İctimai sektor prezidentin təşəbbüsündə söz azadlığına təhlükə gördü " />

Gürcüstanda böhtan haqqında qanunun müzakirəsinə başlanılır. Prezidentin tələbi ilə

İctimai sektor prezidentin təşəbbüsündə söz azadlığına təhlükə gördü

Böhtan haqqında qanun mövzusuna prezident Salome Zurabişvili yüksək vəzifəyə seçiləndən sonra özünün ilk mətbuat konfransında toxunub. O bildirib ki, Gürcüstanda söz azadlığı “eybəcər formada” qəbul olunur və böhtan haqqında qanun qəbul etmək lazımdır.  

Zurabişvili deyib ki, qanunun mətni dumanlıdır və prezident administrasiyasında müvafiq müzakirələrə başlanılıb.

• Gürcüstanın yeni prezidenti Salome Zurabişvili kimdir

• Gürcüstanın yeni prezidenti Salome Zurabişvili kimdir

• Patriarxiyanın kapitalı. Gürcüstanın ən nüfuzlu institutunun əmlakı

• Gürcüstanda media kimə məxsusdur?

Prezident Zurabişvili qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətinin fəal hissəsini diskussiyalara qoşulmağa çağırıb. Onun sözlərinə görə, söz azadlığı ilə böhtan arasında balans problemini həll edən ölkələr var:

“Misal üçün, böhtan haqqında qanun qəbul edən Fransa. Fransanın Konstitusiya Məhkəməsi qərar çıxarıb ki, qəbul edilən qanun söz azadlığı və İnsan Haqları Bəyannaməsində olan digər azadlıqlara zidd deyil”, — deyə o, vurğulayıb.

Bu, söz azadlığının tənzimlənməsi ilə bağlı bu həftə verilən sayca ikinci tələbdir.

2019-cu ildə bu mövzuya yanvarın 7-də özünün milad bayramı epistolunda Gürcüstan patriarxı toxunub. O cümlədən o bildirib ki, “söz azadlığından sui-istifadə edirlər”.  

Patriarx və prezidentin bəyanatına parlament sədri İrakli Kobaxidze reaksiya verib. O bildirib ki, “böhtan lazımi ölçülərin qəbulunu tələb edən ciddi problemdir”.

Böhtan haqqında qanunun qəbulunu daha bir nüfuzlu siyasətçi – Tbilisi meri Kaxa Kaladze də alqışlayır.

“İnkişaf etmiş ölkələrdə feyklə, böhtanla ciddi mübarizə elan olunub və aparılır… Biz də qeyri-hökumət sektorunun iştirakı ilə bu problemi həll etməliyik”, — deyə Kaxa Kaladze bildirib.

İctimai sektorun reaksiyası

Nüfuzlu siyasətçilər və patriarxın bəyanatları səsləndiriləndən sonra, jurnalistlər və qeyri-hökumət sektorunun şübhəsi yoxdur ki, hakimiyyət böhtan haqqında qanunu sərtləşdirməyə hazırlaşır.

Gürcüstanın Jurnalist Xartiyasının direktoru Nata Dzelişvili “Azadlıq” radiosuna bildirib ki, “özünüifadə azadlığının pozulması haqqında müzakirələrin ciddi şəkil aldığını” təxmin edir, bununla belə, hesab edir ki, nəticədə vətəndaş cəmiyyəti və beynəlxalq ictimaiyyətin dəstəyi ilə hakimiyyət indiki mütərəqqi qanunvericiliyi dəyişə bilməyəcək.

“Müasir texnologiyalar şəraitində, sosial şəbəkələri idarə edən alqoritmlər fonunda özünüifadə azadlığını məhdudlaşdırmaq mümkün olmayacaq, əgər deyək ki, Türkiyəyə bənzəyən dövlətə çevrilmək istəyi yoxdursa”, — Dzelişvili deyir.

Böhtana görə cəza tətbiq olunsa, nə baş verəcək? Effekt sual doğurur, “Gürcüstanın demokratik təşəbbüsü”nün təsisçilərindən biri, hüquqşünas Giorgi Mşvenieridze belə düşünür. Onun fikrincə, tənqidçi KİV-lər ehtiyatlı olacaq və mümkün cəza təhdidi altında kəskinliyini itirəcək.

“Bu isə artıq demokratiya yolunda geriyə atılan addımdır”, — hüquqşünas deyir.

Qanunvericilik bu gün

Qüvvədə olan qanunvericiliyə əsasən, böhtana görə heç kimi həbs etmirlər. Müvafiq maddə 2004-cü ildə Cinayət Məcəlləsindən götürülüb və böhtanla bağlı sualları söz azadlığı və özünüifadə azadlığı haqqında qanunla tənzimlənir. Həmin qanuna əsasən, həqiqətə uyğun olmayan, başqa bir insan və ya qrupun şərəf və ləyaqətinə toxunan faktları yaymaq böhtan sayılır.

Böhtan vətəndaş çəkişməsinin predmetidir. Çəkişmə zamanı iddiaçı özü sübut etməlidir ki, haqqında yayılan informasiya yalandır. İddiaçı işi uda bilirsə, məhkəmə böhtançıdan təkzib yazmağı, zərərçəkənə mənəvi  ziyanı ödəməyi tələb edə bilər.

İctimai şəxsə böhtan atılıbsa, belə olan halda iş fərdi şəxslərə qarşı böhtandan daha yüksək söz azadlığı standartları ilə nəzərdən keçirilə bilər.

 


More on JAMnews