Rustavili ekstremallar
Rustavidə bir neçə ay əvvəl skeyt-park açıldı. Həmin gündən etibarən burada hər gün ekstremal velosiped idmanı sevərləri toplaşır. Ekstremal velosiped idmanının ən populyar istiqamətlərindən biri olan BMX həvəskarları danışırlar ki, bi neçə il ərzində meriyaya skeyt-parkın yaradılması ilə bağlı ayaq döyüblər və nəhayət buna nail olublar.
BMX ekstremal velosiped idman növünün ən populyar istiqamətlərindən biri sayılır. O, velosipeddə mürəkkəb idman-akrobatika trüklarının yerinə yetirilməsi vəvə ya maneələr zolağını keçməyi nəzərdə tutur.
17 yaşlı Quqa Peranidze deyir ki, ilk dəfə ekstremal velosiped idmanı həvəskarları ilə bir neçə il əvvəl küçədə tanış olub və həmin vaxtdan da onlarla birlikdə məşq edir.
“Bu, ekstrimdir, həm də daima yeni trüklar öyrənmək lazımdır. Hər bir yeni trükdan sonra növbəti gəlir, daima öyrənmək və məşq etmək lazımdır, – Quqa deyir.
18 yaşlı Tornike Xumaraşvili də BMX-lə iki il bundan əvvəl maraqlanmağa başlayıb.
“Məb küçədə ekstremal velosiped idmanı ilə məşğul olan uşaqları görüb, maraqlandım. Özüm də sürməyə başladım və yavaş-yavaş texnikamı təkmilləşdirdim. Yayda mən bura hər gün, dərs vaxtı isə şənbə və bazar günləri gəlirəm.
Ekstremal velosiped idmanı həvəskarları deyirlər ki, hələlik BMX Gürcüstanda o qədər də populyar deyil və bu səbəbdən də onlar xüsusi velosipedlər üçün ehtiyat hissələri tapmaqda çətinlik çəkirlər, yarışlar da nadir hallarda keçirilir və trekdə təhlükəsizlik tədbirlərinə lazımi qaydada riayət olunmayıb.
“Biz hər ay meriyaya ərizə verirdik. Sonra da tender keçirildi və bu park yaradıldı. Bu, həm ekstremaldı, həm də maraqlı, çünki sən daima yeni tryukları öyrənirsən və sən yeni tryuka yiyələnən kimi, yenə də öyrənməli və bunu tətbiq etməlisən.
“Mən ekstremal tryukları yerinə yetirməyi sevirəm. Mən seçim etməliydim – ya tamamilə fərqli treki olan dağ velosipedi, ya da bu idman növü ilə məşğul olmalıydım. Bunu seçmək qərarını verdim, bu idmanı, çünki bizdə dağ velosipedi ilə az adam məşğul olur.
“Mən uşaqların küçədə ekstremal velosiped idmanı ilə məşğul olduğunu görüb, maraqlandım. Mən velosiped sürməyə və inkişaf etməyə başladım və ekstremal velosiped idmanı da mənimlə bərabər inkişaf edirdi. Ekstrim mənim dostumdur!
“Biz özümüz təhlükəsizlik tədbirlərinə riayət etməliyik – velosiped kaskası, qoruyucu əlcək taxmalıyıq. Amma bu bizə mane olur və biz onlarsız keçinməyi tərcih edirik. Bax o, bu yaxınlarda üç barmağını sındırdı. Misal üçün, xaricdə xüsusi qutular var və sən rampadan tullananda düz həmin süngərdən olan qutuların içinə düşür və salamat qalırsan. Gürcüstanda belə şəy yoxdur, hərçənd bütün dünyada bu cür avadanlıq var.
“Zədə almamaq üçün taxta rampaların olması daha yaxşıdır, həm də biz daha böyük yer istərdik, bu, balaca sahədir və bizim üçün fiziki olaraq darısqaldır.
“Dam olsaydı daha yaxşı olardı. Yağış yağandan sonra yerin quruması üçün üç gün lazımdır və biz hardasa dörd gün ərzində burada məşğul ola bilmirik.
“ Ümumilikdə, bu idman növünün Gürcüstanda geniş imkanları yoxdur.
“Bizim sponsorlarımız yoxdur. Heç kim bizim başqa ölkələrdə məşhurlaşmağımız üçün sponsorluq etmək istəmir.
“ Onları nəhayət skeyt-park tikməyə razı salmaq üçün bir il lazım oldu. Sponsorlar tam başqa bir mövzudur.
“Digər şeylərdən əlavə, bizdə heç kim siqaret çəkmir.
Gənc nəsildən bir çoxları bu idmanla məşğul ola bilərdi. Uşaqlar erkən yaşlarından velosiped sürməyi xoşlayırlar, bizi görəndən sonra isə onların bunun üçün daha böyük motivasiyası olacaq. Bu istiqamətin davamçıları tək Rustavidə deyil, həm də Tbilisidə, Kutaisidə və başqa şəhərlərdə də var və biz yavaş-yavaş inkişaf edəcəyik.