Azərbaycanda xüsusi karantin rejimi elan edilib və yaşlı insanlara küçəyə çıxmaq qadağan olunub
Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq üçün martın 24-dən aprelin 20-ə qədər davam edəcək xüsusi karantin rejimi elan olunub. Nazirlər Kabineti bu qərarı gəlib.
Martın 23-ə olan məlumata əsasən Azərbaycanda 72 koronavirusa yoluxma halı qeydə alınıb. Bir nəfər ölüb, on nəfər sağalıb.
Xüsusi rejim çərçivəsində:
- 65 yaşdan yuxarı insanlara küçəyə çıxmaq qadağan olunur. Yalnız yaşayan yaşlı insanlara sosial xidmətlər göstəriləcək.
- Şəhərlərarası və rayonlararası sərnişindaşıma dayandırılır, Bakı, Sumqayıt və Abşeron yarımadasına giriş-çıxış məhdudlaşdırılır (məhdudiyyətlər təcili yardım, xilasedici və yükdaşıma maşınlarına aid edilmir).
- Bakı sakinlərinə metrodan daha az istifadə etmək, əvəzində eyni marşrutlarla (metro stansiyaları arasında) hərəkət edən ekspress avtobuslardan yararlanmaq tövsiyə olunur.
- İctimai yerlərdə 10 nəfərdən artıq qruplar şəklində toplaşmaq qadağandır.
Kafe, restoran və digər ictimai iaşə müəssisələri isə qısaldılmış rejimdə 12:00-dan 15:00-a qədər işləyəcək, sifarişlərin çatdırılmasına isə heç bir məhdudiyyət qoyulmur.
Xüsusi rejimi Daxili İşlər Nazirliyi nəzarətdə saxlayacaq.