AŞ nümayəndəsi Gürcüstanda siyasi böhranın həllinə dair təkliflərlə yenidən Tbilisidədir
AŞ nümayəndəsi Gürcüstanda siyasi böhranın həll haqda
Martın 29-da Tbilisiyə qayıdan Avropa Şurası prezidentinin şəxsi nümayəndəsi Kristian Denielson Gürcüstanın baş naziri, prezidenti və müxalifət liderləri ilə görüşlər keçirib. Yekunda o bildirib ki, martın 30-da ölkədəki kəskin siyasi böhranın nizamlanmasına dair öz təkliflərini təqdim edəcək.
“Demokratiya bütün tərəflərin maraqlarının nəzərə alınması deməkdir, bütün tərəflərin güzəştə getməsi deməkdir. Mənim məqsədim bu yanaşmanı realaşdırmağın vasitələrini tapmaqdır. Mənim nəzərimcə, nəticədə ən əsası seçki islahatı və ədalət mühakiməsi kimi problemlərin həlli metodları üzrə razılığa gəlməkdir. Əlbəttə, digər məsələlər də müzakirə olunacaq”, – Denielson deyib.
O, tərəflər arasında razılaşmanın imzalanması üçün tərəfləri məsuliyyəti öz üzərinə götürməyə çağırıb:
“Əgər razılaşma əldə edilərsə, qalib və məğlub olmayacaq, yalnız qaliblər olacaq. Əsas qalib isə Gürcüstan xalqı olacaq”
Gürcüstanda müxalifət regionlarda qiyama başlayır. “Hakimiyyət və rəqibləri – siyasi oyunbazlar?”
Gürcüstanın keçmiş baş naziri siyasətə qayıdır – “üçüncü qüvvə”, yoxsa “İvanişvilinin layihəsi”?
Şərh: “Gürcüstan müxalifəti kimlə danış(m)ır?”
Denielsonun Gürcüstan müxalifəti və hakimiyyəti arasında vasitəçi qismində ölkəyə birinci səfəri martın 12-dən 19-a qədər davam edib, hətta o, burada planlaşdırıldığından üç gün daha artıq qalıb. Amma heç bir razılaşma əldə olunmayıb.
Gürcüstanda siyasi böhran haqda
Gürcüstanda siyasi böhran 2020-ci ilin oktyabrında parlament seçkilərindən sonra başlayıb. Müxalifət seçkilərin nəticələrini tanımayıb və parlamentdə yerlərindən imtina edib. Nəticədə ölkə tarixində ilk dəfədir ki, faktiki birpartiyalı parlament fəaliyyət göstərir.
Vəziyyət 2021-ci ilin fevralında ən reytinqli müxalifət partiyasının – Vahid Milli Hərəkatın lideri Nika Meliya xüsusi əməliyyat nəticəsində həbs ediləndən sonra xüsusilə ağırlaşıb.Hazırda siyasi prooseslər küçələrdə davam edir, müxalifət və vətəndaş cəmiyyəti fəalları mütəmadi mitinqlər keçirirlər. Əsas iki tələb var: siyasi məhbusların azad edilməsi və növbədənkənar parlament seçkilərinin elan olunması.
ABŞ səfiri və Gürcüstanda akkreditasiyadan keçmiş difər diplomatların vastəçiliyi ilə danışıqların artıq bir neçə raundu baş tutub. Moderatorlar sırasında Avropanın ən nüfuzlu məmurlarından biri, Avropa Şurasının prezidenti Şarl Mişel də olub. Daha sonra bir həftəyə yaxın Tbilisidə danışıqlara onun şəxsi nümayəndəsi nümayəndəsi Kristian Danielson vasitəçilik edib, baş nazir İrakli Qaribaşvili isə vəziyyətin müzakirəsi üçün Brüsselə dəvət olunub.
Amma bütün görüşlər və turlar nəticəsiz olub. Hər iki tərəf – hakimiyyət və müxalifət bir-birini danışıqları pozmaqda ittiham edir.