Bu pozuntular haqda hamı bilir, amma hamı mübarizə aparmır. Mayın 1-də, Əmək Günündə Ermənistanda işçilərin hüquqları haqda xatırladırıq" />

Ermənistanda 5 ən geniş yayılmış əmək hüququ pozuntusu

Bu pozuntular haqda hamı bilir, amma hamı mübarizə aparmır. Mayın 1-də, Əmək Günündə Ermənistanda işçilərin hüquqları haqda xatırladırıq

“Transparency International” Antikorrupsiya Mərkəzinin hüquq məshəhətçisi Eriknaz Tiqranyan qeyd edir ki, Ermənistanda əmək hüququ sahəsinin inkişaf və ya əksinə, deqradasiya etməsi, hansı pozuntuların müşahidə olunması haqqında ölkədə nə tədqiqatlar aparılıb, nə də hər hansı statistik məlumat var.

Hüquq məsləhətçisi antikorrupsiya mərkəzinin məlumatlarından çıxış edərək, beş ən geniş yayılmış əmək hüququ pozuntusunu təqdim edir.

1. Rəsmi qaydada işə götürülməyən, qeyri-qanuni işçilərin olması

Adətən işə götürənlə işçi arasında şifahi razılaşma olur. Nəticədə işə götürən vergi öhdəliklərindən yayınaraq, işçini rəsmi qaydada işə götürmür. Belə olan halda işçi həmin təşkilatda işlədiyi vaxtı itirmiş olur, çünki bu vaxt iş stajı olaraq hesablanmır.

İşə götürənlə istənilən mübahisə zamanı isə, misal üçün, maaşın verilməsi ilə bağlı, faktiki əmək münasibətlərinin mövcud olmasının sübuta yetirilməsi problemi yaranır.

Ermənistanda aydınlaşdırmağa çalışırlar: inqilabdan sonra 50 min iş yeri nəyin hesabına yaranıb

Ermənistanda korrupsiya ilə mübarizə artıq baş nazir komandasına da toxunub

2. Əmək müqaviləsində maaşın həqiqi məbləği göstərilmir

İşçi işə götürənin bu şərti ilə ona görə razılaşır ki, onu ancaq işinin olması məsələsi narahat edir. O, faktiki olaraq yüksək maaş alsa da, müqavilədə real maaşdan xeyli kiçik məbləğ göstərilir. Bu zaman da işə götürən həmin yolla özünü daha yüksək verginin ödənilməsindən azad edir.

Amma işə götürən sonradan maaşı ödəmədiyi və ya işçini heç bir əsaslı səbəb olmadan işdən çxardığı halda sonuncu məhkəmədə öz hüquqlarını qoruyarkən və ya təzminatın ödənilməsini tələb edərkən, özünün real maaşına istinad edə bilməyəcək ki, bu da onun xeyrinə deyil.

3. Əsassız olaraq müddətli əmək müqaviləsinin bağlanması

İşə götürənlər müddətli əmək müqavilələri bağlamağa daha meyillidirlər. Bu, istənməyən işçilərdən müqavilə müddətinin başa çatmasını bəhanə edərək asanlıqla azad olmağa imkan verir. Bu həm də əlavə əsaslandırma və izahlar vermək məcburiyyətindən azad edir.

4. İstisnasız hamı üçün sınaq müddətinin təyin edilməsi

Ermənistan Respublikasının Əmək Məcəlləsi aşağıdakı hallarda sınaq müddətinin təyin edilməsinə icazə vermir: 17 yaşına çatmayan şəxslərin, bu vəzifəyə təyin olunmaq üçün ixtisas imtahanı verən şəxslərin, işə götürənlərin qarşılıqlı razılaşması əsasında iş yerini dəyişən şəxslərin işə götürülməsi zamanı.

Bu kateqoriyadan olan muzdlu işçilər əmək müqaviləsinin bağlanması zamanı işə götürəndən sınaq müddəti ilə bağlı şərtin götürülməsini tələb edə bilərlər. Bundan əlavə, işçi özü həmin fəaliyyətin ona nə dərəcədə uyğun olduğunu yoxlamaq üçün özü sınaq müddəti təyin edə bilər.

Amma təəssüf ki, hələ ki bizdə belə bir təcrübə yoxdur, çünki əmək bazarı asan və rahat şəkildə iş tapmaq imkanı vermir.

5. Qeyri-iş vaxtında əlavə pul ödənmədən əsassız şəkildə işə cəlb edilmə

İşə götürən heç bir hüquqi əsası olmadan və əvvəlcədən xəbərdarlıq etmədən işçiləri istənilən bəhanə ilə qeyri-iş vaxtında işə çağırır. Əmək Məcəlləsinə əsasən, qeyri-iş vaxtında iş saatlarının maksimal miqdarı il ərzində 180 saata qədər ola bilər. Burada həm də ödənişlə bağlı problemlər yaranır.

Ermənistan Respublikasının Əmək Məcəlləsinə görə, qeyri-iş vaxtında işə görə 50% həcmində əlavə pulun ödənilməsi nəzərdə tutulur, yəni qeyri-iş vaxtında görülən işə görə işçiyə onun adi iş saatında aldığı puldan 50 faiz artıq ödəmək lazımdır.

Amma əgər onun qeyri-iş vaxtındakı fəaliyyəti sənədlərdə hansısa şəkildə əks olunmursa, əlavə pulun ödənilməsini tələb etmək çətin ki, mümkün olsun.

Facebook Comments

More on JAMnews