1990-cı ilin yanvarında yüzdən çox insan sovet ordusu hissələrinin Bakıya yeridilməsi nəticəsində həlak olub " />

“Qara yanvar” – Azərbaycanda dinc əhalinin kütləvi şəkildə qətl edildiyi gündən 30 il keçir

1990-cı ilin yanvarında yüzdən çox insan sovet ordusu hissələrinin Bakıya yeridilməsi nəticəsində həlak olub

Azərbaycanda 1990-cı ildə baş vermiş faciə qurbanlarının xatirəsi yad edilib.

1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə müstəqillik tələb edən xalq hərəkatını yatırmaq və fövqəladə hal elan etmək üçün Bakı və Azərbaycanın digər şəhərlərinə Sovet Ordusu hissələri yeridilib.

Bu, SSRİ-də yaşanan böhran, Dağlıq Qarabağ ətrafında Ermənistan və Azərbaycan arasında qızışmaqda olan münaqişə və Azərbaycanda sovet hakimiyyətinin Qarabağ münaqişəsinə münasibətilə bağlı narazılığın artması fonunda baş verib. O zaman Bakıda hər gün izdihamlı mitinqlər keçirilirdi. Bütün bunların qarşısını almaq üçün Bakıya qoşun yeridilib. Rəsmi məlumata görə, həmin gecə 133 nəfərdən 147 nəfərə qədər həlak olub, yüzlərlə insan yaralanıb. Öldürülənlərin əksəriyyəti dinc sakinlər olub.

Müxalifətin yürüşü və polis kordonları – 2019-cu il 20 yanvarda nələr baş verib?

Azərbaycanlı gənclər Qarabağ haqda nə düşünür? – VİDEO

1994-cü ildə artıq müstəqil olan Azərbaycanın prokurorluğu faciədə bir neçə yüksək vəzifəli sovet məmuruna, o cümlədən də SSRİ prezidenti Mixail Qorbaçova qarşı cinayət işi başladıb. Amma fakt üzrə heç kim cəzalandırılmayıb.

Azərbaycanda 20 yanvar matəm günüdür. Həmin gün rəsmi şəxslər, diplomatlar və sadə vətəndaşlar həlak olanların xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanına gəlir.

Azərbaycanın Xarici İşlər Nazirliyi o zamankı hadisələrin necə cərəyan etdiyini xatırladan (Azərbaycan tərəfinin rəsmi versiyasına uyğun) bəyanatla çıxış edib. 

“Keçmiş sovet rəhbərliyi bu cinayətə görə bilavasitə məsuliyyət daşıyır. Beynəlxalq hüquqa əsasən, 20 yanvar hadisəsi insanlığa qarşı cinayət kimi xarakterizə olunmalı, təşəbbüskarlar və icraçılar isə cəzalarını çəkməlidir”, – bəyanatın sonunda bildirilir.

Bakıda hər il yanvarın 20-də minlərlə insan Şəhidlər Xiyabanına axışır

Ətraf yollar nəqliyyat üçün bağlanır

Burada çiçək də satırlar – 1990-cı ildən bəri Azərbaycanda matəm rəmzinə çevrilmiş qırmızı qərənfillər


More on JAMnews