Qafqazda koronavirus: 10-12 aprel, 2020
-
Azərbaycanda 40 yeni yoluxma halı, ümumilikdə 1,098 oldu
Bunlardan 250 nəfər saöalıb, 11 nəfər ölüb.
Azərbaycanda gücləndirilmiş karantin rejimi (fövqəladə vəziyyət yox) elan olunub.
Əksər təşkilatların, müəssisələrin və kommersiya obyektlərinin fəaliyyəti dayandırılıb. Həmçinin metro, parklar, bağlar, əyləncə mərkəzləri bağlıdır.
Aprelin 5-dən vətəndaşların hərəkəti ciddi məhdudlaşdırılıb – müəyyən sahələrdə çalışanlardan başqa yerdə qalan bütün vətəndaşlar evdən çıxmaq üçün hakimiyyətə evdən çıxma səbəbi göstərilməklə sms göndərməlidir.
-
Ermənistanda xəstələnənlərin sayı 1000-i keçdi
Ermənistanda aprelin 12-də 36 yeni yoluxma halı qeydə alınıb. Ümumilikdə, xəstələnənlərin sayı 1013-ə çatıb.
Bunlardan 197 nəfər saöalıb, 13 nəfər ölüb.
Yeni hallar Ermənistanda başlamış daha kütləvi testləşdirmənin nəticəsi kimi meəyyən edilib. Aprelin 10-dan etibarən ölkədə hər gün 1 minə qədər və daha çox test edilir. Bu tarixə qədər sutka ərzində 200-300 test edilirdi.
-
Gürcüstanın sahil rayonunda üzündən dörd kənd izolyasiya olunub
Gürcüstanın Açara regionundakı Kobuleti rayonunda artıq 17 nəfər koronavirusa yoluxub.
Epidemioloqlar hesab edirlər ki, yoluxanların əlaqə saxladıqları şəxslərin dairəsi çox böyük olub. Virusun daha da yayılmasını dayandırmaq üçün aprelin 12-dən dörd bu kənd tamamilə təcrid olunub: Qvara, Muxaestate, Leqva və Tsakavruka.
• Üç şəhər lokal koronavirus yayılması təhlükəsi üzündən karantinə təcrid olunublar
-
Gürcüstanda 19 yeni yoluxma, ümumilikdə 252 xəstə
Dəniz kənarında yerləşən Kobuleti şəhərində altı yeni hal aşkarlanıb. Xəstələnənlərdən biri həddi-büluğa çatmayan şəxsdir.
Koronavirusa yoluxmuş üç Gürcüstan vətəndaşı müalicə üçün xaricdən Gürcüstana gətirilib.
Pandemiyanın başladığı vaxtdan 60 pasiyent sağalıb, üç nəfər ölüb. Gürcüstandakı ən azyaşlı pasiyent – iki yaşı olan körpə sağalaraq xəstəxanadan çıxıb. Sağalanlar arasında iki hamilə qadın da var.
Martın 21-dən Gürcüstanda koronavirus pandemiyasının qarşısını almaq üçün fövqəladə vəziyyət elan olunub. Bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb, ərzaq mağazaları və apteklərdən başqa bütün obyektlər bağlıdır. İnsanlara xüsusi ehtiyac olmadıqca evdən çıxmaq qadağan edilib.
Martın 31-dən bütün Gürcüstan ərazisində komendant saatı tətbiq edilib.
-
Azərbaycanda 11-ci ölüm, yoluxanların sayı min nəfəri keçib
67 yeni infeksiya.
Yoluxanların ümumi sayı 1,058 nəfərə çatıb.
Onlardan 200 nəfər sağalıb.
-
Ermənistanda on üçüncü ölüm və 40 yeni infeksiya
Yoluxanların ümumi sayı 977 nəfərə çatıb.
Onlardan 173 nəfər sağalıb.
Koronavirusun daha çox yayılmasının qarşısının alınması məqsədilə martın 16-dan aprelin 14-ə qədər Ermənistanda fövqəladə vəziyyət elan edilib. Ərzaq mağazaları və apteklərdən başqa bütün obyektlər bağlıdır.
Martın 25-dən insanların hərəkətinə sərt məhdudiyyət gətirilib. Evdən ancaq xüsusi ehtiyac olduğu təqdirdə, həm də şəxsiyyəti təsdiq edən vəsiqə və doldurulmuş “hərəkət anketi” ilə çıxmaq mümkündür. Anketdə hər kəs öz şəxsi məlumatlarını, evdən çıxma məqsədini və ehtimal olunan qayıtma saatını qeyd etməlidir. Pozuntulara polis nəzarət edir.
Bütün ictimai nəqliyyat, o cümlədən də metro dayandırılıb.
-
Gürcüstanda 6 yeni yoluxma halı, ümumilikdə 233 oldu
Yeni yoluxma halları Gürcüstanın şimal-qərbində Raça-Leçxumi-Kvemo Svaneti dağlıq regionunun Lentexi və Terjola şəhərlərində qeydə alınıb.
Yoluxanların arasında bir azyaşlı var.
Aprelin 11-dən Lentexi tamamən karantinə bağlanıb. İnsanlara evlərini tərk etmək qadağan olunub, onlar yalnız ərzaq və dərman almaq və ya həkimə getmək üçün küçəyə çıxa bilərlər.
Bu artıq tam karantinə bağlanan üçüncü şəhərdir. Martın 23-dən daxili epidemiya təhlükəsi səbəbilə Kvemo Kartli regionundakı Marneuli və Bolnisi şəhərləri bağlanıb.
• Gürcüstanın Marneuli şəhəri epidemiya astanasında. Karantinə bağlanan şəhərdə nə baş verir? (Foto)
Lentexi rayonunun Mele kəndində 50 nəfərdən çox insan təcrid olunmuş vəziyyətdədir.
Marneuli və Bolnisidə olduğu kimi burada da yerli əhali sahələrdə çalışmaq hüququna sahibdir, amma bu zaman sərt şəxsi izolyasiya tələblərinə əməl etməlidirlər.
Epidemiya başlanandan yoluxanlar arasında 54 nəfər sağalıb. Üç nəfər ölüb.
4,672 nəfər karantin rejimində, 373 nəfər isə xəstəxanada nəzarət altında saxlanılır.
Martın 21-dən Gürcüstanda koronavirus pandemiyasının qarşısını almaq üçün fövqəladə vəziyyət elan olunub. Bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb, ərzaq mağazaları və apteklərdən başqa bütün obyektlər bağlıdır. İnsanlara xüsusi ehtiyac olmadıqca evdən çıxmaq qadağan edilib.
Martın 31-dən bütün Gürcüstan ərazisində komendant saatı tətbiq edilib.
-
Qarabağda iki yeni yoluxma halı, ümumilikdə beş oldu
Onlardan biri Mirik kəndində qeydə alınan ilk yoluxan şəxsin ailə üzvüdür.
İkincisi isə Şaumyan rayonu Karvaçar şəhərinin sakinidir.
-
Ermənistanda bir gündə ikinci ölüm halı, ölənlər ümumilikdə 12 nəfər oldu
On ikinci pasiyent vəfat edib. Bu, 81 yaşlı kişidir. Həyatını xilas etmək mümkün olmayan bütün digərləri kimi onun da əlavə xəstəlikləri olub.
Yoluxanların ümumi sayı 937 nəfərə çatıb.
Onlardan 149 nəfər sağalıb.
-
Ermənistanda on birinci ölüm və 8 yeni infeksiya
Yoluxanların ümumi sayı 937 nəfərə çatıb.
Onlardan 149 nəfər sağalıb.
-
Gürcüstanda 13 yeni yoluxma halı, ümumilikdə 227 oldu
Onlardan 52 nəfəri sağalıb. İki nəfər ölüb.
4,829 nəfər karantində, 410 nəfər xəstəxanada nəzarət altındadır.
-
Koronavirus pandemiyası ilə bağlı Qafqazda hadisələrin ötən xronikası