Rusiya təyyarələri ixrac yox, daxili qiymətlə satıb. Ödənişin konkret məbləği açıqlanmır" />

Ermənistan Rusiyadan dörd yeni qırıcı təyyarə alıb

Rusiya təyyarələri ixrac yox, daxili qiymətlə satıb. Ödənişin konkret məbləği açıqlanmır

Yerevan Moskva ilə dörd çoxfunksiyalı Su-30SM qırıcı təyyarəsinin alışı ilə bağlı müqavilə imzalayıb. Ermənistan silahlı qüvvələri təyyarələri 2020-ci ildə əldə edəcək.

Rusiya Ermənistana silah təchizatını davam etdirəcək

Ermənistanda Rusiyanın Azərbaycana silah təchizatını dayandıracağına şübhə edirlər

Sövdələşmə haqda nə məlumdur?

Uzun illərdən sonra ölkənin Silahlı Qüvvələri istifadə olunmuş yox, yeni aviatexnika almış olacaq.

Müqavilənin reallaşdırılması üçün Rusiya tərəfi bəzi güzəştlərə gedib. Daha əvvəl ayrılan 100 milyon dollar kreditdən başqa, Ermənistan təyyarələri Rusiyanın ixrac yox, daxili qiyməti ilə əldə edib. Ermənistana bu güzəştlər Rusiyanın himayəsi altında mövcud olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi edilib:

“Miqavilənin kommersiya xarakterli sayılmasına və alışın Rusiya tərəfinin təqdim etdiyi kredit vəsaitləri ilə edilməsinə baxmayaraq, hər təyyarənin qiyməti Ermənistan hərbi hava qüvvələri üçün RF silahlı qüvvələri ilə eyni qiymətədir. Rusiya tərəfindən bu cür şərtlər əsl hədiyyə kimi görünür.

Mahiyyət etibarilə, bu, baş nazir Nikol Paşinyan zamanında Ermənistan Müdafiə Nazirliyi ilə bağlanan ilk müqavilədir. Bizim üçün KTMT üzrə müttəfiqimizdə mövqeyizin möhkəmliyini təsdiqləmək çox vacibdir”, – “Kommersant” nəşri aviasiya sənayesi müəssisələrindən birinin top-menecerinə istinadən yazıb.

Ermənistan Müdafiə Nazirliyindən sövdələşmənin baş tutduğunu təsdiqləyib, amma müqavilənin konkret dəyərini dəqiqləşdirməyiblər.

Bununla belə, 2012-ci ildə Moskva və Yerevan arasında imzalanan müqaviləyə əsasən, bir neçə il ərzində Ermənistan azı 12 qırıcı təyyarə almalı idi. Amma həmin razılaşma Ermənistanın maliyyə problemləri üzündən elə də qüvvəyə minmədi.

 Su-30 Ermənistanın nəyinə lazımdır?

Hərbi ekspert Leonid Nersisyan qeyd edir ki, bu illər ərzində Ermənistanın qırıcı aviasiyası yaranmayıb. Su təyyarələrinin alınması bu prosesin başlanğıcı olacaq:

“Döyüş təyyarələri ildən ildə göz görəsi dərəcədə köhnəlir. Bu baxımdan mövcud maşınları həmin Su-30SM-larla əvəz etmək rahat və məntiqli olardı… Su-30SM-nın zərbə imkanları, o cümlədn də X-58E radiolokasiya əleyhinə raketlərin tətbiqi Azərbaycanın hava müdafiəsi qüvvələri ilə effektiv mübarizəyə şərait yaradır, üstəlik Ermənistanın arsenalında eyni məqsədlər üçün istifadəyə yararlı olan “İskəndər” raket kompleksi də var.

Ümumilikdə Ermənistan silahlı qüvvələrinin cəbhəxanasında Su-30SM qırıcılarının olması hücum imkanlarını kifayət qədər artıracaq…, həmçinin Azərbaycanın strateji neft-qaz infrastrukturunu daha böyük təhlükə altında qoyacaq”.


More on JAMnews