Bunu ermənistanın müdafiə naziri bildirib və Rusiyanın müdafiə nazirinin müavini təsdiq edib" />

Rusiya Ermənistana silah verməyə davam edəcək

Bunu ermənistanın müdafiə naziri bildirib və Rusiyanın müdafiə nazirinin müavini təsdiq edib

Rusiya 100 milyonluq kredit müqaviləsi çərçivəsində silah təchizatını davam edəcək. Bunu Ermənistanın müdafiə naziri David Tonoyan bildirib:

“100 milyonluq kredit çərçivəsində təchizat prosesi davam edir”

Bununla yanaşı, Tonoyan qeyd edib ki, Ermənistan silahları tək Rusiyadan və Rusiyanın nəzarət etdiyi “Kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı” (ODKB) ölkələrindən deyil, digər ölkələrdən də alır.

Rusiyanın Ermənistana silah təchizatının dayandıra bilməsi barədə məlumat “Kommersant” qəzetində dərc olunmuşdu. Resurs öz mənbələrinə istinadən yazırdı:

«Müdafiə sənayesinin iki top-menecerinin sözünə görə, müqavilələrin ikinci paketinin reallaşması böyük sual altındadır”. Söhbət Ermənistanın 100 milyon dollar alacağı kreditdən gedir.

Yerevanla Moskva arasında bu küsülülük ODKB-nin baş katibi Yuri Xaçaturov barədə qaldırılan cinayət işi ilə bağlıdır.

Yuri Xaçaturovu, eynən Ermənistanın keçmiş prezidenti Robert Koçaryan kimi 2008-ci il martın 1-də konstitusiya quruluşunu devirməkdə cəhddə ittiham edirlər. O gün Yerevanın küçələrində prezident seçkilərinin nəticələrinə etiraz edənlərin aksiyası keçirilirdi. O zamankı iqtidar fövqəladə vəziyyət elan etdi, qoşun yeritdi. Nümayişin dağıdılması zamanı, martın 1-nə keçən gecə, hərbi silah işlədildi, on nəfər insan həlak oldi.

ODKB baş katibinə qarşı qaldırılan cinayət işi Moskvanın xoşuna gəlmədi. Rusiya XİN başçısı Sergey Lavrov Ermənistan hökumətini öz siyasi rəqiblərini təqib etməkdə suçladı. Bu fonda Rusiyanın kredit sazişi çərçivəsində silah təchizatına xitam verəcəyi barədə söz-söhbət fəallaşdı.

Lakin Ermənistan XİN bunlara diplomatik tarazlaşmış bir cavab verdi, və guman ki, Moskvanı sakitləşdirdi:

«Biz Ermənistanda hüquqi dövlər quruculuğu, müstəqil məhkəmə, korrupsiya ilə mübarizə istiqamətində hökumətin apardığı işlərə reaksiyanı izləyirik. Bu proseslər Ermənistanın xarici siyasəti ilə əlaqəli deyil və fikir ayrılığı doğurmamalıdır”.

Ermənistan XİN mətbuat katibi Tiqran Balayan əlavə edib ki: “Ermənistan-Rusiya müttəfiq münasibətlərinin inkişafı bizim üçün əhəmiyyətlidir”.

Bundan sonra Ermənistanda olan Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin deyib ki : “Silah təchizatının dayandırılması barədə məlumat qeyri-dəqiqdir. Təchizat davam edəcək”.

Facebook Comments

More on JAMnews