Divanda uzanaraq, Stendforddan olan professorun mühazirəsini dinləmək" />

11 tədris veb-səhifəsi

Divanda uzanaraq, Stendforddan olan professorun mühazirəsini dinləmək

Boş vaxtınız çoxdursa, ya da əksinə çox azdırsa və həmin vaxtı yeni nəsə öyrənməyə və ya artıq əldə etdiyiniz bacarıqları inkişaf etdirməyə sərf etmək istəyirsizsə, bunun üçün çoxlu pulsuz və pullu veb-səhifə var. Neçə yaşında olmanız və hansı mövzularla maraqlanmanız vacib deyil – həmişə müvafiq onlayn-kurslar tapılacaq. Biz fikrimizcə 11 ən maraqlı veb-səhifəni seçdik.

Coursera – onlayn rejimində təhsil üçün ən populyar resurslardan biridir. Çox sayda universitet və təşkilatın tərəfdaşı olan Coursera istifadəçiyə çeşidli maraqlı onlayn-kurslar təklif edir. Burada lazımi kurslar tapmaq və həm humanitar fənlərin, həm də tibb, biologiya, riyaziyyat, informatika, iqtisadiyyat və biznesin öyrənilməsinə vaxt ayırmaq olar.

2014-cü ildə Coursera xidmətlərindən 800-dən çox müxtəlif kursda təhsil alan 10 milyon onlayn-tələbə istifadə edib.

Coursera tərəfdaşları arasında Stendford, Berkli, Braun, Con Hopkins universitetləri və digər ali məktəblər var. Təhsil pulsuzdur. İngilis dilindən istifadə olunur.

Skillshare – bu veb-səhifədə də çoxlu təhsil kursları var. Adobe Photoshop-u mənimsəmək və ya başqa qrafik dizayn proqramlarının yeni fəndləri barədə öyrənmək istəyirsiz? Ya bəlkə sizi sosial media maraqlandırır? Yaxud İnstaqrammınızın populyar olmasını istəyirsiz?

Skillshare sizə maraqlandığınız sahəni asanlıqla seçə biləcəyiniz video-dərslər kataloqunu təklif edir. Bundan başqa, siz müəllim kimi qeydiyyatdan keçib, dərslərinizi yaza və pul qazana bilərsiz. Tələbə tərəfindən dinlənən hər bir kursa görə veb-səhifə müəyyən məbləğ ödəyir.

KhanAcademy – bu veb-səhifə qeydiyyat zamanı seçim təklif edir. 1. Siz tələbə kimi qeydiyyatdan keçib, təhsil ala 2. Müəllim kimi qeydiyyatdan keçib, öyrədə 3. Valideyn kimi qeydiyyatdan keçib, övladınıza təhsildə kömək edə bilərsiz. Burada tarix, biologiya, riyaziyyat və s. fənləri öyrənmək olar.

Bu veb-səhifə qeyri-kommersiya məqsədlidir, bütün təklif olunan xidmətlər də pulsuzdur. Kurslarda təhsil üslubu öz proqramları, professorları və ev tapşırıqları ilə universitetdəki təhsilə bənzəyirsə, burada daha çox azadlıq var. Burada nəyi öyrənməyi, bu və ya digər fənnin hansı bölmələrinin vacib olduğu, hansılarınsa lazım olmadığı ilə bağlı özünüz qərar verirsiz. Heç kim tapşırığın yerinə yetirilməsini tələb etmir.

Amma nəzərə alın ki, özünü motivasiya ilə bağlı problemləriniz varsa, sizin üçün ən yaxşı variant Coursera-dır.

Memrise – yeni dil öyrənmək istəyirsiz, amma müəllimə vaxt sərf etmək istəmirsizsə bu veb-səhifə məhz sizin üçündür. Siz burada fransız dilini öyrənməyə başlaya, ingilis dilini təkmilləşdirə, ya da TOEFL və ya IELTS imtahanlarından keçmək üçün məşğul ola bilərsiz. Siz gündəlik tapşırıqları özünüz müəyyən edirsiz, dostlarınızla və digər tələbələrlə yarışa bilərsiz.

Duolingo – burada 18 müxtəlif dil öyrənmək olar. Həm də tamamilə pulsuz! Qeydiyyat zamanı gündəlik dərs müddəti müəyyən olunur. Fotoşəkillər və sadə interfeys vasitəsilə siz qısa müddətdə daha bir dildə danışa biləcəksiz.

Highbrow – bu, həddən artıq məşğul adamlar üçün olan veb-saytdır. Highbrow-nun təklif etdiyi bütün kurslar 10 günlükdür və qısa 5 dəqiqəlik dərslərə bölünüb. Hər səhər bu dərslər elektron ünvanınıza göndəriləcək. Nəzərə alın ki, eyni zamanda bir neçə kursa yazılmaq alınmayacaq. Kursu dəyişmək də mümkün deyil – yeni kursu öyrənməyə ancaq əvvəl seçilmiş kursu bitirəndən sonra başlamaq olar.

Bu zaman saytın təklif etdiyi bütün kurslar pulsuzdur. Burada siz işdə gərginliyinizi azaltmağa kömək edən yoqa dərsləri ala, Günəş sistemi, ədəbiyyat, kino tarixi və s. ilə bağlı bilgilərinizi artıra bilərsiz.

Codeacademy – burada siz pulsuz proqram yazmağı öyrənəcəksiz. Veb-səhifə müxtəlif proqramlaşdırma dillərinin: PHP, Phython и Ruby öyrənilməsini təklif edir. Codeacademy tələbələri adətən kursu bitirənə qədər öz layihələrini yarada bilirlər.

Free Code Camp – veb-developmentin mənimsənilməsi üçün əla yerdir. Xüsusən də siz JavaScript-lə maraqlanırsızsa. Dərc prosesi HTML5 və CSS3-dən başlayır, JavaScript və JQuery ilə bitir. Proqramlaşdırmanı öyrənmək imkanından başqa, veb-səhifənin daha bir üstünlüyü var – burada özün də qeyri-kommersiya təşkilatlarına müxtəlif maraqlı layihələrin realizəsində kömək edə və təcrübə qazana bilərsən.

Creativelive – bu, kreativ insanlar üçün onlayn-kurslardır. ON AIR funksiyası sayəsində pulsuz kurslar keçmək olar, bu kursları keçmək sayta girdiyiniz vaxtda təklif olunur. Kataloqdan sizə lazım olan bu və ya başqa kursu da seçə bilərsiz, amma artıq ödənişli əsasla. Sizi qrafik dizayn, illüstrasiya, musiqi, fotoqrafiya və s. maraqlandırırsa onda Creativelive məhz sizə lazım olan saytdır.

Yousician – bu veb-səhifə sizin fərdi musiqi müəlliminiz olacaq. Burada siz ətraflı məsləhət və təlimat ala bilərsiz. Sayt yaradıcılarının düşünülmüş yanaşması sayəsində bu və ya digər musiqi alətində – gitara, pianino, bas və hətta Havay gitarasında ifanızı qiymətləndirmək imkanınız olacaq.

Chessacademy – şahmat sevərlər üçün əla veb-səhifədir. Burada bu gözəl oyunu öyrənmək və ustalığınızı artırmaq imkanınız olacaq. Burada video-dərs almaq, qaydaları öyrənmək, məşğul olmaq və təbii ki, oynamaq imkanı var.


More on JAMnews