Qadın-usta Azərbaycan mentalitetinin ona necə xeyir verdiyindən danışır" />

Bakıda necə tatu döydürəcəyini öyrənmək üçün 2 dəqiqəlik video

Qadın-usta Azərbaycan mentalitetinin ona necə xeyir verdiyindən danışır

Yana Lyubimenko qrafik dizayndan bezib, yeni nələrsə sınaqdan keçirmək istədiyi zaman tatuirovka döyməyi öyrənmək qərarına gəlib. Dizayner bacarıqları hazırkı işində Yananın dadına yetir – o rəsmləri özü düşünür, internetdə axtarmalı olmur.

Azərbaycan mentaliteti və tatuirovka bir-birinə necə uyğunlaşır? Bir tərəfdən tatu sənət kimi Bakıda qadınlar arasında o qədər də populyar deyil – bu həm də qeyri-adidir, hətta müəyyən mənada ədəbdən kənar – axı yad adamın bədəninə toxunmalı olursan, ola bilər ki, kişilərin də.

Amma mentalitetin başqa tərəfi də var, Yana da öz kiçik biznesində məhz bundan istifadə edir. Məsələ ondadır ki, qızların çoxu tatu elətdirmək istəyir, amma öz bədənlərinə kişi ustanın toxunmasını istəmir.

Nəticədə Yananın müştərilərinin yetmiş faizi qadınlardır. Çiyinlərində görünən “nümayişkaranə” döymələri sevən kişilərdən fərqli olaraq, bakılı qızlar arasında biləklərində kiçik və ya qabırğalarının üstündə bir qədər böyük tatular daha populyardır.

Bakılılar çox vaxt qiymətlərin baha olmasından şikayətlənir, amma Yana deyir ki, burada tatuirovka qiymətləri Avropadakından xeyli ucuzdur.


More on JAMnews