Ermənistanda müxalifətçi baş nazir Paşinyanın istefası tələbi ilə aclıq elan edib
Ermənistanda müxalif ERF “Daşnaksütun” partiyasının nümayəndəsi, “Yektir-Media” teleşirkətinin informasiya proqramları direktoru Geqam Manukyan müddətsiz aclıq elan edib. O, baş nazir Nikol Paşinyanın istefasını tələb edir.
“Ermənistan Respublikası hakimiyyətinin və xüsusən də baş nazir Paçinyanın səriştəsiz və destruktiv fəaliyyəti nəticəsində Vətənin mühüm hissəsinin şəxsi və milli faciə kimi yaşayıram”, – müxalifətçi Facebook-da yazıb.
Söhbət Qarabağda hərbi əməliyyatların dayandırılması haqda üçtərəfli bəyanat imzalanandan sonra ərazilərin Azərbaycana təhvil verilməsindən gedir.
Geqan Manukyan bu addımı atmaq qərarını aclığın beynəlxalq ictimaiyyətdə etiraz vasitəsi kimi qəbul olunması ilə izah edib:
“İrlandiyalılar britaniyalıların nəzarətinə etiraz edərək 50 gün, kürdlər türklərin nəzarətinə etiraz edərək 64 gün aclıq edib. Mən çox təəssüf edirəm ki, bu yolla mən xarici təsirə yox, öz baş nazirimə qarşı mübarizə aparmaq məcburiyyətindəyəm. Bu, mənim üçün son mübarizə vasitəsidir. Mən ilk dəfə bu addımı atıram”.
Hüquq müdafiəçisi Avetik İşxanyan jurnalistlərə bildirib ki, onu bu addımdan çəkindirməyə çalışıb:
“Nikol Paşinyanın vicdanı yoxdur, Manukyan həddən artıq tükənsə, o, daha da xoşbəxt olacaq. Biz hamımız qəddar insanla üz-üzəyik, onun üçün insan həyatının mənası yoxdur”.
Geqam Manukyan bildirib ki, öz qərarından geri çəkilmək niyyətində deyil. O, jurnalistlərlə birlikdə hökumət binası qarşısına gəlib və aclıq aksiyasını orada keçirmək istəyib, amma polis ona əraziddə yerləşməyə imkan verməyib.