Çeçenistan rəhbəri ABŞ-ın sanksiyalarına cavab verib
Çeçenistan rəhbəri Ramzan Kadırov, onun həyat yoldaşı və iki qızının adı kütləvi insan haqları pozuntusuna görə ABŞ-ın “qara siyahısına” daxil edilib.
Kadırov buna cavab olaraq Telegram kanalında əlində iki pulemyotla şəkil paylaşıb və bəyan edib ki, “döyüşü qəbul edir”.
“Dövlət Departamentinin əlində Kadırovun 10 il əvvəldən başlayaraq insan haqlarının dəfələrlə kobud şəkildə pozulmasına, o cümlədən də işgəncə və məhkəməsiz qətlə görə məsuliyyət dağıdığına dair səhih informasiyalar var”, – ABŞ Dövlət Departamentinin katibi Mayk Pompeonun iyunun 20-də dərc olunan bəyanatında deyilir.
ABŞ həmçinin Kadırova eyni baxışları paylaşan ölkələri də bu qərara qoşulmağa səsləyib.
• Avropada Çeçenistan rəhbərini tənqid edən çeçenləri kim öldürür?
Sənəddə vurğulanır ki, məhdudlaşdırıcı tədbirlər Kadırovun həyat yoldaşı Medni Kadırovaya və qızları Ayşat Kadırova və Karina (eyni zamanda Xədicət) Kadırovaya da şamil edilir.
Ramzan Kadırov artıq Amerikanın Maliyyə Nazirliyinin sanksiya siyahısına daxil edilmişdi və buna əsasən ona ABŞ ərazisində iqtisadi fəaliyyətlə məşğul olmaq, Amerika şirkətlərinə onun iş aparmaq qadağandı.
İndi Kadırovlara Birləşmiş Ştatlara giriş də qadağan olunub.
Kadırov və Moskvanın əks-hücumu
Çeçenistan rəhbəri cavabında Pompeonu ələ salıb. O, Telegram kanalında silahla dolu otaqda əlində iki pulemyotla şəklini paylaşıb.
O bəyan edib ki, “döyüşü qəbul edir” və “indən belə daha maraqlı olacaq”, sonunda da smayliklər qoyub.
Moskvada da bu məsələni kifayət qədər ciddi hesab edib və müdaxiləyə ehtiyac görüblər.
XİN-in rəsmi təmsilçisi Mariya Zaxarova Facebook səhifəsində yazıb:
“Güzgü effektilə cavab vermək çətin olacaq, amma bir şey düşünərik”.
Ramzan Kadırov nədə ittiham olunur?
Rusiya KİV-də və beynəlxalq mediada mütəmadi olaraq Ramzan Kadırovun cinayətlər silsiləsinə aidiyyatının olması ilə bağlı materiallar dərc olunur.
Əgər xülasə versək, belə bir siyahı yaranacaq:
• Çeçenistan ərazisində insanların oğurlanması və işgəncəyə məruz qalması
• Respublikada LGBT nümayəndələrinin təqibi və qətli
• Qroznıda hüquq müdafiəçisi Nataliya Estemirovanın qətli
• Jurnalist Anna Politkovskaya və siyasətçi Boris Nemtsovun qətli
• Avropada çeçen mühacirlər arasında öz rəqiblərinin qətli
• Rusiya ərazisində çeçen biznesmenlərə qarşı reket.
Bu ittihamların heç biri Rusiyada araşdırılmayıb.