Qafqazda koronavirus. 23-24 aprel, 2020
-
Aprelin 27-dən Gürcüstanda karantin məhdudiyyətləri mərhələli şəkildə aradan qaldırılacaq
Aprelin 27-dən Gürcüstanda taksilər işləməyə başlayacaq, fərdi maşınlardan da istifadə eləmək mümkün olacaq.
Açıq aqrar bazarlar işə düşəcək.
Onlayn ticarətə icazə veriləcək.
Böhrana qarşı plan çərçivəsində altı ay ərzində işini itirmiş vətəndaşlar ayda 200 lari [70 dollara yaxın], sosial təminatı olmayan, çoxuşaqlı və əlilliyi olan insanlar isə ayda 100 lari [40 dollara yaxın] vəsait alacaqlar.
-
Azərbaycanda bir nəfər də ölüb, aprelin 27-dən mağazalar açılacaq
85 yaşlı xəstə vəfat edib, onun əlavə xroniki xəstəlikləri də olub.
Epidemiya başlayandan Azərbaycanda ümumilikdə 21 nəfər ölüb, 1592 nəfər yoluxub, onlardan 1013 nəfər sağalıb.
Aprelin 27-dən Azərbaycanda karantin rejiminə görə bağlanan demək olar ki, bütün mağazalar (ticarət mərkəzlərində yerləşənlər istisna olmaqla) açılacaq. Repetitor fəaliyyətinə də icazə verilib.
Bu, mayın 4-də bitməli olan karantin rejimindən çıxmağın ilk mərhələsidir.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancının fikrincə, yoluxmaların sayının artım və daha sonra azalma göstəriciləri epidemiya pikinin artıq geridə qaldığını gösrətərə bilər.
-
Ermənistanda daha üç ölüm, 73 yeni yoluxma
Ümumilikdə Ermənistanda epidemiya başlayandan 27 nəfər ölüb, 1,596 nəfər xəstələnib.
728 nəfər sağalıb.
Ümumilikdə ölkədə 16,551 test həyata keçirilib.
-
Gürcüstanda 11 yeni yoluxma, Tercoli kəndində epidemiya çoxalır
Qərbi Gürcüstanda Tercoli rayonunun Qvankiti kəndində artıq 12 yoluxma halı qeydə alınıb.
Aprelin 23-ü axşam saatlarında orada sərt karantin elan olunub. Kənddə 705 ailə yaşayır. Kəndin bütün əhalisi termoekrandan keçirilir.
-
Azərbaycanda 30 yeni yoluxma halı, ümumilikdə 1,542 olub
Epidemiya başlayandan 20 nəfər ölüb.
947 nəfər artıq sağalıb.
• Rəsmi versiyaya görə koronavirusa qalib gələn şəhər necə görünür?
-
Ermənistanda 50 yeni yoluxma halı, ümumilikdə 1,523 oldu
659 nəfər sağalıb, 24 nəfər ölüb.
Rəsmi məlumata əsasən, 10 nəfərin vəziyyəti kritikdir.
Səhiyyə nazirinin sözlərinə görə, hələ ki, Ermənistan xəstəxanalarında yer kifayət qədərdir.
Martın 16-dan Ermənistanda koronavirusun daha çox yayılmasının qarşısını almaq üçün fövqəladə vəziyyət elan olunub. Hökumətin yeni qərarı ilə fövqəladə vəziyyət mayın 14-ə qədər uzadılıb.
Martın 25-dən insanların hərəkətinə sərt məhdudiyyət gətirilib. Evdən ancaq xüsusi ehtiyac olduğu təqdirdə, həm də şəxsiyyəti təsdiq edən vəsiqə və doldurulmuş “hərəkət anketi” ilə çıxmaq mümkündür. Anketdə hər kəs öz şəxsi məlumatlarını, evdən çıxma məqsədini və ehtimal olunan qayıtma saatını qeyd etməlidir. Pozuntulara polis nəzarət edir.
Bütün ictimai nəqliyyat, o cümlədən də metro dayandırılıb.
-
Gürcüstanda 9 yeni yoluxma halı, Qərbi Gürcüstanda bir kənd karantin altına alınıb
Epidemiya başlayandan Gürcüstanda ümumilikdə 420 nəfər xəstələnib. Onlardan 107 nəfər sağalıb. 5 nəfər ölüb.
Tercoli rayonunun (Qərbi Gürcüstan) Qvankiti kəndində dörd yeni yoluxma halı təsdiqlənib. Ümumilikdə Qvankiti kəndində 10 nəfər xəstələnib, yüksək epidemioloji risk səbəbilə bu kənd karantin altına alınıb.
Gürcüstanda fövqəladə vəziyyət 21 martdan qüvvəyə minib. Ərzaq mağazaları və apteklərdən başqa hər yan bağlıdır. Metro da daxil olmaqla bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Bütün ölkə ərazisində 21:00-dan səhər 6-a qədər komendant saatı tətbiq olunub.
Daxili epidemiya təhlükəsinə görə paytaxt Tbilisi və bir sıra şəhərlər: Kutaisi, Batumi, Rustavi, Marneuli, Bolnisi və Lentexi karantin altına alınıb. Ölkənin müxtəlif regionlarında bir neçə kənd də təcrid olunub.
Aprelin 17-dən yeni qadağa qüvvəyə minir – şəxsi maşınlarla hərəkət etmək, məzarlıqları ziyarət etmək olmaz, ictimai yerlərdə, qapalı məkanlarda maska taxmaq lazımdır.
-
Koronavirus pandemiyası ilə bağlı Qafqazda hadisələrin ötən xronikası