ABŞ-da populyar nədir, Gürcüstanda nə " />

Döymə eləmək və sonra peşman olmamaq

ABŞ-da populyar nədir, Gürcüstanda nə

Monrealda çalışan tatu ustası Devid Kotedən (David Côté) lakonik və vacib məsləhətlər. Mənbə:Buzz Feed

1. Ölçü böyük əhəmiyyət kəsb edir

Əgər incəliklə işlənmiş mürəkkəb tatu istəyirsinizsə, çox vaxt onu əvvəlcədən planlaşdırıldığından daha böyük ölçüdə eləmək lazım gələ bilər.

• Bakıda necə tatu döydürəcəyini öyrənmək üçün 2 dəqiqəlik video

• 11 tədris veb-səhifəsi

Feminizmin əlifbası

• Şərh: Vaxtı necə tabe etmək olar?

2. Bədəninizdə xüsusi hissələr var

Sizin bədəninizdə xüsusi yerlər var ki, tatunun izi orada da daha uzun qalır. 
Məsələn:

Qulaq və onun arxası

Burada tatu eləmək daha ağrılı və çətindir. Rəng başqa yerlərə nisbətən bu hissədə yaxşı oturmaya bilər. Bundan əlvə bədənin bu hissəsinə tez-tez ətir və saç baxımı vasitələri vurulur, bu isə öz növbəsində tatuya pis təsir edir

Bilək

Burada isə duş üçün gel, nəmləndirici lasyon kimi pis təsir edə biləcək şəxsi gigeyanaya qulluq məhsulları tatuya pis təsir edə bilər. Bilək dərisi olduqca həssas və incədir, yəni, gec sağalacaq və şəkil də uzunmüddətli olmayacaqdır.

Ayağın altı

Ayağın altına döyülən tatu tez köhnəlir. Topuqda şəkil döydürmək daha uğurlu alınar. Dabanda da pis alınmayacaq.

Barmaqda

Mənim rəfiqəm baş barmağına üzük döydürmüşdü lakin, bir ay keçmədi ki o pozuldu. Əlbəttə ki, bu onun üçün gözlənilməz oldu.

3. Ağ tatular nə qədər qəşənq görünsələr də bir o qədər də saxlanılması çətindir

Birincisi ağ rəng daha tez yuyulacaq, ikincisi isə o rəngini dəyişəcək. Sizin dərinizin xüsusiyyətlərindən olaraq bej və ya boz rəngə dönəcək.

4. Akvarel tatuları əladır. Əsas onu düzgün şəkildə etməkdir

Əsas odur ki, akvarel tatunu professional şəkildə edə biləcək peşekar usta tapmaqdır. Akvarel tatuda əsas risk rənglərin qarışmasıdır. Lakin əgər hər şey düzgün şəkildə edilibsə tatu gözəl görünəcək.

5. Qara tatu əla görünür lakin olduqca ağrılıdır

“Qara tatudan daha çox xoşum gəlir- Kote deyir. “Əgər düzgün eləsələr, qara tatu daha uzun müddət qalır. Və onun döyülməsi olduqca ağrılı prosesdir.

6. Hansı tatunu seçməinizdən aslı olmayaraq, əsas düzgün usta seçməkdir!

Tatu-ömürlükdür. Buna görə də onu düzgün etmək lazımdır. Sizin fantaziyalarınızı həyata keçirə biləcək ustanı tapmaq lazımdır. Bir də bilməlisiniz ki, bu ucuz prosedur deyil.

Qafqazın tatu sevərləri daha mühafizəkardır. Tbilisinin tatu salonlarından birinə baş çəkdik və hansı şəkillərin daha tələb olunduğunu ustadan soruşduq:

Qartallar, kəllələr, skeletlər ən məşhur motivdir.

Əsrarəngiz nəməlum qadın

Bu da qara tatudur, qızlar üçün versiya

Bu da qara tatudur, qızlar üçün versiya


More on JAMnews