Ölkə vətəndaşları heyrət və qəzəb içindədir, baş nazirin müavini isə cavabında dövlət qulluqçularının maaşlarının artırılmasını təklif edib " />

Ermənistanda vəzifəli şəxslər özlərinə milyonlarla dram həcmində mükafat yazıblar

Ölkə vətəndaşları heyrət və qəzəb içindədir, baş nazirin müavini isə cavabında dövlət qulluqçularının maaşlarının artırılmasını təklif edib

Müxtəlif vəzifə tutan dövlət qulluqçuları Yeni il ərəfəsində özlərinə və öz əməkdaşlarına milyonlarla dram həcmində mükafat yazıblar. Bayram günlərindən sonra  qədər indiyəbu mövzu bütün səviyyələrdə – sadə vətəndaşlardan tutmuş parlament deputatlarına və hökumət üzvlərinə qədər – müzakirə olunur.

Hər şey vilayət rəhbərlərindən başlayıb

Mükafatlarla bağlı qalmaqal Ermənistanın vilayət rəhbərlərindən başlayıb. Jurnalistlər ortaya çıxarıblar ki, bəzi region rəhbərləri özlərinə çox böyük məbləğdə mükafatlar yazıblar. Söhbət Kotayk, Lori, Vayotsdzor, Armavir, Sünik və Ararat vilayətlərindən gedir. Məsələn, Ararat vilayətinin qubernatoru özünə əmək haqqının 104,5 faizi qədər mükafat yazıb.

Qubernatorların maaşları 660 min drama (1340 dollara) qədərdir.

Qubernatorun bu əməli parlament müxalifəti tərəfindən tənqid olunub. Məsələn, “Maariflənmiş Ermənistan” fraksiksiyasından olan deputat Ani Samsonyan bəyan edib ki, bu yolverilməzdir:

“Düşünürəm ki, bu səs-küydən sonra qubernatorlar ən azından öz yanaşmalarını yenidən nəzərdən keçirər, çünki dövlət büdcəsi hesabına bu cür səxavətli mükafatlandırma, üstəlik, bunun heç bir il belə işləməmiş qulluqçulara tətbiq olunması yolverilməzdir”.

İqtidar partiyasından isə bildirirlər ki, qubernatorlar qanunu pozmayıb.

“Onların özlərini mükafatlandırmasını qanun qadağan etmir. Ciddi desək, onlar qanunu pozmayıb”, – “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makunts qeyd edib.

Yerevan meriyası demək olar ki, milyon dollarlıq mükafat yazıb

Yerevan meri Hayk Marutyan 1628 əməkdaşa ümumilikdə 974 min dollar həcmində mükafat yazıb. Məsələn, merin birinci müavini Qraçya Sarkisyan 688 min dram (1500 dollar), merin müavini Hayk Sarkisyan və Yerevanın baş memarı Artur Mesçyan 637 min dram (təxminən 1300 dollar) həcmində mükafat alıb.

“Mükafatlandırma təcrübəsi davam edir. Bu və ya digər əməkdaşın mükafatla təltif olunması və ya mükafatın həcmi ötən dövr ərzində onun işi dəyərləndirilərək təyin ediləcək”, – Yerevan merinin mətbuat katibi Akop Karapetyan qeyd edib.

Hayk Marutyanın özü isə bəyan edib ki, əvvəlki hakimiyyət cəmiyyəti aldadır və ildə bir yox, bir neçə dəfə mükafat yazırmış, onlar isə bu təcrübədən imtina edib:

“Məlum olub ki, 2017-ci il ərzində Yeni il mükafatlandırmasından başqa 287 milyon dram [600 min dollara yaxın – JAMnews] həcmində pul mükafatı yazılıb və cəmiyyətə bu haqda məlumat verilməyib. Əməkdaşların mükafatlandırılması haqda sərəncamların yerinə saytda tamam başqa sənədlər dərc olunub”.

Dövlət Gəlirləri Komitəsinin rəhbəri 2018-ci ildə mükafatlar sayəsində əməkhaqqıdan daha çox qazanıb

Ermənistan Dövlət Gəlirləri Komitəsinin rəhbəri David Ananyan vəzifədə olduğu 8 ay ərzində 14 milyon dram (təxminən 29 min dollar) mükafat alıb. Maraqlıdır ki, Ananyanın eyni dövrdə ümumi əməkhaqqı 8 milyon dram (təxminən 16500 dollar) təşkil edib.

Bu, iqtidar partiyasının narazılığına səbəb olub. Struktur rəhbərinin iştirakı ilə qapalı iclas keçirilib.

İclasdan sonra Ananyan jurnalistlərə bildirib ki, deputatların 15-20 sualına cavab verib:

“Dərc olunmağa açıq olan həmin informasiya əsasında mükafatlar, əməkhaqqılar haqda ümumi müzakirə oldu. Şəxsi, gizli və qanunla qorunan informasiyaya üzdən toxunuldu”.

Yerevanın meri namizədliyini Ermənistanın baş nazirinin dəstəklədiyi Hayk Marutyan olacaq

Ermənistanda korrupsiya ilə mübarizə. Mif və reallıq

Sosial şəbəkələrin reaksiyası

“İnqiladban əvvəlki” hakimiyyəti əvəz edən məmurlar haqda bu cür informasiya sosial şəbəkə istifadəçilərini təəccübləndirib. Ümumilikdə dövlət qulluqçularının mükafatlandırılması fakti mənfi qarşılanıb.

Facebook sosial şəbəkəsində yazılan şərhlərin bir neçəsi:  

“Xalq sizi işləyəsiz deyə seçib, daha özünüzə mükafat yazasız deyə yox”.

“Paradoksaldır, amma mükafatı maaşı onsuz da yüksək olanlar alıb. Əməkhaqqı 60-70 min dram [120-140 dollar – JAMnews] olanlara isə verilməyib”.

Problemi həll etmək üçün əməkhaqlarını qaldırmaq lazımdır

Məmurlar özlərinə mükafat yazmasınlar deyə, dövlət qulluqçularının əməkhaqlarını qaldırmaq lazımdır – Ermənistanın baş nazir müavini Tiqran Avinyan əmindir. Onun sözlərinə görə, Ermənistanın dövlət sistemində əməkhaqqı və mükafat prinsipinə yenidən baxılacaq:

“Biz dövlət qulluğu sistemində əməkhaqqını rəqabətə davamlı etməliyik ki, ən yaxşı kadrlar hansısa mərhələdə özəl sektora getməsin. Bütün dövlət qulluğu sisteminə yenidən nəzər salmaq lazımdır”.


More on JAMnews