Hakimiyyət bölgəyə mümkün qədər çox sərmayə cəlb etmək məqsədilə Syunik vilayətində innovasiya biznes forumu təşkil edib " />

Yüzlərlə texnoloji müəssisə və yeni aeroport – Ermənistanın cənub bölgəsində biznesin inkişafı üzrə addımlar

Hakimiyyət bölgəyə mümkün qədər çox sərmayə cəlb etmək məqsədilə Syunik vilayətində innovasiya biznes forumu təşkil edib

Ermənistanda dördüncü innovasiya biznes forumu keçirilib. Bu dəfə forum Tatev kəndində baş tutub və “Syunik vilayəti naminə mənim addımım” adlanıb.

“Mənim addımım” Ermənistanda “məxməri” inqilabla yekunlaşan etiraz aksiyasının adıdır. Hazırda parlamentdə çoxluq olan fraksiya da bu adı daşıyır. Hazırda ölkənin baş naziri olan inqilab liderinin də qatıldığı innovasiya biznes forumuna da eyni ad verilib. Təşəbbüsün məqsədi Ermənistan vilayətlərinin iqtisadi inkişafına yardım etməyə hazır olan mümkün qədər çox sahibkar cəlb etməkdən ibarətdir.

Ermənistan sakinlərini ən çox işsizlik və yoxsulluq narahat edir

Hansı razılığa gəlmək mümkün olub? 

Ermənistanın cənub regionunda keçirilən biznes forum gedişatında təqdim olunan proqramlar müxtəlif sahələrə aid olub. Məsələn, İnformasiya Texnologiyaları Şirkətləri İttifaqıbu regionda texnoloji işçi qüvvəsi formalaşdırmaq niyyətindədir.

“Biz Syunik vilayətində 150 texnoloji müəssisə yaratmaq niyyətindəyik… High Tech-də 1500, digər sahələrdə isə 3000 iş yeri açılacaq”, – İnformasiya Texnologiyaları Şirkətləri İttifaqının rəhbəri Karen Vardanyan bildirib.

Onun sözlərinə görə, investisiyaların ümumi məbləği 2,2 milyard dram (4,5 milyon dollar) təşkil edəcək kiŞ bu da büdcəyə 7,5 milyard dram (15 milyon dollar) gəlir gətirəcək. Həmçinin ordu üçün pilotsuz uçan apparatların istehsalına da başlanacaq.

Forum gedişatında vilayət rəhbərliyindən bildirilib ki, Qafan şəhərinin aeroportu da yenidən qurulacaq və yenidən fəaliyyətə başlayacaq və indi artıq beynəlxalq standartlarla:

“Sovet illərində Qafan aeroportunda gündə 10-12, xüsusi günlərdə isə 16-a qədər reys həyata keçirilirdi. 2017-ci ildə Syunik İnkişaf və İnvestisiya Fondu Syunik Aeroportu Qapalı Səhmdar Cəmiyyətinin əsasını qoyub. İcma 2017-ci ilin sentyabrında aeroportu fondun imtiyazlı idarəetməsinə verib”, – Syunik vilayəti qubernatorunun müşaviri Qor Tadevosyan bildirib.

Aeroportun 60 faizi artıq təmir olunub və rekonstruksiyadan sonra saatda 100 adama xidmət göstərə biləcək. Layihə çərçivəsində artıq 800 milyon dram investisiya yatırılıb, ümumilikdə isə layihə 2,3 milyard drama (5 milyon dollara yaxın) başa gələcək.

 Artıq nə işləyir?

investisiya biznes forumunda həm yeni başlayan sahibkarlar, həm də onlarla öz uğurları haqda məlumatları bölüşən kifayət qədər təcrübəli biznesmenlər iştirak edir.

Syunik vilayətində ən perspektivli istiqamətlər kənd təsərrüfatı, sənaye və turizm hesab olunur.

Süd məhsullarının istehsalı ilə məşğul olan yerli şirkətlərdən birinin vitse-prezidenti Samvel Sedrakyan danışıb ki, biznesə bir neçə il əvvəl sıfırdan başlayıb. İndi artıq müəssisə 400 kənddən süd alır və  öz məhsulunu ixrac edir:

“Bizim Ermənistanda ixtisaslaşmış mağazalarımız var. Həmçinin məhsulumuzu Rusiyaya və digər MDB ölkələrinə göndəririk”.

Biznesinin inkişafı üçün əsas maneə olaraq Samvel Sedrakyan logistikanı hesab edir:

Çox Vaxt bizim maşınlarımız Gürcüstan-Rusiya sərhədində ilişib qalır. Əgər bu problem həll olsaydı, ixrac həcmini əhəmiyyətli dərəcədə artıra bilərdik”.

Syunik nə ilə cəlb edir?

Syunik vilayəti investisiya həcminə görə liderlər sırasındadır. Burada dağ-mədən şirkətləri yerləşir. İranla sərhəddə isə 20017-ci ilin dekabrından Azad İqtisadi Zona fəaliyyət göstərir.

Burada məhsullar maya dəyərinə – duty free rejimində satılır. İqtisadiyyatçılar hesab edir ki, Ermənistan və İran üçün bu meydan üçüncü ölkələrlə əməkdaşlıq imkanı ola bilər, çünki Ermənistan Avrasiya İqtisadi İttifaqında iştirak edir, həmçinin Avropa İttifaqı ilə əməkdaşlıq edirr və güzəştli ixrac şərtlərindən yararlanır.

“Meğri” azad iqtisadi zonasında çalışan sahibkarlar mənfəət vergisindən, əlavə dəyər vergisindən, aksiz vergisindən və gömrük rüsumundan azad ediliblər. Onlardan yalnız gəlir vergisi tutulur.

Dünyanın ən uzun reversiv kanat yolu “Tateva qanadlatrı” da Ermənistanın bu regionunda yerləşir. Uzunluğu 5752 metr olan kanat yolu Ginnes Rekordları kitabına daxil edilib.

“Mənə qanad ver”. Tatever

Forumun mahiyyəti nədən ibarətdir? 

Daha əvvəl investisiya biznes forumları ölkənin Lori, Ararat və Qeqarkunik vilayətlərində keçirilib. Tədbirin formatı gənc sahibkarların digər biznesmenlərin sərmayə yatıra biləcəyi layihələrini təqdim etməsini nəzərdə tutur.

Bu forumlar çərçivəsində ölkənin bu regionu üçün xarakterik olan yerli məhsullardan ibarət sərgi də keçirilib.


More on JAMnews