Bakı Moskvanı tikinti materialları adı altında Ermənistana və Suriyaya silah təchizatında ittiham etdi
Rusiya Ermənistana silah yollayır, sonra bunun bir hissəsi oradan Suriyaya göndərilir, – bunu avquastun 29-da Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.
Bununla da, rəsmi Bakı daha öncə Rusiya XİN-in İl-76 təyyarələri ilə Ermənistana tikinti materiallarının göndərilməsi ilə əlaqədar səslənmiş iddiasına etimadsızlığını bəyan edib.
• Azərbaycanda daha bir növbədənkənar parlament seçkiləri gözlənilir?
Hikmət Hacıyev Azərbaycanda koronavirusun yayılması mövzusuna həsr olunmuş brifinqin başa çatmasından dərhal sonra silah təchizatı mövzusunda jurnalistlər üçün şərh verib.
Bakını xüsusilə hiddətləndirən fakt odur ki, Azərbaycan tərəfinin məlumatına əsasən, Rusiya Ermənistana silah təchizatını 2020-ci ilin iyul ayının 12-16-da Azərbaycan-Ermənistan sərhədində hərbi əməliyyatların kəskinləşməsi dövründə və bundan sonra həyata keçirib. Həmin günlərdə hərbi texnikadan, minaatanlardan istifadə olunub, hər iki tərəfdən azı 17 nəfər həlak olub.
• Gürcüstan vasitəsilə Serbiyadan Ermənistana silah təchizatı haqda – olub, ya yox?
• Bayraqlar, şüarlar və meyvələr: xaricdə erməli-azərbaycanlı münaqişəsinə nə səbəb olur?
Bu mövzu abqustun 13-də Azərbaycan və Rusiya prezidentlərinin telefon danışığından sonra mediada gündəmə gəlmişdi.
O vaxt Azərbaycanın rəsmi mənbələri məlumat vermişdilər ki, İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə zəng edib və “iyulun 17-dən bu günə qədər Ermənistan-Azərbaycan sərhədində toqquşmaların başa çatmasından sonra Rusiyadan Ermənistana hərbi məqsədli yüklərin intensiv daşınması” ilə əlaqədar “ciddi narahatlığını” bildirmişdi.
Hacıyevin sözlərinə görə, Azərbaycan uzun müddətdir ki, Rusiyadan Ermənistana İl-76 strateji avialaynerlərinin intensiv hərəkətini müşahidə edir.
Rusiya Azərbaycana məlumat verib ki, həmin İl-76 təyyarələri tikinti materialları daşıyır. Hacıyev bəyan edib ki, Bakı bu cür cavabdan məmnun deyil.
“Adəti üzrə, tikinti materialları təyyarələrlə daşınmır, bunun üçün digər imkanlar var”, – prezidentin köməkçisi bildirib.
“Müşahidələr əsasında bizdə belə bir məlumat da var ki, silahlar Ermənistan ərazisi vasitəsilə Suriya ərazisinə çatdırılır”, – deyə, o əlavə edib.
Daha öncə Kreml bildirib ki, silahlar Ermənistandakı mövcud hərbi bazası üçün nəzərdə tutulur və Ermənistanla strateji tərəfdaşlığını xatırladıb.