Yeni imperiyanın vətəndaşları üçün onlar artıq pasportlar hazırlayırlar Həmçinin “830 kvadrilyon elektron sovet rublu” hazırlanıb" />

Moskvada SSRİ-ni bərpa edən qrup peyda olub

Yeni imperiyanın vətəndaşları üçün onlar artıq pasportlar hazırlayırlar Həmçinin “830 kvadrilyon elektron sovet rublu” hazırlanıb

Rusiyanın “Novaya qazeta” nəşrinin məqaləsi əsasında

Moskvanın çoxmərtəbəli yaşayış binalarından birində paralel kainata giriş mövcuddur – burada SSRİ Ali Sovetinin pasport masası yerləşir.

Bu fantastik strukturun rəhbərlərindən biri olan Vladimir Kladinov deyir ki, qurum 2018-ci ilin fevralında yaranıb və “ölkənin bərpası” uğrunda mübarizə aparan vətəndaşların təşkilatıdır.

Vladimir Kladinov. Foto: Vlad Dokşin /«Novaya qazeta»

Kladinov keçmiş sahibkardır. O, əyalətlərdən artıq iki yüz nəfərə yaxın tərəfdaşı olan iqtisadçı Valentina Reunovaya qoşulub. Hamısı birlikdə “partiya qrupu”na bənzər bir qrup yaradıblar ki, bu da sonradan Ali Sovetə çevrilib.

Reunovanı yekdilliklə sədr seçiblər, Kladinov isə birinci müavin olub.

Və qrup “SSRİ-nin qanuni sərhədlərinə qaytarılması üzrə” işə başlayıb.

•SSRİ: legitim son

•Yeni Hollivud filmini həm Rusiyada, həm də Ukraynada qadağan etdilər. Müxtəlif səbəblərə görə

13 milyon – keçmiş Sovet İttifaqı Stalinin siyasi repressiyalarının qurbanlarının xatirəsini yad edir

“SSRİ-nin bərpası” özündə aşağıdakı addımları ehtiva edir (Ali Sovet tərəfindən bəyan edildiyinə görə):

•Rusiyada və SSRİ-nin digər respublikalarında Xalq deputatları şuralarının seçilməsi;

•İnsanları 1977-ci ilin “heç kimin ləğv etmədiyi” konstitusiyasının icrasına qaytarmaq;

•İngilis taxt-tacının Sovet İttifaqının ərazisinə iddialarını rədd etmək.

Partiyalılar əmindirlər ki, Sovet İttifaqının bərpası artıq 2019-cu ildə baş tuta bilər.

Ali Sovet həmçinin sovet pasportlarının hazırlanmasına başlayır ki, bunun üçün bütün Rusiya üzrə pasport masaları təşkil edir. Bu cür pasportun əldə edilməsi üç min rubla (təxminən 46 dollara) başa gəlir.

Məhz bu şəkildə olduğu kimi sənədlər gələcək Sovet İtifaqında yeganə legitim sənəd elan ediliblər:

Foto: Vlad Dokşin /«Novaya qazeta»

Ali Sovetdə vəd edirlər ki, bu “Sovet dövləti”nin vətəndaşları varlı, güclü imperiyada yaşayacaqlar. Bu məqsədlə artıq pul da var: 830 kvadrilyon sovet rublu.

“Novaya qazeta”nın jurnalistləri yalnız üçüncü cəhddən sonra öyrənə biliblər ki, bu “pullar” hansı görkəmdədir – sən demə, “elektron” imişlər.

Sovet, ÇK və güllələnmə siyahıları

Bərpa olunan İttifaqda az qala istənilən “sovet vətəndaşı” nazir ola bilər – təbii ki, KQB-də müvafiq yoxlamanı keçdikdən sonra.

Ştat, demək olar ki, komplektləşdirilib. Düzdür, bu yaxlnlarda SSRİ Ali Məhkəməsinin sədri Larisa Papuşa ölüb. Onun həyatda ikən imzaladığı sonuncu hökmü Pyotr Poroşenkonun və “Yalançı Ukrayna”nın digər rəhbərlərinin güllələnməsi haqqında qərar olub.

Foto: Vlad Dokşin /«Novaya qazeta»

SSRİ 2.0-da artıq çevriliş cəhdi də olub. Ai Sovetin fəalları Svetlana Zorya və Lyubov Kudryaşova Reunovanı sədr vəzifəsindən məhrum etməyə cəhd ediblər, lakin uğursuzluğa düçar olublar. Reunova baş verənlərdə Rusiya hakimiyyətinin əlinin olduğunu deyir.

Çevriliş cəhdinə görə fəallar qiyabi olaraq 13 il həbs cəzası alıblar (ilk növbədə ona görə ki, Ali Sovetin hələlik həbsxanaları yoxdur – amma olacaq).

Ekspertlərin rəyləri

Bütün Rusiya üzrə bu və ya digər səviyyədə sosialist nəhəngini həyata qaytarmağı arzu edən ona yaxın təşkilat var.

Rusiyalı politoloq Dmitri Oreşkin hesab edir ki, səbəblərdən biri artan pərişanlıqdır.

“Putinin dövlət quruluşu bir çoxlarında ikrah oyadır. Ona alternaiv tapmağa çalışırlar. Sovet İttifaqı belə mental alternativlərdən biridir”.

Foto: Vlad Dokşin /«Novaya qazeta»

Facebook Comments

More on JAMnews