ABŞ, Avropa və Cənubi Amerika Venesuelada yeni liderləri, Rusiya, Türkiyə və Çin isə hazırkı prezidenti dəstəkləyir. Bütün təfərrüatlar" />

Xuan Quaydo kimdir və onu Venesuelada kim və niyə dəstəkləyir?

ABŞ, Avropa və Cənubi Amerika Venesuelada yeni liderləri, Rusiya, Türkiyə və Çin isə hazırkı prezidenti dəstəkləyir. Bütün təfərrüatlar

3 fevral 2019-cu ildə yenilənib

Venesuelanın inqilabçı lideri Xuan Quaydo ölkə daxilində və xaricində getdikcə daha çox dəstək qazanır.

Kütləvi etirazlar başlayandan ilk dəfə Quaydonu yüksək vəzifəli hərbçi – Venesuela hərbi hava qüvvələrinin diviziya generalı, HHQ Ali Hərbi Komandanlığının strateji planlama üzrə direktoru Fransisko Esteban Yanes Rodriqes dəstəkləyib.

“Bu gün qürurla bildirirəm ki, Nikolas Maduro diktaturasının nüfuzunu rədd edir və Xuan Quaydonu Bolivar Respublikasının prezident səlahiyyətlərini icra edən şəxs olaraq tanıyıram”, – El Nacional qəzeti ondan sitat gətirib.

General həmçinin bildirib ki, “Venesuela silahlı qüvvələrinin 90 faizi hazırkı prezident Maduronu dəstəkləmir və demokratiyaya keçid qaçılmazdır”.

Bundan başqa, qazet yazır ki, Fransisko Esteban Yanes Rodriqes Nikolas Maduronun iki təyyarəsinin daima uçuşa hazır vəziyyətdə olduğunu deyib və onu tez bir zamanda onların birindən istifadə etməyə çağırıb.

Yanvarın 23-dən, yəni Venesuelada etirazlar başlayandan bəri getdikcə daha çox ölkə Venesuala parlamentinin qərarı ilə prezident elan edilən Xuan Quaydonun legitimliyini tanıyır. Yanvarın 30-da Avropa Parlamenti də bu sıraya qoşulub.

ABŞ Venesuelanın müvəqqəti prezidenti kimi Xuan Quaydonun legitimliyini tanımaqla kifayətlənməyib, həmçinin ölkənin RDVSA dövlət neft şirkətinə qarşı sanksiyalar tətbiq edib. Nəticədə şirkət özünün ən böyük bazarından məhrum olub və artıq özünün Amerikadakı neft emalı zavodlarından pul ala bilmir.

Xuan Quaydonun özü isə xalqı küçə etirazlarını fəallaşdırmağa və Nikolas Maduronu yeni prezident seçkiləri elan etməsi üçün məcbur etməyə səsləyir. O, yüksək çinli hərbçilərlə gizli danışıqlar aparır və ordunu ayağa qalxmış xalqın tərəfinə keçməyə çağırır.

Daha əvvəl Quaydo “bütün planetə qoşularaq yeni Venesuelanı dəstəkləsinlər” deyə Rusiya və Çinə müraciət etmişdi.

Qısa şəkildə Venesueladakı hadisələrin bütün təfərrüatları haqqında.

Nə baş verir və liderlər kimdir?

Çoxminlik kütlə yanvarın 23-də Venesuelanın paytaxtı Karakasın küçələrinə axışdı. Nümayiş qışqırırdı: “Biz kimik? Venesuela! Biz nə istəyirik? Azadlıq!”

Etirazların lideri – parlamentin başçısı Xuan Quaydodur. Əsas şüar 2019-cu ilin yanvarında ikinci dəfə bu vəzifəni tutmuş prezident Nikolas Maduronun istefasıdır. Bu seçkilərin nəticələrini nəinki ölkədəki müxalifət, Qərbin və Cənubi Amerikanın əksər ölkələri də tanımaqdan imtina ediblər.

Britaniyada keçmiş Rusiya kəşfiyyatçısını zəhərləməyə cəhd göstərdikləri “Noviçok” burada istehsal olunurdu

Rusiyalı jurnalistləri tələyə salıb, Kremllə sıx bağlılığı olan şəxslərin göstərişi ilə güllələdilər

Məhz andiçmə mərasimi qarşıdurmanın başlamasına təkan verib. Quaydo Maduronu uzurpator adlandırıb, insanları küçələrə çıxmağa çağırıb və dərhal yeni seçkilərə qədər özünün müvəqqəti dövlət başçısı olmağa razılığını bildirib.

Polis artan kütləni suvuran maşınlarla dağıdıb, yoxlanılmamış məlumatlara görə, silah tətbiq edilib. Bu günə qədər etirazlarda ən azı 16 nəfər həlak olub.

Elə həmin gün Venesuela parlamenti Xuan Quaydonu ölkə prezidentinin vəzifələrini icra edən elan edib.

Juan Guaido and his wife Fabiana Rosales, Caracas, Venezuela February 2, 2019. REUTERS/Andres Martinez Casares

Onu tezliklə Birləşmiş Ştatlar, Kanada, Amerika Dövlətləri Təşkilatı və bir neçə qonşu Latın Amerikası ölkəsi, o cümlədən Braziliya, Kolumbiya, Çili, Peru və Argentina tanıdı.

Avropa İttifaqına daxil olan 28 ölkənin XİN rəhbərləri yanvarın 31-də və fevralın 1-də Buxarestdə baş tutan görüşdə Venesueladakı vəziyyəti müzakirə ediblər. Bloomberg yazır ki, yalnız İtaliya Xuan Quaydonun legitimliyinin tanınması haqda bəyanatın təklif olunduğu variantı ilə razılaşmayıb.

Buna görə də Avropa İttifaqının ümumi bəyanatı hələlik qəbul olunmayıb. Amma ola bilər ki, Aİ-yə üzv ölkələr alternativ olaraq fərdi bəyanatlarla çıxış etsinlər.

Yeni liderlərin əleyhinə mövqelərini və de-yure prezident olan Nikolas Maduroya dəstəyi isə Rusiya, Türkiyə, Çin və Kuba bildirdi.

Rusiya müharibənin getdiyi Şərqi Ukraynanı Cənubi Osetiya vasitəsilə necə maliyyələşdirir

Rusiya, Türkiyə və İran – nəyə görə ABŞ onlara iqtisadi müharibə elan edib

Hazırda Venesuelada eyni zamanda iki qarşı duran düşərgə mövcuddur və bunların hər biri öz legitimliyini bəyan edir.

Avropa İttifaqı Quaydonu müvəqqəti Venesuela rəhbəri kimi tanımağın bir addımlığındadır.

Yeni liderlərə qarşı çıxıb, de-yure prezident Nikolas Maduronu dəstəkləyənlər Rusiya, Türkiyə, Çin, Kuba və İran olub.

Qorxu var ki, Venesueladakı daxili siyasi böhran vətəndaş müharibəsinə keçə bilər.

“Məın tarixin baş verdiyi yerdəyəm. Mən xoşbəxtəm, mən qorxuram, mən əsəbiləşirəm və mən o qədər çox şey gözləyirəm ki», — 48 yaşlı bloger Morella Atensio yazıb.

Müxalifət niyə Maduronun getməsini tələb edir?

Venesuela dünyada ən zəngin neft yataqlarına malik ölkədir. Lakin artıq uzun illərdir ki, burada çox ağır iqtisadi böhran hökm sürür.

Nikolas Maduro Venesuelada hakimiyyətə 2013-cü ildə gəlib və bu vəzifədə sosialist ideyalarının və Venesuelada iqtisadi süqutun başlanğıcını qoymuş milliləşdirmənin tərəfdarı Uqo Çavesi əvəz edib.

Nikolas Maduro, 14 yanvar 2019. REUTERS

Maduro onun siyasətini davam etdirib və son beş il ərzində ölkəni faktiki faciəyə gətirib çıxarıb:

İnflyasiya artıq təxminən 2 milyard faiz təşkil edir

ÜDM 45 faiz aşağı düşüb

Orta aylıq əməkhaqqı 10 dollar təşkil edir və əhalinin əksər hissəsi aclıq həddindədir

Ölkədən təxminən 3 milyon nəfər sakin mühacirət edib ki, bu da əhalinin 10 faizini təşkil edir

Yeni lideri dəstəkləyən ölkələr nə deyir?

ABŞ Xuan Quaydonu hələ yanvarın 23-də Venesuelanın legitim müvəqqəti prezidenti kimi tanıyıb.

Almaniya, Fransa, İspaniya və Avropa İttifaqının bir neçə digər ölkələri bildiriblər ki, ölkədə yaxın zamanda yeni seçkilər təyin edilməzsə, onlar da müvəqqəti prezident kimi Quaydonu tanıyacaqlar.

«Biz bu məsələdə neytrallıq saxlamırıq – biz Quaydonun orada etdiyini dəstəkləyirik», — Almaniyanın xarici işlər naziri Hayko Mas bildirib.

Həmçinin Gürcüstan və Albaniya Xuan Quaydonu Venesuelanın legitim müvəqqəti prezidenti kimi tanıyıblar.

Ermənistan XİN neytral bəyanat verərək, bildirib ki, Ermənistanda Venesueladakı vəziyyətin sülh yolu ilə həll olunmasına ümid edirlər.

Reuters

Fəaliyyətdə olan prezidenti dəstəkləyən ölkələr nə deyir?

Nikolas Maduronun tərəfində ilk növbədə BMT Təhlükəsizlik Şurasında veto hüququ olan Moskva durur.

«Moskva ABŞ-ın Venesuela barəsində siyasətini dağıdıcı hesab edir», – RF XİN başçısı Sergey Lavrov bildirib.

Reuters” məlumat yayıb ki, hazırda təxminən 400 rusiyalı muzdlu döyüşçü Venesuelada ola bilər. Onların vəzifəsi, bildirildiyinə görə, aralarında müxalifətin tərəfdarları ola biləcək öz mühafizəçiləri tərəfindən prezident Nikolas Maduronun saxlanılmasına yol verməməkdir.

ÇXR XİN-in rəsmi nümayəndəsi bəyan edib ki, Çin Venesuela hökumətinin öz dövlət suverenliyinin və müstəqilliyinin müdafiəsi üzrə səylərini dəstəkləməkdə davam edəcək.

Türkiyə Maduronu dəstəkləyir – bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.

«Prezidentimiz… deyib: Qardaşım Maduro! Möhkəm dur, biz sizi dəstəkləyirik!»

Belarus prezidenti Aleksandr Lukaşenko birbaşa bəyanatlar verməyib, lakin Maduroya zəng edib və ona öz dəstəyini bildirib.

Xuan Quaydo kimdir?

35 yaşlı Xuan Quaydo Latın Amerikasında o qədər də məşhur olmayan siyasətçidən cəmi iki həftə ərzində başlıqların qəhrəmanına çevrilib.

Quaydo doğma şəhərinin “La Quayra Akulaları” beysbol komandasına və salsa rəqslərinə olan sevgisi ilə məşhurdur. Onun partnyoru Fabiana Rosalesdir, onların Miranda adlı bir qızı var.

Quaydo sadə ailədəndir – pilotun və evdar qadının oğludur, ailənin yeddi uşağından biridir, La-Quayra adlı kiçik liman şəhərində böyüyüb və Karakasdakı özəl universitetdə mühəndis diplomu alıb.

Quaydo məhz təhsil aldığı dövrdə siyasətə qoşulub – o, tələbə hərəkatının fəalı olub və 2007-ci ildə Uqo Çaves hökumətinə qarşı etirazlarda fəal iştirak edib.

O vaxt Çaves ölkənin ən iri müstəqil telekanalı olan RCTV-ni bağlamağa və referendum vasitəsilə konstitusiyanı dəyişməyə cəhd edirdi. Çaves prezidentin hakimiyyətdə olması müddətini məhdudiyyətsiz etməyi planlaşdırırdı.

Quaydonun siyasi “xaç atası” hazırda ev dustaqlığında olan Leopoldo Lopesdir – o, “Voluntad Popular” (“Xalq iradəsi”) partiyasının qurucusudur. 2011-ci ildə Quaydo bu partiyadan deputat seçilib.

“Xalq iradəsi” partiyası – sosial-demokrat partiyasıdır. O, azlıqlar barəsində tərəqqipərvər siyasətin tərəfdarıdır – LGBT-cəmiyyətin ilk nümayəndələri parlamentə məhz bu partiyadan seçiliblər. Bundan başqa, “Xalq iradəsi” bazarın qorunub saxlanmasına, dövlətin iqtisadiyyata qarışmamasına tərəf çıxır – bununla birlikdə sosial təminatın, yoxsulluqla mübarizənin və regionların subsidiyalaşdırılmasının tərəfdarıdır.

Lakin Xuan Quaydo hələ uzun müddət kifayət qədər nəzərə çarpmayan fiqur olaraq qalırdı. Hər şey 2018-ci ilin dekabrında o, parlamentin sədri seçiləndən sonra dəyişdi. Quaydo yanvarın 5-də Milli assambleyanın spikeri vəzifəsinin icrasına başlayıb. Maduro isə prezident vəzifələrinin icrasına yanvarın 10-da başlayıb.

Elə bu vaxt ölkədə siyasi böhran fəal mərhələyə keçib. Quaydo bütün ölkəni bürümüş çoxminlik etirazların mərkəzi fiquruna çevrilib və parlament onu müvəqqəti prezident elan edib.

Caracas, Venezuela. February 2, 2019. REUTERS/Carlos Barria

Yerli ekspertlər deyirlər ki, Quaydo dağınıq parlament müxalifətini birləşdirməyi bacara biləcək fiqurdur.

Burada o fakt da əhəmiyyətli rola malikdir ki, Maduronun hakimiyyəti dövründə Milli assambleya faktiki olaraq hər hansı qanunverici hakimiyyətdən məhrum edilmişdi. Əvvəlcə 2016-cı ildə ələbaxan Ali Məhkəmə parlamentə büdcə layihəsinə təsir etməyi qadağan etdi. Sonra – 2017-ci ildə Maduro alternativ qanunverici orqan – Təsis yığıncağı yaratdı və burada 545 yerin hamısı hazırkı hakimiyyətin tərəfdarları tərəfindən tutuldu.

Quaydonun güclü müttəfiqi – beynəlxalq və ən vacibi regional birlikdir. Venesuela böhranından çıxış yollarını işləyib hazırlamaq üçün yaradılmış Lima qrupu (12 Amerika ölkəsinin nümayəndələrinin Perunun paytaxtında görüşü keçirilib və qrupun adı şəhərin adından götürülüb) artıq iki ildir ki, Maduro ilə qarşıdurmada Milli assambleyanı dəstəkləyir.


More on JAMnews