Azərbaycanda koronavirusdan beşinci ölüm və 24 yeni yoluxma halı
Yoluxanların ümumi sayı 297 nəfərə çatıb
Azərbaycanda koronavirusdan beşinci ölüm və 24 yeni yoluxma halı qeydə alınıb. Beləliklə, yoluxanların ümumi sayı 297 nəfərə çatıb.
Sağalanlar 26 nəfərdir.
Ölkədə gücləndirilmiş karantin rejimi tətbiq olunub, insanlara xüsusi ehtiyac olmadan evdən çıxmaq qadağan edilib.
“Yoluxma dinamikası artır və bunun səbəbi bəzi vətəndaşların məsuliyyətsizliyidir”, – prezident İlham Əliyev bildirib.