Baş nazir Nikol Paşinyan hələ bir ay bundan əvvəl martın 23-nə nəzərdə tutulmuş “inqilabi miqyaslı” iməcilik barədə elan vermişdi. Bu günlərdə özünün mətbuat konfransının gedişində o, yenidən ölkənin bütün sakinlərini təmizlik işləri görmək üçün küçələrə çıxmağa çağırmışdı.
O, ailəsi ilə birlikdə Yerevanda iməcilikdə iştirak edir. Eyni zamanda, baş nazir şəhərdəki yerdəyişmələri haqqında jurnalistlərə məlumat vermir ki, işləsin, müsahibə verməsin.
Hökumət üzvlərinin və deputatların bir hissəsi də bu dəfə ölkə sakinləri ilə birlikdə iməcilikdə iştirak edirlər.
Yerevanda səhər tezdən bütün icmaların sakinləri öz həyətlərini və ətraf əraziləri yığışdırırlar.
Bütün ölkə üzrə keçirilən iməciliyin təşəbbüskarı kimi Ərazi idarəetməsi və inkişafı nazirliyi çıxış edib. Zibilin yığışdırılması “Təmiz Ermənistan” proqramı çərçivəsində həyata keçirilir.
Tarixi və mədəni abidələr, parklar, icmalararası yollar və yaşayış məntəqələrinə yaxın ərazilər zibildən təmizlənir.
Bəzi küçələrdə təmizlik işləri səs-küylü və şən keçir – misal üçün, uşaqların ifasında mahnı sədaları altında.