Maliyyə Nazirliyində əmindirlər ki, dövlət borcu artmaqda davam edəcək" />

Ermənistan hökuməti xarici dövlət borcunun azaldığını açıqlayıb, amma daxili borcun artığının üzərindən keçib

Maliyyə Nazirliyində əmindirlər ki, dövlət borcu artmaqda davam edəcək

Ermənistan baş nazirinin müavini Tiqran Avinyan elan edib ki, inqilabdan sonra ölkənin xarici dövlət borcu 120 milyon dollar və ya 2,1 faiz azalıb. Bir çox media orqanları bunu Nikol Paşinyan hökumətinin “inqilabdan sonrakı” nailiyyəti kimi təqdim edib. Daha sonra məlum olub ki, Ermənistanın xarici borcunun azalması ilə paralel olaraq daxili borcu artıb.

Ermənistanda innovasiyalı biznes forum – regionların inkişaf etdirilməsi cəhdi

Baş nazirdən yeni Ermənistan haqda 100 fakt

Rəqəmlər nədən xəbər verir?

Son 15 ayda Ermənistanın xarici dövlət borcu 118,5 milyon dollar azalaraq 5 milyard 456 milyon dollar təşkil edib.

Paralel olaraq daxili dövlət borcu 165,5 milyon dollar yüksələrək 1 milyard 478 milyon dollar təşkil edib.

Bu, Ermənistanın ümumi dövlət borcunun 47 milyon dollar və ya 0,7 faiz (6 milyard 934 milyon dollar) artmasına gətirib çıxarıb.

 Tərəddüd səbəbləri      

Maliyyə Nazirliyində dövlət borcunun artmasını, daxili və xarici borc arasındakı tərəddüdü bir neçə amillə izah edirlər.

Ermənistan rezidentlərdən və qeyri-rezidentlərdən, yəni ölkənin daxilində və xaricində olan fiziki və hüquqi şəxslərdən borc götürür. Daxili rezidentlər son 15 ay ərzində Ermənistan tərəfindən beynəlxalq bazarlara buraxılan qiymətli kağızlardan daha çox alıblar. Beləliklə, xarici dövlət borcunun müəyyən həcmi Ermənistan rezidentləri tərəfindən alındığı üçün avtomatik olaraq daxili borca çevrilib.

“Son 15 ay ərzində rezidentlər tərəfindən alınan qiymətli kağızların həcmi 50 milyon dollara qədər yüksəlib. Yəni bu qiymətli kağızlar ya Ermənistan bankları, ya da fiziki şəxslər tərəfindən alınıb”, –  Ermənistanın Xarici Borcların İdarə Olunması üzrə Komitənin rəhbəri Arşaluys Marqaryan deyib.

İkinci amil valyuta məzənnəsinin tərəddüd etməsidir. Ermənistan dövlət borcunun 50 faizini dollar, 13 faizini avro, 30 faizini isə SDR (Xüsusi İqtibas Haqqı) ilə götürüb.

“Bütün bu valyutalar nəzərdə tutulan dövrdə drama nisbətdə dəyərdən düşüb”, – Arşaluys Marqaryan deyir.

 Niyə dövlət borcu artmaqda davam edəcək?

Dövlət borcunun bundan sonra da artacağını hətta Ermənistanın Maliyyə Nazirliyi də etiraf edir, amma bunda xüsusi risk görmür.

Hökumət xarici və daxili dövlət borcunun payını azaltmaq və beləlikə də özünü valyuta məzənnəsinin kəskin tərəddüdündən qorumağa çalışır. İndi bu göstərici xarici borcun xeyrinə 80-nin 20-ə nisbətini təşkil edir.


More on JAMnews