Ermənistanda koronavirusa yoluxanların sayı üzrə yeni anti-rekord
Ermənistanda sutka ərzndə koronavirusa 1058 yeni yoluxma haqlı qeydə alınıb. Bu, kiçik ölkə üçün əsl anti-rekorddur.
Əhalisinin sayı üç milyon nəfərdən az olan ölkədə 58624 yoluxma halı qeydə alınıb. Onlardan 46713 nəfər sağalıb, 10561 nəfərin müalicəsi davam edir, 1039 nəfəri xilas etmək mümkün olmayıb. Martın 16-dan sentyabrın 11-ə qədər Ermənistanda fövqəladə vəziyyət hökm sürüb. Fövqəladə vəziyyəti 2021-ci il yanvarın 11-ə qədər davam edəcək karantin əvəzləyib. Karantinin əsas tələbləri maska rejiminə əməl etməkdir.
Baş nazirin müavini Tiqran Avinyan hələ bir həftə əvvəl, rəqəmlər bu qədər kritik olmadığı zaman artıq xəbərdarlıq etmişdi ki, əgər bu tendensiya davam edərsə, “səhiyyə sistemində ciddi problemlər yaranacaq”.
Təhsil Nazirliyinin oktyabrın 14-də qəbul etdiyi qərara görə, virusun daha çox yayılmasının qarşısını almaq üçün məktəblərdə vaxtından tez tətil elan olunacaq.
•Ermənistan hakimiyyəti koronavirusa yoluxmaların kəskin artımını proqnozlaşdırır
Məktəb tətili
Ümumtəhsil məktəblərində ikihəftəlik payız tətili noyabrın 2-dən başlamalı idi. Amma nazirliyin qərarına əsasən, uşaqlar oktyabrın 15-dən tətilə çıxacaqlar.
“Tədrisin bərpası haqda qərar iki həftədən sonra yaranmış vəziyyətə uyğun qəbul ediləcək, bu isə o deməkdir ki, şagirdlərin hərəkəti və ünsiyyəti əhəmiyyətli dərəcədə azalmalıdır”, – nazir Facebook səhifəsində yazıb.
Uşaq bağçalarının, rəsm, musiqi və idman məktəblərinin işi də dayandırılacaq.
Kolleclər və universitetlər distant təhsilə keçirilib.
Baş nazirin müavini: “Sayıq olun”
Baş nazirin müavini Tiqran Avinyan oktyabrın 7-də Ermənistan əhalisini sayıqlığı əldən verməməyə çağırıb, çünki virus fəal şəkildə yayılmağa davam edir.
“Ermənistan ordusu artıq 10 gündən çoxdur ki, Azərbaycan-Tütkiyə təcavüzünə və onların terrorçu muzdlularına qarşı bizim hamımızın yaşamaq haqqı, Ermənistanın, Artsaxın və diasporanın ayaqda qalması uğrunda münarizə aparır. Bugün biz cəbhədəki qəhrəman əsgərlərimizi hər cür dəstəkləməliyik. Arxa cəbhə güclü olduğu zaman ön cəbhə də güclü olur”, – Avinyan Facebook səhifəsində yazıb.
Baş nazirin müavini səhiyyə sistemində yarana biləcək problemlər haqda da xəbərdarlıq edib:
“Bizdə həm hərbi əməliyyatlada yaralananlara, həm də çox sayda həmvətənimizin koronavirusa yoluxmasına görə tibbi xidmət sahəsində problemlər yaranacaq. Bu, səhiyyə sisteminin resurslarının həddən artıq yüklənməsinə gətirib çıxara bilər”.