Gürcü şairi Diana Anfimiadi autist uşaqlar böyüdən valideynlərə bir neçə məsləhət verir " />

Diana Anfimiadi: “Autizm” sözündən qorxanlar üçün yazılıb”

Gürcü şairi Diana Anfimiadi autist uşaqlar böyüdən valideynlərə bir neçə məsləhət verir

Autizmlə hər hansə şəkildə üzləşən insanlar bu mövzuda danışıqlardan yayınır. Amma söhbət sənin uşaqlarından gedirsə, necə susa bilərsən?

Gürcü şairi Diana Anfimiadi 7 yaşlı Giorginin anasıdır. Onun kimi autistik spektr pozuntusu olan uşaqlar böyüdən valideynlərə bir neçə məsləhət verir.

 _____________

Diana Anfimiadi. Foto: Nata Sopromadze

Son vaxtlar “Facebook”da dostlarımın sayı artıb. Onların arasında mənə autizmlə bağlı suallar verən analar çoxdur. Bəzilərin həyəcanlı olduğu aydın hiss olunur. Yəqin ki, yazmayanlar da var. Bu qısa məktub da məhz onlara ünvanlanıb.   

Nə vaxt terapevtin qəbuluna gedirik?

Xalamın oğlu və guya 7 yaşında danışmağa başlayan Eynşteynlə bağlı heç bir nümunə gətirilməməlidir. Oğlanların gec danışmağa başlaması və hələ ki, xaşlamanın duzu yaxşıdıb  deyə səs çıxarmaması ilə bağlı “nəzəriyyələr” də irəli sürmək olmaz!

•Laşa Buqadzenin bloqu: “Quru körpü”dən vallar

•Valideynlərin vaxtı gəlib. Diskriminasiya ilə necə mübarizə aparmalı

•Gürcüstanda uşaqlara qarşı biganə münasibətin 6 sübutu

Uşağın iki yaşı var? Kommunikasiya dilindən istifadə etmir, amma bu zaman “hidro elektrik stansiyası” və ya “paralelloqram” sözünü dili dolaşmadan deyə bilir? Terapevtin qəbuluna tələsin!

Özünüzü aldatmayın

Bu, çətin mərhələdir. Əl saxlamadan, işləmək, “autizm” sözünü dilə gətirməmək üçün əlindən gələni eləmək olar. Bu söz qarşısında qorxu üstün gəlir. Bütün ətrafdakılar bu sözdən qorxur.

Bu ətrafdakıları unut!

Diaqnoz idarəçilik, strategiya, informasiyadır. Ona görə də özünü aldatmaq olmaz! Diaqnozu nəzərə alıb, terapiyaya başla – bu, uzun və çətin prosesdir.  

Başqa ana!

Daha böyük təcrübəsi olan başqa ana tap

Ünsiyyət qurun, öz təcrübəsi ilə bölüşsün. Mənim bəxtim gətirdi, tapdığım qadın soyuqqanlı, pozitiv idi, məni çox sakitləşdirdi.

Onunla ünsiyyət mənə faydalı təcrübə verdi.

Əsəbləşmək olmaz

Nə qədər çətin olsa da panikaya düşmək olmaz, bu heç nəyə kömək etmir, ancaq mane olur. Uşaq isə ətrafında həyəcanlı adamlar görəndə özü də narahat olur, özünü günahsız günahkar kimi hiss etməyə başlayır.

Mən hardasa 3-4 gün əsəbləşib, özümdən çıxmışam. Ağlayırdım. Şer yazırdım… Sonra da uşağın gündəlik uğurlarına sevinən xoşbəxt ana oldum.  

Bu, işləyir, inanın!

Əsas uşaqdır

Əsas məsələ uşağın maraqları və prioritetləri olmalıdır. “Uşağı başqa sinifə keçirəcəm, çünki bu sinifin valideynləri narahatdır”, “Uşaq bağçası tərbiyəçisinə irad tutmayacam – onsuz da maaşı aşağıdır”, “Əsas avtobusun digər sərnişinlərini narahat etməməkdir”.

Bütün bunları unudun. Əsası uşaqdır, qalan şeylər ikinci plandadır, qoy hər kəs öz qayğısına qalsın.

Qorxmaq olmaz

Hər şey tənzimlənir, hər şey yaxşı olacaq, işləyin, qorxmayın. Hər hansı tapmaca həll etdiyinizi, “yeni həyat” qazanmalı və bal toplamalı olduğunuz kompüter oyununda olduğunuzu düşünün.   


More on JAMnews