Gürcüstan. Həm övladlarının, həm də dövlətin tərk etdiyi qocalar" />

25 dollar

Gürcüstan. Həm övladlarının, həm də dövlətin tərk etdiyi qocalar

Ninotsminda rayonunda çoxlu sayda tənha adam dövlət tərəfindən nəzərdə tutulan sosial yardımı ala bilmir. Problem ondadır ki, sosial yardım haqqında qanunun bir bəndi tez-tez reallıqla uzlaşmır.

Qanuna əsasən, təqaüdçünün yaşadığı mənzil və ya evdə daha bir adam qeydiyyatdadırsa, təqaüdçüyə yardım artıq nəzərdə tutulmur, çünki tənha deyil.

Birinci hekayə: Qrizeta, 75 yaş

Dağılmış və yanmış verandalı köhnə ev. Burada artıq on il olar ki, heç kimin yaşamadığını və evin yanğından sonra tərk edildiyini də düşünmək olar.

Əslində isə bu yanmış evdə 75 yaşlı Qrizeta Mnatsakanyan yaşayır. Xəstə və köməksiz qadının dörd övladı – iki qızı və iki oğlu var. Oğlanları Rusiyaya qazanc dalınca gedib, qayıtmağa söz veriblər, amma 10 il keçsə də hələ qayıtmayıblar. Qızlar isə ərə gedib, başqa yerlərə köçüblər və analarına baş çəkmirlər.  

cover

İki il əvvəl evdə yanğın olub – qaz balonu partlayıb. Şüşələr sınıb, ev də möhkəm yanıb. Hər şey də bu cür qalıb, heç kim onu bərpa etməyə kömək etməyib.

“Ancaq təqaüd alıram, bu pulla da yaşayıram. Un və zəruri şeylər alıram, dərmana pul qalmır. Sosial yardım vermirlər, deyirlər ki, sənin burada övladların qeydiyyatdadır, onlar da kömək etsinlər”, – Qrizeta Mnatsakanyan deyir.

3-1

İkinci hekayə: Antaram, 84  yaş

1 iyul 2016-cı ildən Gürcüstanda belə bir qayda işləyir: qadınlar 60 yaşdan, kişilər isə 65 yaşdan 180 lari həcmində [təxminən $77] pensiya alır. Tənha təqaüdçülər üçün əlavə verilən aylıq pul 60 lari  [təxminən $25] təşkil edir.

Antaram Abraamyan Eştiya kəndində yaşayır, 84 yaşı var. Artıq neçə ildir ki, qardaşının evində tək yaşayır. Evdə qardaşının övladları qeydiyyatdadır, amma onlar orada yaşamır və on ildən çoxdur ki, burada görünmürlər. Amma buna görə də Antaram nənənin həmin o 25 dolları almaq haqqı yoxdur, bu pula isə nənə öz xilası kimi baxır.

4-1

“Əllərim, ayaqlarım ağrıyır, başım hərlənir. Tənha adama hər şey etmək çətindir, mən hətta evdən tək çıxmağa qorxuram – buna görə də artıq iki aydır ki, yuyunmuram, hamama qədər gedib çıxa bilmirəm. Təkcə pensiya ilə yaşamaq mümkün deyil, bunu necə sübut edim?” – Antaram Abraamyan deyir.

Pensiyanın artırılması çoxlarının vəziyyətini bir az da ağırlaşdırdı

2016-cı ilin iyun ayında pensiyaların artırılması kimi müsbət hadisədən sonra tənha təqaüdçülərin problemi kəskin şəkildə pisləşdi və kütləvi xarakter aldı. İş orasındadır ki, minimal istehlakçı zənbili 150 laridir – təqaüd isə indi 180 lari təşkil edib. Və yardım alan bütün təqaüdçülər siyahıdan çıxarılıb.

“Biz başa düşürük ki, yaşlı adamlar indi çətinlik çəkir. Amma onlara heç cür kömək edə bilmirik, – Ninotsminda bələdiyyəsinin sosial təminat agentliyinin rəhbəri Cemal Xmaladze deyir. – Bu problemi ancaq qanunu dəyişməklə həll etmək olar”.

Dərc olunub 05.01.2017


More on JAMnews