"Mənə qanad verin". Tataver
Tataver nə deməkdir?
Son illər Qorisidə ingliscə danışan insanları görəndə heç kim təəcüblənmir. Hətta inglis dilində danışa bilməyən adamlar da «Do you speak English?» sualı ilə qarşılaşdıqda anlayır ki, turistə mehmanxanaya, restorana va yaxud şəhərin görməli yerlərinə getmək üçün kömək lazımdır. Bu sualla mənə Tatayevaya necə getmək lazım olduğunu bilmək istəyən gənc çinli turist müraciət elədi.
O, xəritəsini açdı və dedi: “Bu gün mən nəhayət dünyanın ən uzun kanat yolunu görəcəm. Mən yenidən hazırlaşmışdım ki, ona lazımi məlumatları verim, o, yanımızdan ötən marşurut taksisinə tərəf qaçdı. Taksi isə tamamiylə əks istiqamətdə gedirdi. Ümid edirəm ki, o qız Tatayevaya gedib çıxa bildi və kanat yolu onun xoşuna gəldi.
Məsələn, 13 kilometr aralıda yerləşən Varatan dərəsinə 40 dəqiqəyə getmək olur. Ora getmək isə sizə asan başa gəlməyəcək- daşlı –kəsəkli dağ yolu ilə getmək olduqca çətindir.
Kanat yolu çəkildikdən sonra çox şey dəyişdi. Alidzor kəndi ilə Tatayeva kəndini birləşdirən kanat yolu olduqca mənzərəli və heyrətamizdir. Bu dünyanın ən uzun Kanat yolu kimi Ginnesin rekordlar kitabına salınıb. Onun uzunluğu 5752 metr, gediş müddəti isə 12 dəqiqədir.
Bu regionun əhalisinə nə verir
Regionun olduqca maraqlı tarixi abidələri olmasına və turistik yer sayılmasına baxmayaraq, son illərə qədər əhali ancaq kənd təsərüffatından qazanc əldə edə bilirdi. Yalnız kanat yolunun aşılışından sonra əraziyə daha çox turist gəlməyə başladı və bu da özü ilə əlavə qazanc mənbələri gətirdi. Qoris rayonunun və ona bitişik bir neçə icmadan 49 nəfər “Tataver kanat yolunda işləyir.
“İşəgötürmə zamanı, əlbəttə ki, yerli camaatla üstünlük veririk, Kanat Yolunun direktoru Vahe Bağdarasyan deyir. Maaş pis deyil- ölkədəki orta əmək haqqından xeyli yüksəkdir.
Yeri gəlmişkən, kanat yolunun sərnişin daşınmasında olan aktivlik ildən ilə artır. Məsələn, 2010-cu ildə – açılışından üç ay sonra sərnişin sayı 9 min idi, 2014 cü ildə bu rəqəm xeyli yüksələrək 100 min oldu, bu ilin yanvarından isə 75 min nəfər Tataver kanat yolundan istifadə edib. Tataver sakinləri bu turist axınından həvəslənərək 15 qonaq evi açdılar.
Əskik olan nədir?
Təəsüf ki, bu qonaq evlərinin hamısı müştəri ilə dolub- daşmır. Kanat Yolunun Tataeverdə kiçik biznes sahəsini “qanadlandırdığını demək yalnış olardı. Lakin, o da danılmazdır ki, yerli kiçik sahibkarlarda işləməyə həvəs yaradıb.
Tataev sakini Saro Martirosyanın ailəsinin kiçik mehmanxanası və qəlyanaltı kafesi var.
Bu isə elə də çox gəlir gətirmir. Saronun sözlərinə görə yalnız mehmanxanadan gələn gəlirə bel bağlamaq olmaz: “ Mənin ailəmin əsas gəliri, arışılıqdan çıxır. Bizim 200 pətəyimiz var. İndi gələn turistlərə də bal sata bilirik
Tataev sakini, Norvard Mosisyan da yeməkxana açıb: ‘Turistlər yeməkxanamda nahar etməyə gələndə mən onlara özüm hazırladığım mürəbbələri təklif edirəm. Əgər hər bir insan öz həyətyanı sahəsində bu tip işlərlə məşğul olsa, mütləq nəsə gəlir əldə edəcək’, o deyir.
“Çox vaxt turistər Tataevə bir günlüyünə gəlir, axşam gecələmirlər, – yerli mehmanxananın direktoru Şaqen Zeytunçyan deyir, – turisləri burada daha çox saxlamaq üçün yeni layihələr hazırlanmalıdır, belə layihələr isə təəssüf ki yoxdur.
Yerli əhali əsaslı olaraq düşünür ki, təkcə kanat yolu ilə regionun inkişafına nail olmaq mümkün olmayacaq. Heç olmasa 8 icmanı birləşdirən yolu düzəltmək lazımdır.
“Hamı regionun inkişafından danışır, lakin konkret olaraq kim nə edib? Hələlik,məktəb təmirindən başqa, heç bir ciddi iş görülməyib’, yerli icmanın rəhbəri Alidzor Marat Qerasimyan deyir.
Əgər Qorisdə qalmağa qərar versəz nəzərə alın ki, mehmanxanada bir gecə 12 min drama (25 dollar) , hosteldə isə bundan iki dəfə ucuz başa gələcək. Yerli restoranda yemək 5 min dram ( 10 dollar) edir. Kanatla Tataev monastrına gəlmək 3500 dram ( 7 dollar), gediş-gəliş bileti isə 5000 drama başa gələcək. Tatevdə bir günlük dincəlmək üçün 12 min dram (təxminən 25 dollar) , hosteldə bir gün gecələmək üçün isə 6 min dram xərcləməli olacaqsız.
Dərc edilib: 04.08.2016