Koronavirus baxımından ən təhlükəsiz 100 ölkə arasında Gürcüstan 40-cı yerdədir
Deep Knowledge Group təşkilatının tədqiqatına əsasən, koronavirus baxımından ən təhlükəsiz ölkələrin reytinqində Gürcüstan 40-cı yeri tutur. Bu siyahıda ABŞ 55-ci, Azərbaycan 59-cu, Ermənistan isə 73-cü yerdədir.
COVID-19 virusundan ən təhlükəsiz ölkə Almaniya adlandırılıb, onun ardınca Yeni Zelandiya və Cənubi Koreya gəlir. İyulda dərc olunan reyrtinqə liderlik edən İsveçrə indi dördüncü yerdədir.
Deep Knowledge Group təşkilatının hazırladığı siyahının ilk onluğu belədir:
- Almaniya
- Yeni Zelandiya
- Cənubi Koreya
- İsveçrə
- Yaponiya
- Avstraliya
- Çin
- Avstriya
- Birləşmiş Ərəb Əmirlikləri
- Sinqapur
ABŞ Macarıstan, Vyetnam, Çin, Malayziya və Bolqarısatandan geri qalaraq 55-ci yeri tutur.
Koronavirusun yayılması baxımından ən mürəkkəb vəziyyət Somalilend, Cənubi Sudan, Əfqanıstan və Malidədir.
Deep Knowledge Group təşkilatının tədqiqatında qeyd olunduğuna görə, bu reytinqlərdə koronavirusa yoluxanların və ölənlərin sayı əsas göstərici deyil, amma bu amillər də nəzərə alınır.
Tədqiqat müəllifləri bildirirlər ki, reytinq bir sıra tibbi, iqtisadi və siyasi aspektlər nəzərə alınaraq tərtib olunub, bu işdə aşağıdakı amillər də hesaba alınıb:
Mərkəzi və yerli hakimiyyət necə əməkdaşlıq edir, monitorinq və aşkarlama sistemi nə dərəcədə yaxşı işləyir, ölkə iqtisadiyyatı pandemiyanın yaratdığı problemlər qarşısında nə dərəcədə zəifdir, səhiyyə sistemi nə dərəcədə güclüdür və ölkə pandemiyanın doğurduğu fövqəladə vəziyyətin öhdəsindən gəlmək üçün nə dərəcədə təchizatlıdır.