Britaniyanın baş naziri Boris Conson koronavirusa yoluxub
“Son 24 saat ərzində virusun yüngül əlamətlərini hiss etdim: öskürək və qızdırma. Test müsbət nəticə verdi”, – Conson bildirib.
Baş nazir qeyd edib ki, özünütəcrid rejiminə keçir, Dauninq-strit 10 ünvanındakı iqamətgahda qalacaq və işinə davam edəcək. Boris Consonun 55 yaşı var.
● Martın 25-də Britaniya taxtının varisi 71 yaşlı şahzadə Çarlzın koronavirus testi müsbət nəticə verib.
● Son məlumatlara görə, Böyük Britaniyada 11658 nəfər virusa yoluxub. 578 nəfər ölüb.
● “Time” jurnalının yaydığı xəbərə görə, Böyük Britaniya kraliçası İkinci Yelizaveta televiziya vasitəsilə xalqa müraciət edəcək. Bu, 68 illik hökmranlığı dövründə onun dördüncü fövqəladə tele-müraciəti olacaq.