Süjetə əsasən, amerikalı hərbçilər Rusiya prezidentini qiyamçılardan xilas edir. Moskvada hələlik düşünürlər, Kiyevdə isə hesab edirlər ki, Rusiya filmdə çox yaxşı göstərilib " />

Yeni Holluvud filmi həm Rusiya, həm Ukraynada qadağan edilib. Səbəblər müxtəlifdir

Süjetə əsasən, amerikalı hərbçilər Rusiya prezidentini qiyamçılardan xilas edir. Moskvada hələlik düşünürlər, Kiyevdə isə hesab edirlər ki, Rusiya filmdə çox yaxşı göstərilib

“Xanter Killer” filmindən kadr

“Hromadske”nin materialı

Rusiyada Amerika xüsusi xidmət orqanlarının Rusiya prezidentini xilas etməsi haqda “Xanter Killer” döyüş filmi prokata çıxmayıb. Noyabrın 25-də film Ukraynada da prokata çıxmalı idi, amma orada da film “Rusiya ordusunun müsbət obrazının nümayişinə” görə qadağan edilib. “Hromadske” bu haqda məlum olanları nəql edir.

• Amerika nəşri gürcü filmini 2017-ci ilin ən yaxşı filmləri siyahısına daxil edib

• Rusiyadan sonra Azərbaycanda da “Stalinin ölümü” filmi qadağan edilib

• Şimali Osetiya sakininin faciəvi hekayəsinin motivləri əsasında çəkilən Hollivud filmi osetin tamaşaçıların tənqidinə səbəb olub 

Rusiyada arzuolunmaz (və bir qədər də spoyler)

Film Amerikanın “Xanter Killer” sualtı qayığının ekipajının Rusiya prezidentinin hərbi çevriliş edən qiyamçıların əlindən qurtarılması üçün hazırlanan əməliyyatda iştirakından bəhs edir. Filmin süjet xəttinə görə, Rusiyanın müdafiə naziri öz prezidentini girov götürür (filmdə onun soyadı Zakarindir), amerikalılar isə bunun üçüncü dünya müharibəsinə gətirib çıxaracağını anlayaraq xilasetmə əməliyyatına başlayırlar. Ən sonda prezidenti hərbi dənizçilər dəstəsi xilas edir, Rusiya və Amerika sualtı qayıqlarının kapitanları nüvə müharibəsinin qarşısını ala bildikləri üçün sevinirlər.

Noyabrın 1-də film Rusiyada prokata çıxmalı idi. Amma bir gün qalmış filmin distribütoru olan Megogo Distribution şirkəti kinoteatrlara xəbər verib ki, film Rusiyada prokat şəhadətnaməsi ala bilməyib. Daha sonra Rusiya Mədəniyyət Nazirliyi bəyan edib ki, şəhadətnamə verilməsi üçün sənədlər onlara zamanında daxil olmayıb.

Mədəniyyət Nazirliyindən bildirildiyinə görə, distribütor filmin baxışı üçün sərt diski yalnız oktyabrın 30-da təqdim edib, buna görə də, Dövlət Film Fondu bu surətin lazımı keyfiyyətini yoxlaya bilməyib. Təşkilat sədrinin sözlərinə görə, bu məsələnin həllinə müraciət anından etibarən üç-dörd gün gedəcək. “Sadəcə bütün sənədləri vaxtında təqdim etmək lazımdır”, – mədəniyyət nazirinin müavini Pavel Stepanov bildirib.

Hələlik filmin Rusiyada nə zaman prokata çıxacağı və ümumiyyətlə çıxıb-çıxmayacağı bəlli deyil.

Ukraynada arzuolunmaz

Ukraynada isə film dəqiq prokata çıxmayacaq – hələ oktyabrın 25-dən, film ABŞ-da nümayişə başlayandan və ardınca Ukraynaya gətirilməsi planlaşdırılandan bəri qadağan edilib. Mədəniyyət Nazirliyi kinematoqrafiya haqda qanuna istinadən filmə prokat şəhadətnaməsi verməyib. 1998-ci ildə qəbul edilən bu qanuna 2015-ci ildə “işğalçı dövlətin orqanlarının və sovet dövlət təhlükəsizlik orqanlarının populyarlaşdırılmasına həsr olunmuş filmlərin yayılmasını və nümayişini” qadağan edən maddə əlavə edilib. Bu maddəyə əsasən yalnız Rusiyanın yox, istənilən ölkənin istehsal etdiyi işğalçı ölkənin və ya SSRİ-nin dövlət orqanlarının müsbət obrazını yaradan filmlərin nümayişi Ukraynada qadağan edilib.

“Bu filmə baxmışam, orada Rusiya prezidentinin və Rusiya ordusu admiralının müsbət obrazı yaradılıb, buna görə də qanun bu filmin nümayişini qadağan edir. Ekspert komissiyası belə qərar qəbul edib”, – Dövlət Kino Şirkətinin filmlərin yayılması və nümayişi üzrə ekspert komissiyasının üzvü Sergey Stukanov  “Hromadske”yə bildirib.

O əlavə edib ki, kinoteatrların ziyan çəkib-çəkmədiyini bilmir, amma buna ehtimal vermir: “Distribütorlar artıq özləri də anlayırlar nəyi göstərmək olar, nəyi olmaz, bu filmlə bağlı da hər şey aydın idi”.

Amma bəzi kinoteatrlar yenə də filmin anonsunu verib, sonra isə prokatdan çıxdığını bildiriblər.

Facebook Comments

More on JAMnews