Gələcəklə bağlı çoxlu cəlbedici layihələr, bu gün isə yaxşı az şey – Ermənistanın mülki aviasiyası haqda
Təyyarələrin ehtiyat hissələrinin yığılması müəssisəsinin yaradılması, minlərlə yeni iş yerlərinin təsis edilməsi və lisenziyalı aviasiya məktəbinin açılması – bu kimi gələcək planlar haqda Ermənistanın Mülki Avisasiya Komitəsinin rəhbəri Tatevik Revazyan danışıb və bu vəzifədə bir illik fəaliyyətinin nəticələri haqda hesabat verib.
• “Yerevan piyadalar və elektromobillər şəhəri olacaq” – meriya
Planlar və gələcək layihələr haqda
İlk növbədə Tatevik Revazyan Ermənistanın rusiyalı investorla ölkədə təyyarə ehtiyat hissələrinin yığılması üzrə müəssisənin yaradılması ilə bağlı danışıqların aparıldığı haqda məlumat verib.
Danışıqlar hələlik ilkin mərhələdədir, amma onların uğurla nəticələnəcəyi təqdirdə hər şeydən əlavə minə yaxın insanı işlə təmin edəcək müəssisə açılacaq.
Planlar haqda danışarkən komitə rəhbəri onu da bildirib ki, sahə mütəxəssilərinin təhsilinə yatırım etmək üçün investorlarla danışıqlar aparılır. Hələlik məlum deyil ki, investorlar ölkədə mövcud olan və hazırda o qədər də parlaq dövrünü yaşamayan peşə məktəbinə pul yatırmaq istəyəcək, yoxsa yeni təhsil müəssisəsinin əsasını qoymaq istəyəcəklər. Komitə rəhbəri ancaq onu deyib ki, az əvvəl Kiprdən olan mütəxəssislər Ermənistana gəlib və vəziyyətlə tanış olublar:
“Onlar belə məktəb yaratmağa və belə lisenziyalı mütəxəssislər hazırlamağa hazırdırlar ki, Ermənistanda yetişdirilən kadrlar Avropaya uça bilsin”.
Revazyan mülki aviasiyada uçuşların təhlükəsizliyinin təmin edilməsini ən vacib məsələ hesab edir. Buna görə də ermənistanlı pilotların ödənişsiz təhsilinə nail olmasını ön böyük nailiyyətlətlərindən biri adlandırır.
“Uçuşların ən yüksək təhlükəsizlik səviyyəsini təmin etməyimiz üçün təhsil çox vacibdir. Məsələn, Sinqapur Aviasiya Akademiyası bizə pulsuz təhsil imkanı təqdim edir, Çin Mülki Aviasiyası pulsuz təhsil təqdim edir. Eyni zamanda mən güclü mütəxəssisləri Ermənistana səlb etməyə nail olmuşam”.
“Hava vergisi” ləğv olunur?
Revazyanın gələcək planları siyahısında növbəti müddəa 2008-ci il dekabrın 30-da hökumət tərəfindən Ermənistan qanunvericiliyinə daxil edilmiş “hava vergisi” adlanan ödənişin ləğv olunmasıdır.
Vergi tətbiqindən sonra 2009-cu il martın 29-da Ermənistandan uçan bütün sərnişinlər 10 min dram (20 dollara yaxın) “hava vergisi” ödəməli olurdu. Məbləğ bilet dəyərinə daxil edilirdi və yalnız aşağıdakılara şamil olunmurdu:
• 12 yaşa qədər uşaqlar,
• tranzit sərnişinlər,
• Böyük Vətən Müharibəsi iştirakçıları, əlilləri və veteranları, BVM-də həlak olanların dul qadınları,
• Ermənistan milli qəhrımanları və Sovet İttifaqı qəhrəmanları.
Revazyanın fikrincə, bu verginin tətbiqi yanlış qərar olub və Ermənistan bazarına yeni aviaşirkətlərin gəlməsini əngəlləyir:
“Mən hesab edirəm ki, Ermənistanda aviabiletlərin qiymətinin yüksək olduğunu nəzərə alaraq xidmət qiymətlərinin və vergilərin maksimum azaldılması, xüsusən də bu verginin ləğvi vacibdir”.
Ermənistan bazarına yeni aviaşirkətlər – loukosterlər gələcək
Ermənistan bazarına loukosterlər, yəni ucuz uçuş təqdim edən aviaşirkətlər gələcək. Söhbət Ryanair və Wizz Air şirkətlərindən gedir.
“Loukoster şirkətləri artıq yeni təyyarələrin alınması ilə bağlı bütün əngəl və problemlər aradan qaldırılarsa, 2020-ci ilin yayından eyni zamanda Ermənistan bazarına çıxmaq niyyətlərini açıqlayıblar”, – Revazyan bildirib.
Yeni loukosterlərin Yerevana haradan uçacağı haqda danışdığı zaman Revazyan böyük ehtimalla çıxış məntəqələrinin bu aviaşirkətlərin yerləşdiyi aeroportlar olacağını bildirib.
Hazırda əlimizdə nə var?
Komitə rəhbəri hesab edir ki, ölkənin bütün aeroportları beynəlxalq tələblərə cavab verir:
“Gümri aeroportu, həmçinin “Zvartnots” [ölkənin əsas aeroportu] normal vəziyyətdədir. “Erebunidə” mülki təyyarə qəbul etmək mümkündür [paytaxta çox yaxın yerləşir]. Qafandakı aeroport bu il açılacaq – bizə belə məlumat verilib. Amma digər aeroportlar pis vəziyyətdədir. Bizə sərmayə lazımdır ki, uçuş və enmə zolaqlarını təyyarələrin qonması üçün təhsükəsiz vəziyyətə gətirə bilək”.
Tatevik Revazyan kimdir?
Mülki Aviasiya Komitəsinin rəhbəri repartiantdır. Tatevik Revazyan bir neçə il əvvəl beş yaşından böyüdüyü Danimarkadan öz vətəninə qayıdıb.
Revazyan düz bir il əvvəl Mülki Aviasiya Komitəsinin rəhbəri vəzifəsinə təyin edilib.
Təyinatından sonra bəzi Ermənistan mediası 30 yaşlı Tatevik Revazyanın erməni dilində yazıb, oxuya bilmədiyini, sənəd və məktublarla tanış olmaq üçün xüsusi bir əməkdaş saxladını yazırb.
Məqalələr o qədər qalmaqallı idi ki, Mülki Aviasiya Baş İdarəsi bəyanat yaymalı olub:
“Struktur rəhbəri erməni dilində kafi dərəcədə yazır, oxuyur, danışır və hazırda dil biliklərinin yüksəldilməsi üzərində çalışır. Tatevik Revazyanın məzmunu anlamaq üçün bütün günü ona mətnləri oxuyan bir adam saxladığı haqda məlumatlar isə həqiqətə uyğun deyil. Sadəcə nəzərə almaq lazımdır ki, o, 5 yaşından Danimarkada yaşayıb, təhsilini ingilis və dan dilində alıb”.