2020-ci il oktyabrın 28 Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər
-
İlham Əliyev Ermənistan rəhbərliyinə müraciət edib: “Dağlıq Qarabağı tanıyın”
Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın “İnterfaks” informasiya agentliyinə müsahibə verib.
“[Tanımaqla bağlı şantaj] bir daha hazırkı Ermənistan hakimiyyətinin məntiqsizliyi və qeyri-səmimiliyindən xəbər verir, çünki Dağlıq Qarabağı özləri tanımadıqları halda onlar istəyirlər ki, bunu başqa ölkələr etsin. Onların gərginlik yaranacağı təqdirdə Dağlıq Qarabağı tanıyacaqları haqda daimi şantajı və təhdidləri yenə də blef çıxdı. Artıq bir aydan çoxdur ki, hərbi qarşıdurma davam edir, niyə onlar indiyə qədər Dağlıq Qarabağı tanımayıb? Bunu etmək çox asandır – qoy bəyan etsinlər ki, tanıyırlar. Bax onların siyasətinin bütün mahiyyəti məhz bundan ibarətdir, onlar uzun onilliklər boyu başqa ölkələrin arxasında gizlənməyə çalışıblar, təəssüf ki, bəzən onlar buna nail ola bilib. Digər ölkələrin onların əvəzinə problemlərini həll etmələrinə. Müasir Ermənistan dövlətinin ideologiyası da mahiyyətcə bundan ibarətdir.
…Buna görə də mənim onlara cavab çağırışım – Dağlıq Qarabağı tanıyın, elə bugün tanıyın. Mən bu haqda, yeri gəlmişkən, demişəm, nisbətən bu yaxınlarda. Qoy bugün tanısınlar, amma digər ölkələrdən bunu etməyi itəmələri yenə də Ermənistan rəhbərliyinin qeyri-adekvatlığından və çox aşağı səviyyəli siyasi savadından xəbər verir. Çünki Ermənistan rəhbərliyi beynəlxalq siyasətin əsaslarından bir az xəbərdar olsaydı, anlayardı ki, bugün Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb – ümumməlum fakt kimi, biz BMT-ə və digər beynəlxalq strukturlara Dağlıq Qarabağla birgə vahid dövlət çərçivəsində daxil olmuşuq”, – Əliyev müsahibəsində bildirib.
-
“Qarabağda Azərbaycanın hədəfi insanlardır – körpələr, analar, qocalar” – Ermənistan XİN
Oktyabrın 28-də DQ paytaxtı Stepanakert və böyüklüyünə görə ikinci şəhər Şuşa Azərbaycan SQ tərəfindən raket-bomba zərbələrinə məruz qalıb – Ermənistan XİN-in bəyanatında deyilir. Şəhərin yaşayış məntəqələri və mülki infrastruktur obyektlərinə, o cümlədən də Stepanakert doğum evinə hücum edilib, dinc sakinlər arasında qurbanlar var.
“Bu, hərbi cinayətdir, hansı ki beynəlxalq humanitar və adi hüququn pozulmasıdır… Azərbaycanın hərbi-siyasi rəhbərliyinin Qarabağda həyatı məhv etmək cəhdləri uğğursuzluğa məhkumdur, bunların təşkilatçıları isə məsuliyyətə cəlb olunacaq”, – Ermənistan XİN bəyan edib.
-
Azərbaycan ordusu daha 13 yaşayış məntəqəsini nəzarəti altına götürüb – İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev özünün “Twitter” hesabında Qarabağda daha 13 yaşayış məntəqəsinin Azərbaycan ordusunun nəzarəti altına keçməsi barədə məlumat verib.
İ.Əliyev həmin yaşayış məntəqələrinin adlarını açıqlayıb.
Zəngilan rayonu: Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndləri;
Füzuli rayonu: Mandılı kəndi;
Cəbrayıl rayonu: Qazanzəmi, Xanağabulaq, Çüllü, Quşçular, Qaraağac kəndləri;
Qubadlı rayonu: Qiyaslı, Ədilcə, Qılıcan kəndləri.
Qubadlının Qiyaslı, Ədilcə, Qılıcan kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
— İlham Əliyev (@azpresident) October 28, 2020
-
Azərbaycan SQ Stepanakertdə doğum evinə zərbə endirib – DQ İnfomərkəz
Azərbaycanın silahlı qüvvələri DQ paytaxtını hələ də atəşə tutur. Bununla yanaşı doğum evinə nöqtə atışı ilə zərbə endirilib. Zərərçəkənlər hada məlumat dəqiqləşdirilir.
-
Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanın Bərdə şəhərini atəşə tutduğunu inkar edir
Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Facebook səhifəsində yazıb ki, Azərbaycan tərəfinin Ermənistan SQ-nin Bərdə şəhərinə “Smerç” yaylım atəşli raket sistemi ilə zərbə endirildiyi haqda məlumatı əsassızdır.
-
Qlendeyl şəhəri Dağlıq Qarabağın müstəqilliyini tanıyıb
Qlendeylin şəhər Şurası Qarabağın müstəqilliyinin tanınması haqda qətnamə qəbul edib. Qətnamənin müəllifi mer Vrej Ağacanyandır.
“ANCA Glendale şəhər rəhbərliyini Türkiyə və Azərbaycandan şəhər investisiyalarının çıxarılması üzrə qətiyyətli addımlar atmağa çağırır”, – ANCA Glendale-in məlumatında deyilir.
Qlendeyl hakimiyyəti ABŞ prezidentini və Konqresi də Dağlıq Qarabağın müstəqilliyini tanımağa çağırıb.
Buna qədər Dağlıq Qarabağın müstəqilliyini Amerikanın Fauler, Fort-Li şəhərlərinin, Milan və Salonikinin, Fransanın bir sıra şəhərlərinin şəhər şuraları, o cümlədən də Avstraliyanın Yeni Cənubi Uels Ştatının parlamenti tanıyıb.
Azərbaycan öz növbəsində xəbərdarlıq edib ki, Qarabağın müstəqilliyini rəsmi tanıyan bütün ölkələrlə diplomatik münasibətləri kəsəcək.
-
Oktyabrın 28-i səhər hadisələrin qısa icmalı
Qarabağda döyüşlərin ikinci ayı başladı.
• Qarabağ hakimiyyətinin verdiyi məlumata əsasən, oktyabrın 27-də bütün gün ərzində Azərbaycan silahlı qüvvələri Qarabağda yaşayış məntəqələrini dombalayıb. Bakı bunu inkar edir.
• Bakı bəyan edib ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə şəhərinə raket zərbəsi endirib, dörd yerli sakin həlak olub. Yerevan bunu inkar edir.
• Oktyabrın 27-də bütün gün ərzində Azərbaycan-Ermənistan sərhədində gərginlik yaşanıb. Yerevan Azərbaycanı cənub sərhədlərinin atəşə tutulmasında günahlandırıb, Bakı bunu inkar edib, amma İranla sərhəd ərazidə Ermənistan tərəfinin təxribat törətdiyini bildirib.
• Ermənistanın İstintaq Komitəsindən bildirilib ki, Azərbaycanda 17 erməni əsir saxlanılır.
• Dağlıq Qarabağın müdafiə naziri Cəlal Harutunyan yaralanıb və vəzifəsindən kənarlaşdırılıb.
• “Ermənistan hökumətinin strategiyası dəyişməyəcək, Qarabağ xalqının hüquqları uğrunda mübarizə davam edəcək, qoyulmuş məsələlərin həlli üçün Qarabağın müdafiə ordusunun şəxsi heyəti və silahı var”, – Ermənistanın baş naziri tele-müraciətində bildirib.
• İran bəyan edib ki, Qarabağ münaqişəsinin nizamlanması üzrə öz təşəbbüsünü təqdim edəcək. İranın xarici işlər nazirinin müavini Abbas Arakçi oktyabrın 28-də Bakıya gəlib, daha sonra Moskvada, Yerevanda və Ankarada olacaq.
• Qarabağ münaqişəsini müzakirə etmək üçün Türkiyə prezidenti Rusiya prezidentinə zəng edib. Danışığın təfərrüatları məlum deyil, Kremlin rəsmi saytında deyilir ki, “Rusiya tərəfdən döyüşlərə Yaxın Şərqdən olan terrorçuların getdikcə daha çox cəlb olunması ilə bağlı dərin narahatlıq ifadə olunub”.
• Qarabağ münaqişəsinin nizamlanmasına istənilən ölkənin cəlb olunması Ermənistan və Azərbaycanla razılaşdırılmalıdır – Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda Türkiyənin iştirakı ilə bağlı bildirib.
-
2020-ci il oktyabrın 27 Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər, reportajlar, foto/video