Tbilisidə ələ keçirilmiş girovlar azad edildi
Yenilənmə: Təxminən saat 20:00-da Tbilisidə girovları ələ keçirmiş cinayətkar tərksilah edilib və həbs olunub, bütün girovlar azad ediliblər.
17:00
Noyabrın 20-də saat 17:00 civarında silahlı şəxs Tbilisidə Tsereteli prospektində “MBS” mikromaliyyə təşkilatına soxulub və doqquz nəfəri girov götürüb.
Cinayətkar bank faizlərinin 7%-ə qədər endirilməsini, dərmanların ucuzlaşmasını və oyun biznesinin qadağan olunmasını tələb edir.
Hadisə yerinə polis səfərbər edilib. Cinayətkarın nə tələb etdiyi hələlik məlum deyil.
Patrul polisinin rəisi Vaja Siradze jurnalistləri canlı yayımı dayandırmağa çağırıb, çünki bu, vətəndaşların və polislərin həyatını təhlükə altına qoyur. “Qeyri-dəqiq məlumatların yayılmasından da çəkinin”, – Siradze mediaya müraciət edib.
Cəmi bir ay əvvəl, oktyabrın 21-də Gürcüstanın qərbindəki Zuqdidi şəhərində girovlar ələ keçirilmişdi.
Badri Esebua adlı şəxs “Bank Georgia”nın oradakı şöbəsinə basqın edib və 43 nəfəri girov saxlayıb. Tələb etdiyi yarım milyon dollar ona veriləndən sonra o, girovları buraxıb və qaçıb. Esebua hələ də saxlanılmayıb, “terrorizm” maddəsi ilə cinayət işi qaldırılıb.