qətnamə qəbul edib. 188 deputat “lehinə”, üç deputat “əleyhinə” səs verib.
Noyabrın 25-də eyni qətnaməni Senatın Yuxarı Palatası qəbul etmişdi. Amma ölkənin XİN-i tezliklə Fransanın Dağlıq Qarabağı tanımadığı haqda bəyanatla çıxış etdi.
Məsələ burasındadır ki, Senatın hər iki palatasının qətnaməsi tövsiyə xarakteri daşıyır. Yəni Nazirlər Kabineti qətnaməni nəzərə ala da, yerinə yetirməyə də bilər.
Dekabrın 3-də Senatın Aşağı Palatasında qətnamə layihəsinin müzakirəsi zamanı Fransanın XİN rəhbəri Jan-İv Le Drian artıq bildirib ki, Dağlıq Qarabağın tanınmasını danışıqlar prosesi üçün faydalı hesab etmir.
Bundan başqa, Qarabağın tanınması Fransanın münaqişənin nizamlanmasında vasitəçi kimi iştirak edə bilməyəcəyi deməkdir. Fransa sülh nizamlaması haqda danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir.
- Fransa Senatı “Dağlıq Qarabağın tanınmasının zərurəti haqda” qətnamə qəbul edib
- Fransa Dağlıq Qarabağı tanımır – XİN-in bəyanatı
Qətnamədə nə deyilir?
Fransa deputatları dinc əhalinin təhlükəsizliyini təmin etmək və sülhü bərqərar etmək üçün münaqişənin qəti həllinə nail olmağın zəruri olduğu fikrindədirlər. Bunun üçün onlar öz hökumətlərini Dağlıq Qarabağı tanımağa və digər Avropa tərəfdaşları ilə birlikdə təcili humanitar yardım göstərməyə başlamağa çağırırlar.
Qətnamədə Türkiyənin səyləri ilə hərbi əməliyyatlara terrorçu qruplaşmaları təmsil edən muzdluların cəlb edildiyi də deyilir və bununla əlaqədar olaraq Fransa parlamentinin deputatları Türkiyənin Aİ-ə daxil olması prosesinin davam etdirilməsi haqda məsələyə yenidən nəzərdən keçirilməsini təklif edirlər.
Fransa xarici işlər nazirinin bəyanatı
Jan-İv Le Drian Dağlıq Qarabağın tanınması zərurəti haqda qətnamə layihəsinin müzakirəsi zamanı bildirib ki, Ermənistan Dağlıq Qarabağı tanımır və bunu Fransadan xahiş etmir.
Nazir vurğulayyıb ki, deputatların mövqeyini anlayır və özü də müharibə günlərində Dağlıq Qarabağ ıhalisinə qarşı törədilmiş hərbi cinayətləri – qadağan olunmuş silahlardan və suriyalı muzdlulardan istifadəni qınayır.
Bununla əlaqədar olaraq diplomat sentyabrın 27-dən noyabrın 10-a qədər Qarabağda hərbi əməliyyatların gedişatında Azərbaycana həlledici dəstək verən Türkiyənin roluna da toxunub. Onun sözlərinə görə, məhz Türkiyənin Rusiya ilə rəqabəti regionda hərbi əməliyyatlara və qeyri-stabilliyə gətirib çıxarıb.
“Müharibə vaxtı bombardman nə xəstəxanalara, və məbədlərə mərhəmət göstərməyib. Minlərlə dinc sakin doğma evllərini tərk etməyə məcbur olub. Fransada heç kim Qarabağda baş verənlərə laqeyd qalmamalıdır”, – Jan-İv Le Drian deyib.