Biz uşaqların qayğısına həqiqətən də qalsaydıq, uşaqlara qayğı necə ola bilərdi" />

Gürcüstanda “uşaq kultu”nun üstündən xətt çəkən 6 fakt

Biz uşaqların qayğısına həqiqətən də qalsaydıq, uşaqlara qayğı necə ola bilərdi

 Uşaqları yük kimi daşıyırlar

Gürcüstanda uşaqlara münasibətdə hansısa təhlükəsizlik tədbirləri görmək adəti yoxdur. Onları velosipeddə və ya ayaq diyircəyində gəzməyi öyrədərkən, şlem və dizlik taxmırlar, yolu keçirərkən qaytarıcılar taxmırlar və avtokresloları tamamilə iqnor edirlər.

Gürcüstanda uşaqlara ümumiyyətlə maşınlarda kəmər taxmırlar və hətta körpələri də qabaq oturacaqlara oturdurlar. Gürcüstanda yol hərəkəti qaydalarının yavaş-yavaş sərtləşməsinə baxmayaraq, burada hələ heç vaxt heç kim avtokresloların məcburi şəkildə istifadəsi məsələsini qaldırmayıb.

Və tək yol qəzalarında deyil, həm də böyüklər üçün təhlükəli olmayan, amma maşında avtokreslosuz gedən uşaqlar üçün fatal olan xırda yol nəqliyyatı hadisələrində uşaq ölümü davam edir.

 Uşaqların yanında siqaret çəkirlər

Problem hətta tək onda deyil ki, uşaqların yanında siqaret çəkirlər, həm də ondadır ki, gürcülər arasında siqaret çəkənlərin böyük əksəriyyəti uşağın yanında siqaret çəkməyi heç də səhv hesab etmirlər. Söhbət təkcə geniş miqyaslı gürcü “supralarından, böyüklərin saatlarla oturub, yeyib-içdiyi, uşaqların boş-boş ortalıqda gəzdiyi səs-küylü qonaqlıqlardan getmir. Bu da daha sadə və tez-tez rast gəlinən hadisə: ana, ata və üç yaşlı uşaq kafedə sifariş gözləyir – hər iki valideyn düz uşağın üstünə siqaret tüstüsünü üfürürlər.

Onlar uşaqla söhbət edir və nəyisə düzgün etmədiklərini anlamırlar belə. Ya da siz dizinizdə bir yaşlı uşalqa maşına oturan kimi siqaret yandıran taksi sürücüsü.

 Uşaqlar üçün nəzərdə tutulan restoranlar yoxdur

Bəyan edilmiş “uşaq kultuna baxmayaraq, Gürcüstanda children-friendly siyasətli bir dənə də olsun restoran yoxdur. Deyəsən, restoran sahibləri ümumiyyətlə söhbətin nədən getdiyini bilmirlər, əks halda onlar sınıq (və təhlükəli!) oyuncaqları tüstüyə bürünmüş ümumi zalın qaranlıq küncündə saxlayardılar?

Tbilisi restoranlarından birində bu cür yer düz giriş qapısının ağzında quraşdırılıb, həmin qapıdan da düz mənim gözlərimin önündə diqqətdən kənarda qalan üç yaşlı uşaq çıxdı. Xoşbəxtlikdən, hər şey yaxşı ötüşdü, amma “uşaq guşəsi demək olar ki, heç bir dəyişiklikliyə məruz qalmadı.

Həqiqətən də onlarda uşaqların olmasına hesablanan restoranlar Gürcüstanda MacDonald’s Wendy’s kimi şəbəkələrdi.

 Uşaqlara alkoqolun dadına baxdırırlar 

Və yenə də bu, düzgün olmayan bir şey sayılmır. Xüsusən də oğlan uşaqlarına qarşı. Bu halda alkoqolun qəbulu hətta böyüklər tərəfindən bəyənilir; bu onlara çox əyləncəli görünür – beş yaşlı uşaq bir stəkan qırmızı çaxır içdi və kefləndi. Necə də gülməlidir.

Uşaq meydançaları

Onlar ya olmur, ya da heç vaxt təmir edilmir və yenilənmir. Bu, bizim “kulta çevirdiyimiz uşaqlara qarşı pisdir, həm də təhlükəlidir – misal üçün, uşaqlar beş il bundan əvvəl quraşdırılan və heç vaxt yenilənməyən təpəcikdə oynayırlar. Təpəciyin hündürlüyü 2 metrə yarımdır, bortları da çoxdan qırılıb.

Nadir istisnalarla istifadəyə verilən yeni tikililər uşaq meydançaları ilə təchiz olunmuş olur. Ola bilsin, uşaq arabasını qaldırıb-düşürə biləcəyiniz yük lifti də oldu, amma onun işləyəcəyinə ümid etməyə dəyməz.

Panduslar da olacaq, amma onların üstü ilə arabanı sürmək alınmayacaq. Misal üçün, Tbilisidəki yeni tikilinin qapısının ağzında çəkilən bu fotoda pandus daha ciddi işlərlə məşğuldur.

  Uşaqlarla işləmək prestijli deyil

Əslində, “uşaq kultu olan cəmiyyətdə uşaqlarla işdən daha prestijli nə ola bilər? Amma dayə işi əksər qadınların ancaq ehtiyacdan razılaşdığı işdir və onlar yorulmadan bunu bütün tanışlarına, o cümlədən də işə götürənə xatırladırlar. Gürcüstanda işləyən əksər dayələr ixtisaslaşmış mütəxəssislər deyillər.

Və bu qanunauyğundur: axı Gürcüstanda peşəkar dayələr hazırlayan təhsil müəssisələri yoxdur.


More on JAMnews