Müxalif siyasətçinin qəza törədən oğlu həbs edilib
Arif Hacılının oğlu həbs edilib
Müxalif siyasətçi oğlunun yol qəzasına görə həbs edilməsinin Azərbaycan hakimiyyəti tərəfindən ona qarşı təzyiq vasitəsi kimi istifadə edildiyini bildirir. Sözügedən qəzanın video-görüntüləri sosial şəbəkələrdə yayılıb. Müşahidə kameralarının qeydə aldığı videoda iki maşının toqquşması əks olunub. Heç bir maşının sürücüsü xəsarət almayıb.
- Saxlanılmış Madat Babayan Xocalı faciəsi qurbanlarının basdırıldığı kütləvi məzarlıqların yerini göstərib
- “Ermənistanda iqtisadi artım qeyri-sabitdir”: vəziyyətin təhlili və ekspertin proqnozu
- Böyük müharibə mümkündürmü? Bakıdan baxış
Noyabrın 2-də Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Bu barədə onun vəkili Nemət Kərimli məlumat verib. Vəkil bildirib ki, ona qarşı Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrilə ittiham irəli sürülüb.
“Özü ittihamları qəbul etmir. Məhkəmədə dedi ki, onun qarşısındakı avtomobil gözlənilmədən qanunsuz olaraq sola dönmə manevri edib, ona görə də qəza baş verib. O, həbsinin siyasi qərar olduğunu deyir. Qərardan apellyasiya şikayəti veriləcək”, – deyə vəkil Abzas Media-ya bildirib.
Orxan Hacılının əmisi müsavatçı Mustafa Hacıbəyli deyir ki, Azərbaycan hökuməti Arif Hacılıya, ümumilikdə Müsavat Partiyasına təzyiq məqsədilə bu qərarı verib:
“Ədalətsizliyin və haqsızlığın hətta Azərbaycan ölçülərilə götürüləndə belə görünməmiş həddidir. Yol qəzasına görə adam tutmurlar. Bu yol qəzasında da təqsirkar şəxs başqası olub. Ortada nə ölən, nə xəsarət alan var. Saxta ittihamlarla çıxarılan qərardır”.
Əvvəlcə qəzanın video görüntüsü yayılıb
Orxan Hacılını oktyabrın 31-i polis əməkdaşları saxlayıb. Bundan bir neçə gün əvvəl bir sıra hökumətyönlü medialarda Yasamal rayonu, Hüseyn Cavid prospektində baş verən qəzanın video görüntüləri yayılıb. Videodan görünür ki, Orxan Hacılının idarə etdiyi “Honda” markalı avtomobil hərəkət edərkən qarşısında manevr edən avtomobillə toqquşur və nəticədə ərazidə dayanmış başqa avtomobilə də dəyir.
Orxan Hacılını oktyabrın 31-i polis əməkdaşları saxlayıb. Bundan bir neçə gün əvvəl bir sıra hökumətyönlü medialarda Yasamal rayonu, Hüseyn Cavid prospektində baş verən qəzanın video görüntüləri yayılıb. Videodan görünür ki, Orxan Hacılının idarə etdiyi “Honda” markalı avtomobil hərəkət edərkən qarşısında manevr edən avtomobillə toqquşur və nəticədə ərazidə dayanmış başqa avtomobilə də dəyir.
Hakimiyyətyönlü media bu görüntüləri fəal şəkildə tirajlayandan sonra Arif Hacılı məsələyə münasibət bildirərək, hadisənin qəsdən şişirdildiyini bildirib. O, oğlunun məhz onun siyasi fəaliyyətinə görə cəzalandırıldığını bildirib.
“Hadisədən 15-20 gün sonra “zərərçəkən” tapılıb”
Qəza zamanı sürücülərin heç biri xəsarət almasa da, daha sonra cinayət işində bir nəfər zərərçəkən qismində tanınıb. İstintaq materiallarına görə, həmin şəxs qəza zamanı həmin ərazidə olub və xəsarət alıb.
“Hadisə ilə bağlı yayılan videodan görünür ki, Orxan Hacılının qarşısına çıxan maşın qəflətən sola dönmə manevri edir və istintaq bu məsələ üzərində araşdırma aparmayıb. İkinci sual yaradan məqam odur ki, “zərərçəkən” niyə 15-20 gün sonra peyda olur?”, – vəkil Nemət Kərimli sual edir.
Vəkil Hacılı haqda həbs qətimkan tədbirinin seçilməsini əsassız hesab edir:
“Bildirilir ki, sürücünün əmlakına ziyan vurulub, ona görə qaçıb gizlənə bilər. Halbuki ziyan ödənilib. Ona görə məhkəmənin qərarı absurddur”.
Hüquq müdafiəçisi həbsin siyasi motivli olduğunu deyir
Hüquq müdafiəçisi Rüfət Səfərov da qərarın ədalətsiz olduğunu deyir. O, Meydan TV-yə bildirib ki, hadisə baş verəndən gedişatı izləyir və bu, hüquqi yox, siyasi həbsdir:
“Əvvəla, Orxan Hacılı böyük ictimai təhlükə törətməyən hadisədə ittiham olunur, onu az ağır xəsarət yetirmədə, guya hadisə yerindən qaçmaqda ittiham edirlər. Buna görə ən ağır cəza 2 ilə qədərdir. Cinayət-Prosessual Məcəlləsinin 155-ci maddəsinə görə, həbs qətimkan tədbiri bir qayda olaraq 2 ildən çox azadlıqdan məhrumetmə nəzərdə tutan işlər üzrə seçilir. Əgər ehtiyatsızlıqdan törədilən cinayətdən bəhs ediriksə, polisin nəzarətinə vermə, başqa yerlərə getməmək haqda iltizam tədbiri seçmək olardı”.
Müxalif siyasətçi övladlarının qəzaya görə həbsi ilk deyil
Azərbaycanda siyasətçilərin övladlarının yol-nəqliyyat hadisələrindən sonra cinayət məsuliyyətinə cəlb edilməsi ilk hal deyil.
2012-ci ildə o vaxt Müsavat partiyasının sədr müavini olan Tofiq Yaqublunun qızı Nigar Həzi ölümlə nəticələn avtomobil qəzasından sonra məhkəmə qərarı ilə 2 il 6 ay azadlıqdan məhrum edilib.
Bundan sonra, müxalifətin keçmiş prezidentliyə namizədi Cəmil Həsənlinin qızı Günel Həsənli 2014-cü ildə baş verən qəzaya görə 2015-ci ildə 1 il 6 ay müddətində məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməyə məhkum edilib. Həmin qəzada zərərçəkmiş kimi tanınan şəxs şikayətçi olmasa da, məhkəmə bu qərarı çıxarıb. O, 2017-ci ilin martında əfv sərəncamı ilə azad edilib.