Rusiyanın Şixanı qəsəbəsində sovet kimyəvi silahı istehsal edirdilər " />

Britaniyada keçmiş Rusiya kəşfiyyatçısını zəhərləməyə cəhd göstərdikləri “Noviçok” burada istehsal olunurdu

Rusiyanın Şixanı qəsəbəsində sovet kimyəvi silahı istehsal edirdilər

Şinxanı qəsəbəsi. Foto: «»Svobodnıye novosti” İA

 “Novaya qazeta”nın materialı əsasında

Britaniya xüsusi xidmət orqanlarının iddia etdiyinə görə “Noviçok”un [onunla, Britaniya hakimiyyətinin versiyasına görə, Böyük Britaniyada yaşayan  keçmiş rus kəşfiyyatçısı Sergey Skripal və onun qızı Yuliyanı zəhərləməyə cəhd etmişdilər – JAMnews] hazırlandığı Saratov vilayətində yerləşən Şixanı qəsəbəsi bu ilin əvvəlindən qapalı inzibati ərazi birləşməsi (QİƏB) statusunu itirib. Dünyanın ən məşhur Saratov brendinin vətənini artıq istənilən şəxs ziyarət edə biləcək. Şixan sakinləri, onların maliyyələşməsinin əməlli-başlı azalacağı, ixtisarların başlanacağı və ixtisaslaşmış klinikanın bağlanacağından ehtiyat edirlər.

•Böyük Britaniya və Rusiya: soyuq müharibə dövründən bəri ən sərt münaqişə

 •Keçmiş Rusiya kəşfiyyatçısı İngiltərədə nə ilə zəhərlənib? Və onu zəhərləyən kim olub?

•«Rusiyalı turist” – əslində Ukrayna hadisələrində iştirak etmiş kəşfiyyat zabitidir

Səfalət kimyəvi maddələrdən də dəhşətlidir

«İnstitut buradan on kilometr aralıda idi. Mən ora getməməyə çalışıram. Az bilən rahat yatır», – Şixan sakini Sergey İzvekov deyir. Sovet dövründə  kimyəvi silah hazırlayan Dövlət Orqanik Sintez Texnologiyaları İnstitutu (DOSTİ) müflis oldu və rəsmi olaraq öz fəaliyyətini 10 il əvvəl dayandırdı.  

«Qonşu mənzillərdə yaşamağımıza baxmayaraq, kimyaçıların məhz nə işlə məşğul olduğundan xəbərsiz idik. Soruşmaq təhlükəli idi», – Sergey çiyinlərini çəkir.

Şixani qəsəbəsi. Foto: “Svobodnıe novosti” İA

Qəsəbə bağlı olanda, demək olar ki, bütün təşkilatlar birbaşa Moskva rəhbərliyinə tabe idi. “Paytaxt komissiyaları bura gəlməkdən qorxurdular. Hətta suyun altında əllərini belə yumaq istəmirdilər. Deyirdilər, bizim üçün suyu Volskdan [qonşu şəhər] gətirin”, – İzvekov xatırlayır. Özü nədənsə ərazinin ekoloji təmizliyindən narahat deyil.

«Tibb məntəqəsini bağlasalar bizim üçün fəlakət olar. Ginekoloji və cərrahi şöbələr ixtisara salınıb. Yeni il bayramlarında məndə appendisitin  olmasından şübhələnib, rayon xəstəxanasına apardılar. Sulu sıyıq verdilər. Bizim tibb məntəqəsində isə uşaq bağçasındaki kimi menyu var idi!»

Güc strukturlarında da ixtisarlardan qorxurlar: rejim yoxdursa – paqonlu insanlara da ehtiyac yoxdur. Qəsəbədə kişilər üçün başqa iş yeri yoxdur.

Qapalılıq rejiminin qaldırılması maliyyənin ciddi azaldılması deməkdir – iki ildən sonra qəsəbə öz gəlirləri və vilayət dotasiyaları ilə yaşamağa məcbur olacaq, Moskvadan maliyyələşdirmə dayandırılacaq.

Şixanı qəsəbəsi. Foto: “Svobodnıe Novosti” İA

Əvəzi tapılmayıb

Vladimir Fedosov Şixanını ilk dəfə 1975-ci ildə görüb.

«Bizim instituta yerli direktor gəldi. Dedi ki, şəhər tipli yaşayış məntəqəsinə gedəcəksiz, institutunuz bir az aralıda meşədə olacaq, amma zərərə görə maaşda artım olacaq».

Məxfi instituta Moskva və Leninqrad kimya-texnologiya instutlarının ən yaxşı məzunlarını topladılar. Elmi karyera tez inkişaf edirdi. Gənc ailələrə o vaxta görə komfortlu beşmərtəbəli evlərdə mənzillər verilirdi.

«Təchizat yüksək səviyyədə idi!” – Vladimir Fedosov defisit malları sadalayır. – “Zeytun yağı, mandarin, banan. İtaliya istehsalı cins şalvarı ilk dəfə burada görmüşdüm. Onu mağazaya gətirib, heç bir paylaşdırma olmadan satırdılar. Mənim mənzilimdə Rumın mebeli, yataq otağında ADR, mətbəxdə Polşa mebeli idi, yumşaq mebel isə Yuqoslaviya istehsalı idi. 1986-cı ildə həmkarlar ittifaqından “2108” aldım, o isə hələ 1985-ci ildə çıxmışdı! Vətənin bizim əməyimizi qiymətləndirməsi dəqiq idi».

1990-cı illərdə kimyəvi silahın məhv edilməsi haqqında konvensiya imzanaldıqdan sonra müəsisənin əsas fəaliyyəti qadağa altına düşdü. Büdcədən milyardların ayrıldığı kimyəvi silahın  məhv edilməsi proqramına şixanlıları götürmədilər. Elmi işçilər buranı tərk etməyə başladı. Fedosov sevdiyi kimyanı buraxmalı oldu. İndi o qonşu şəhər Volskda yerləşən texniki peşə məktəbində işləyir.

“Noviçok” sayəsində “Şixanı” dünyaca məşhurlaşdı. Amma bu, qəsəbəyə heç bir xeyir gətirmədi. Əhalinin demək olar ki, yarısı təqaüdçüdür. Fedosovun qızı digər gənc Şixan sakinləri kimi, Saratovda işləyir, oğlu isə Astraxanda. “Müəsisəni əvəzləyən bir şey tapmayıblar”, – Vladimir köks ötürərək deyir.   


More on JAMnews