Fransa daxili işlər nazirinin sözlərinə görə, sığınacaq xahişləri vizasız rejim üçün problemlər yarada bilər" />

Gürcüstan aeroportlarında fransız zabitlər? Gürcüstan qanunsuz miqrasiyanın azaldılması üçün tədbirlər görəcək

Fransa daxili işlər nazirinin sözlərinə görə, sığınacaq xahişləri vizasız rejim üçün problemlər yarada bilər

Gürcüstanda səfərdə olan Fransanın daxili işlər naziri Kristof Kastaner iki ölkə arasıdakı münasibətlərdə əsas problemin Gürüstandan artmaqda olan qanunsuz miqrasiyanın olduğunu bildirib. Onun sözlərinə görə, əgər belə davam edərsə, gələcəkdə Gürcüstandan “Avropaya azad giriş” məhdudlaşdırıla bilər. Bunun qarşısını almaq üçün Gürcüstan öz ərazisinə Fransa İmmiqrasiya Xidmətinin zabitlərini buraxmağa hazırdır.

Sığınacaq axtaranlar – əsas problem

Fransa daxili işlər nazirinin gürcüstanlı həmkarı ilə görüşdən sonra bildirdiyi kimi Gürcüstan təhlükəsiz ölkədir, burada müharibə getmir, buna görə də sığınacaq axtaranların bu dərəcədə çox sayda olması qəbulolunmazdır və “Gürcüstan üçün təhqiredicidir”.

“Əgər biz bunun üzərində işləməsək, zabah Gürcüstanın Avropaya azad girişi məhdudlaşdırılıa bilər”, – Kristof Kastaner bildirib.

Polşa – Gürcüstan vətəndaşları üçün iş tapılan ölkə

Gürcüstan vətəndaşları Avropada – vizasız, sığınacaqsız

Onun sözlərinə görə, vizasız rejimin dayandırılması məsələsini müzakirə etməyib, çünki Gürcüstanla əməkdaşlıq davam edir, amma belə bir ehtimal mümkündür.

Fransada Gürcüstandan olan sığınacaq axtaranların sayının artdığını Gürcüstan daxili işlər naziri də etiraf edir. Giorgi Qaxariyanın sözlərinə görə, hökumətin problemin həlli ilə bağlı “konkret planı” var.

O, həmçinin qeyd edib ki, Gürcüstan tam layiq olduğu üçün azad vizasız rejim haqqı qazanandan sonra sığınacaq axtaranların sayının artması təbii və gözlənilən prosesdir.

“Təxminən iki ildir ki, Gürcüstanın vizasız rejim haqqı var və bu günə olan məlumata əsasən, 400 mindən çox gürcü Avropaya səfər edib, onların əksəriyyəti heç bir qanunu pozmayıb. Mütləq əksəriyyət Gürcüstana qayıdıb və onlar buraya daha çox Avropa gətitiblər, həmçinin böyük mədəniyyət mübadiləsi imkanı qazanıblar”, – daxili işlər naziri bildirib.

Onun sözlərinə görə, “vizasız rejim son onilliklər ərzində Gürcüstanın ən böyük nailiyyətidir”.

“Ölkəmizdə demokratiyanın inkişafı üçün bu nailiyyətin nə demək olduğunu çox yaxşı anlayan həmkarlarımıza minnətdarlığımı bildirmək istəyirəm”.

Fransa zabitləri Gürcüstanda

Giorgi Qxariya qeyd edib ki, yaranmış problemin həlli üçün Fransa ilə əldə olunan razılığa əsasən, miqrasiyaya nəzarət məqsədilə Gürcüstan Miqrasiya Xidmətinin əməkdaşları Fransada, Fransanın müvafiq xidmətinin əməkdaşları isə Gürcüstanda işləyəcək.

“Fransa İmmiqrasiya Xidmətinin əməkdaşları Gürcüstanda, Gürcüstan Miqrasiya Xidmətinin əməkdaşları isə Fransada təmsil olunacaqlar, birbaşa reyslər həyata keçirilən şəhərlərdə”, – Qaxariya bildirib.

Onun sözlərinə görə, bu tədbirlər sığınacaq istəyənlərlə bağlı risklərin qarşısının alınması üçün lazımdır.

2019-cu ilin aprelindən Avstriya ilə bu cür təcrübə artıq mövcuddur – Kutaisi aeroportundan Vyanaya yeni reys açılandan sonra Gürcüstandan bu reyslə hərəkət edən sərnişinləri aeroportda Avropa İttifaqının Xarici Sərhədlərin Təhlükəsizliyi üzrə Agentliyinin (FRONTEX) nümayəndələri yoxlayır.

Avropada sığınacaq axtaranlarla bağlı statistika

2019-cu ilin yanvarında Gürcüstandan Fransada sığınacaq axtaranların sayı 920 nəfər olub. 2018-ci ilin yanvarı ilə müqayisədə bu göstərici iki dəfə, hələ vizasız rejimin tətbiq edilmədiyi 2017-ci ilin birinci ayı ilə müqayisədə isə dörd dəfə artıb.

Bu gün Fransa Gürcüstandan Avropada sığınacaq axtaranlar üçün əsas ölkədir. İkinci yerdə Almaniyadır ki, 2019-cu ilə dair məlumata əsasən, bu ölkədən 550 nəfər Gürcüstan vətəndaşı sığınacaq istəyib. Almaniyaya münasibətdə azalma müşahidə olunur, 2018-ci ilin yanvarında bu ölkədə sığınacaq axtaran Gürcüstan vətəndaşlarının sayı 755 nəfər olub.

Eurostat-ın məlumatına görə, 2018-ci ildə Gürcüstandan Avropa İttifaqında 17980 nəfər sığınacaq istəyib, bu da bütün sığınacaq istəyənlərin 3 faizini təşkil edir. Bu rəqəm 2017-ci illə müqayisədə 11 faiz azdır.

Aİ-də sığınacaq axtaranlar arasında Gürcüstan vətəndaşları10-cu yeri tutur. Fransa, İrlandiya, Çexiya, Danimarka və Lixtenşteyndə sığınacaq axtaran Gürcüstan vətəndaşları ilk üçlüyə düşüblər.

Avropa İttifaqının sığınacaq verilməsi üzrə bürosunun (EASO) məlumatına əsasən, 2016-cı illə müqayisədə 2017-ci ildə viza liberallaşmasından sonra Avropa İttifaqı ölkələrində sığınacaq axtaran gürcüstanlıların sayı 35 faiz artıb.


More on JAMnews