Koronavirus pandemiyası üzündən neft ucuzlaşıb və iqtisadi böhran təhlükəsi yaranıb. Bütün təfərrüatlar
Əsas mənbə — BBC.
Brent markalı neftin bir barrelinin qiyməti 26 dollardan aşağı düşüb – 2003-cü ilin sentyabrından indiyə qədər. Rusiyanın Urals markalı neftinin bir barreli isə 25 dollardan ucuzdur.
Brent markalı neftin çatdırılması üzrə müqavilənin qiyməti mayda London birjasında 9,6 faiz ucuzlaşıb. Rusiya neftinin çatdırılması üzrə fyuçerslərin satışı isə ümumiyyətlə mümkün olmur.
Yeni növ koronavirusun yayılması və OPEC üzvləri və digər neft hasil edən ölkələr arasındakı ziddiyyətlər fonunda neft dəyərdən düşür.
Pandemiya iki tərəfdən neft bazarına zərbə endirib:
• Çindən ehtiyat hissələrinin və avadanlıqlarındaşınması dayandırılıb, buna görə də digər ölkələrdəki müəssisələrdə istehsalat dayanıb.
• Qlobal karantin səbəbilə turizm dayanıb, avtomobil və təyyarə vasitəsilə sərnişin daşımalar kəskin azalıb, buna görə neft, benzin və aviasiya yanacağına tələbat da azalıb.
Bazara digər zərbə Rusiyanın OPEC-lə sazişdən çıxmasıdır
Bu saziş bütün istehsalçılar üçün neftin məqbul qiymətini təmin edirdi.
Fevralın 15-də Rusiyanın təşəbbüsü ilə sazişin pozulması nəticəsində bu ölkə ilə digər neft istehsalçıları arasında qiymət müharibəsi başlayıb və Rusiya bu mübaribədə məğlub olur. Ərəbistan nefti aprel ayında Avropa və Çinə 12 dollardan bir qədər artıq qiymətə təklif olunur.
Kim qələbə qazanıb, kim məğlub olub?
Hələlik əsas məğlub Rusiyadır. Ölkə büdcəsi hər gün neftin ucuzlaşması üzündən 100 milyon dollardan 150 milyon dollara qədər vəsait itirir. Bundan başqa, qiymət bərpa olmağa başlayanda Rusiya artıq ənənəvi olaraq neft satdığı bazarlara qayıda bilməyəcək – istehlakçılar başqa neft təchizatçılarına üz tutacaq və öz çatdırma sistemlərini və neft emalı müəssisələrini onların məhsuluna uyğunlaşsıracaqlar.
Ərəbistanın neft hasil edən ölkələri, ilk növbədə isə Səusiyyə Ərəbistanı də uduzub. Amma onlar öz itkilərini böhran bitdiyi zaman Rusiyanı sıxışdırıb çıxardıqları yeni bazarlarda qalmaları sayəsində kompensasiya etmək niyyətindədirlər.
Hələlik istehlakçılar qazanmış vəziyyətdədir – benzin və dizel yanacağının qiyməti ucuzlaşır. İlk növbədə hən neft istehsalçısı, həm də iri neft idxalçısı olan olan ABŞ. Amerikalı istehlakçıların məmnuniyyəti noyabrda baş tutacaq prezident seçkiləri öncəsi prezident Trampa sərf edir.
Neft bazarında qiymət böhranının sonu nə zaman gələcək?
Bu, qlobal iqtisadiyyatın bərpasının sürəti və effektivliyindən asılıdır. Hökumətlər artıq öz ölkələrində biznesə dövlət dəstəyi həcmlərini açıqlayıblar:
ABŞ-da 850 milyar dollarlıq məbləğ müzakirə edilir.
Böyük Britaniya hökuməti 330 milyard funt ayırmağa söz verib.
İtaliya – 340 milyard dollar.
İspaniya – 200 milyard avro.
Rusiya – 3,5 milyard dollar (müqayisə üçün: hətta Litva da öz ölkəsinin biznesinə daha böyük məbləğ vəd edib – 3,7 milyard dollar).
• Azərbaycan nefti nə vaxt tükənəcək?