“Ədalətli seçkilər” təşkilatı sosial şəbəkələrə və internet nəşrlərə həsr olunmuş tədqiqat aparıb" />

Facebook trolları və saxta media-saytlar. Hakimiyyət mitinqçilərlə necə mübarizə aparır?

“Ədalətli seçkilər” təşkilatı sosial şəbəkələrə və internet nəşrlərə həsr olunmuş tədqiqat aparıb

Hakimiyyət parlament qarşısındakı aksiya təşkilatçıları və iştirakçıları ilə Facebook trolları vasitəsilə mübarizə aparır və diskreditasiya üzrə kampaniyalar təşkil edir ki, bu da ucuz başa gəlmir.

İyunun 21-ə açılan gecə baş verən hadisələrdən sonra Gürcüstanın sosial şəbəkələrinin və internet nəşrlərinin tədqiqatını aparan “Ədalətli seçkilər” qeyri-hökumət təşkilatı (ISFED) bu qənaətə gəlib.  

_____________________

Tədqiqat nəyi üzə çıxarıb?

Parlament ətrafında keçirilən etiraz aksiyasının təşkilatçıları və iştirakçıları xüsusilə həssas duruma düşüb. Əsas mesaj – aksiya təşkilatçıları müxalif Milli Hərəkat Partiyası tərəfindən idarə olunur. Milli Hərəkat isə öz növbəsində ölkədə stabilli pozmağa çalışır və iğtişaşlar başlatmağı planlaşdırır.

Həmin bu internet nəşrlər xüsusi təyinatlıları qurban, aksiya iştirakçılarını isə təcavüzkar kimi göstərməyə çalışır.

İyunun 21-də aksiya dağıdılandan sonra bu nəşrlər yalnız xüsusi təyinatlıların güc tətbiq etdiyi faktlarını əks etdirməyən və əksinə, vətəndaşların aqressivliyini göstərən foto və videoları yayımlayıblar. 

Məsələn, təşkilatın bildirdiyinə görə, videolardan birindən görünür ki, psixi cəhətdən sağlam olmayan və ya sərxoş olan bir şəxs aqressiv hərəkətlərlə seçilir.

•“Açara Türkiyə regionuna çevrilir” – Rusiyanın Birinci kanalının reportajı

Keçmiş çex barmenin feyk-xəbərlər imperiyası

Azərbaycanda sosial şəbəkələr ətrafında mübahisə

Kampaniya təşkil olunub və koordinasiya edilib

Yayılan statuslar bir qayda olaraq eyni mesajı daşıyır, bəzən bəzi səhifələrdə eyni fotolar və video-materiallar, hətta eyni mətnlər yayılır.

“5 dəqiqə ərzində eyni video üç səhifədə yayılıb ki, bu da onlar arasında əlaqənin olması və vahid idarəetmə ehtimalını gücləndirir”, – tədqiqatda deyilir.

Kampaniyanın arxasında hakimiyyət və hakimiyyətə yaxın şəxslər dayanır

Tədqiqatda bu fikir konkret arqumentlə möhkəmlənib:

Tədqiqat əsnasında aşkar olub ki, sosial şəbəkələrdə yeni yaradılan shifələrlə yanaşı 2018-ci il prezident seçkisi zamanı Salome Zurabişvilinin namizədliyini dəstəkləyən Facebook səhifələri də fəallaşıb.

“Ədalətli seçkilər” həmçinin müxalifətin diskreditasiyası üçün işləyən konkret Facebook səhifələri ilə hakimiyyətin əlaqəsini də üzə çıxarıb. Məsələn, bu gün aksiya iştirakçılarına qarayaxma kampaniyası aparan “İnformasiya səhifəsi” adlı Facebook səhifəsi 2014-cü ilin fevralında “Özünüidarə orqanlarına seçkilər / Gürcü arzusu” adı altında fəaliyyət göstərib.

Kampaniya bahalı məmnuniyyətdir. Hər bir status ödənişlidir

Öz miqyasından asılı olaraq təsvir olunmuş kampaniya kifayət qədər bahalıdır. İnsan resurslarından başqa statusların haqqının ödənilməsi üçün ciddi vəsaitlər xərclənir. 

“Qanunsuz vəsaitlərin istifadə olunması haqda ehtimalları ilə bağlı suallar yaranır”, – tədqiqatda deyilir.

Hpmpfpb və Qərb əleyhinə mesajlar

Statusların böyük hissəsinin hakimiyyətə yaxın şəxslər tərəfindən maliyyələşdirildiyi ehtimal olunur və homofob xarakter daşıyırlar. Bu, sözügedən kampaniyanın daha bir əlamətidir.

Sponsorluq edilən paylaşımların bir hissəsi parlament ətrafındakı aksiyaların arxasında “Tbilisi prayd” təşkilatçılarının dayandığından xəbər verir. Sübut olaraq mitinqdə iştirak edən LGBT fəallarının şəkilləri dərc olunur.

“Bu mesajlar Qərb əleyhinə narrativlə xarakterizə olunan ultra-sağ qüvvələrin səhifələrindəki dezinformasiya və təbliğat çıxışlarına tam uyğun gəlir”, – tədqiqatda deyilir.

Saxta media-saytlar

Etiraz aksiyası iştirakçılarının diskreditasiyası üzrə kampaniya yalnız Facebook-da aparılmır. İlk baxışdan internet nəşrlərə bənzəyən çox sayda veb-saytlar var – xəbərlər, qeyri-siyasi mövzularda müxtəlif məqalələr dərc olunur. Amma reallıqda onların KİV-lə heç bir əlaqəsi yoxdur və yalnız bir məqsədlə yaradılıblar – aksiya iştirakçılarının nüfuzdan salınması.

Bu saxta saytlarda müxalifətə qarşı məqalələr dərc olunur və ya Facebook-da sponsor yardımı ilə yayılan video-süjetlər yerləşdirilir.

Parlament binasının ətrafında artıq on üçüncü gündür ki, “Rüsvayçılıq” şüarı altında aksiya davam edir. İlkin olaraq Gürcüstan parlamentində rusiyalı deputat Sergey Qavrilovun çıxışı səbəbilə mitinqə çıxan aksiya iştirakçılarının hazırda bir tələbi qalıb – daxili işlər naziri Giorgi Qaxariyanın istefası. İstefa tələbi iyunun 21-ə keçən gecə xüsusi təyinatlılar rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edərək parlament qarşısındakı mitinq iştirakçılarını dağıdandan sonra gündəmə gəlib.

 


More on JAMnews