Ötən sutka ərzində Azərbaycanda39 yeni COVID-19 koronavirusuna yoluxma halı təsdiqlənib, daha 59 nəfər sağalıb və xəstəxanadan evə buraxılıb.
Həmçinin bildirilir ki, Azərbaycanda koronavirusun müalicəsi üçün konvelesent plazma metodundan istifadə olunacaq. Bu o deməkdir ki, COVID-19 xəstələrinə virusdan tam sağalmış insanlardan götürülən qan plazması köçürüləcək.
Rəsmi statistikaya görə, hazırda Azərbaycanda koronavirusa yoluxanların ümumi sayı 1717 nəfərdir, onlardan 22 nəfər ölüb, 1221 nəfər sağalıb. Yəni sağalanlar bütün xəstələnənlərin təxminən dörddə üçünü təşkil edir.