İnauqurasiya baş tutdu. Gürcüstanın beşinci prezidenti and içdi
Bu gün Telavidə İkinci İrakli sarayında prezident Salome Zurabişvilinin inauqurasiyası baş tutub. O, rəsmən Gürcüstanın beşinci prezidenti kürsüsünə qədəm qoyub. O, Gürcastan tarixində ilk qadın prezidentdir. Zurabişvili prezidentliyinin əsas hədəflərini açıqlayıb – ölkənin, qütbləşmiş cəmiyyətin birləşdirilməsi, Gürcüstanın Avropada layiqli yeri.
Bayram tədbirləri ilə paralel olaraq bütün gün ərzində Telavinin bütün girişlərində vəziyyət gərgin olub.
Seçkiləri uduzan Qriqol Vaşadzenin rəhbərliyi altında birləşmiş müxalifət bu gün səhərdən Telaviyə getməyə və orada kütləvi etiraz aksiyası keçirməyə hazırlaşırdı. Amma polis müxalifətin avtomobil kolonunun yolunu kəsib, Telaviyə gedən bütün yolları bağlayıb və planlar baş tutmayıb.
ОMüxalifət Zurabişvilini prezident kimi tanımır və bildiri ki, o, seçkiləri saxtakarlıq sayəsində qazanıb. Polisin müxalifətlə qarşıdurması bütün gün ərzində davam edib. Zərər çəkənlər, döyülənlər var.
__________________
Salome Zurabişvilinin inauqurasiyası yerli vaxtla 15.00-da başlayıb və 40 dəqiqə davam edib. İlk dəfə prezident inauqurasiyası Tbilisidə baş tutmayıb. Adətən Gürcüstan prezidenti paytaxtda, Rustaveli küçəsində, parlamentə aid olan ərazidə təşkil olunur.
İnauqurasiyaya 1800 nəfər dəvət edilib. Onların arasında hakimiyyət, diplomatik korpus nümayəndələri, mədəniyyət xadimləri, tanınmış şəxsiyyətlər olub.
Mərasim jurnalistlər üçün qapalı rejimdə keçirilib. Onlar üçün baş verənləri böyük ekrandan izləyə biləcəyi xüsusi yer ayrılıb.
•Gürcüstanın yeni prezidenti Salome Zurabişvili kimdi?
• Rəy: Gürcüstandakı prezident seçkilərinin sayəsində nələri bildik?
Gürcüstanın keçmiş baş naziri və ölkənin faktiki lideri, hakim “Gürcü arzusu” partiyasının sədri Bidzina İvanişvilinin m ərasimdə olmaması diqqəti çəkib. O, Zurabişvilinin namizədliyinin irəli sürülməsinə şəxsən israr edib.
Gürcüstanın yeni prezidenti mərasimdə ölkə bayrağıının rənglərində geyinib.
Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvilinin inauqurasiyası. Telavi, 16 dekabr. REUTERS/ İrakli Qedenidze
REUTERS/ İrakli Qedenidze
REUTERS/ İrakli Qedenidze
REUTERS/ İrakli Qedenidze
Gürcüstanın dördüncü və artıq keçmiş prezidenti Giorgi Marqvelaşvili. REUTERS/İrakli Qedenidze
Onu səlahiyyət müddəti başa çatan prezident Giorgi Marqvelaşvili salamlayıb. Bu, Gürcüstan tarixində yeni prezidentin inauqurasiyasında əvvəlkinin iştirak etdiyi ilk hal olub.
JAMnews-un əvvəlki dörd prezidentin inauqurasiyası haqda kollajı
Gürcüstanın ilk prezidenti 1991-ci ildə ixtisasca filoloq, anti-sovet dissidenti Zviad Qamsaxurdiya olub. Bir il sonra, 1992-ci ildə Gürcüstanda hərbi çevriliş baş verib, nəticədə Qamsaxurdiya hakimiyyəti devrilib, özü ölkədən qovulub.
Foto: Gürcüstanın ikinci prezidenti Eduard Şevarnadzenin inauqurasiya mərasimi, 2000-ci il, REUTERS
Foto: Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin ikinci müddətə seçiləndə sonra inauqurasiyası. 2008-ci il. REUTERS/David Mdzinarişvili
Salome Zurabişvili elə həmin gün qüvvəyə minən yeni Konstitusiya üzərində sədaqət andı içib. Gürcüstanın dövlət himni fonunda bir neçə artilleriya atəşi açılıb.
Zurabişvilinin inauqurasiya çıxışı 15 dəqiqə sürüb. O, prezidentliyinin prioritetlərini sadalayıb: Gürcüstanın Avropa ailəsinə qayıtması. Zurabişvili vurğulayıb ki, Rusiya işğalçıdır. O, abxazlarla osetinləri də unutmayıb. Yeni prezident qütbləşmiş gürcü cəmiyyətini birləşdirmək üçün əlindən gələni edəcəyinə də söz verib.
“Mən mühacir nəslindənəm”
Salome Zurabişvili inauqurasiya çıxışını bu qeydi ilə başlayıb:
“Əlamətdardır ki, məhz indi, müstəqilliyimizin 100 illiyini qeyd edərkən, mühacirətdə doğulan mən Gürcüstanın prezidenti oldum. Dairə qapandı. Sovet Rusiyasına məxsus on birinci ordu tərəfindən Gürcüstan işğal olunduğu üçün vətəni tərk edən mühacirlərin xələfi bu gün ali baş komandan və ölkə müstəqilliyinin Konstitusiya ilə səlahiyyətlənmiş müdafiəçisi qismində geri qayıdıb”.
Siyasi qarşıdurma haqda
Zurabişvilinin sözlərinə görə, “Gürcüstan siyasi qarşıdurmada illərini itirib”.
O vəd edir ki, onun əsas hədəflərindən biri bu qarşıdurmaya son qoymaq olacaq.
“İlk növbədə mən özüm həmvətənlərə nümunə göstərəcəm və çalışacam ki, Gürcüstanın inkişafı və birləşməsi naminə milli həmrəyliyin həyati əhəmiyyət kəs etdiyinə inandıra bilim”, – Zurabişvili bildirib.
Onun sözlərinə görə, inauqurasiyanı seçkilərdə uduzduğu Telavidə keçirmək qərarına məxsusi gəlib.
“Mənə səs verməyənlərə də hörmətlə yanaşıram”, – Zurabişvili vurğulayıb.
O, həmçinin “Gürcü arzusu”na ona dəstək verdiyi üçün minnətdarlığını bildirib:
“Məni – prezidentliyı müstəqil namizədi dəstəkləyən “Gürcü arzusu”na minnətdaram. Demokratik addım atılıb”.
Əsas hədəf – Avropa
Zurabişvilinin sözlərinə görə, prezidentliyinin əsas hədəfi Gürcüstanın Avropa istiqamətli gələcəyini təmin etməkdir.
“Yeni Konstitusiyada gürcü xalqının iradəsi – Gürcüstanın Avropa İttifaqına və NATO-ya can atması əks olunub. Mən ABŞ və Avropadakı dostlarımızın köməyi ilə bu prosesin təminatı üçün mümkün olan hər şeyi edəcəyəm. Bunun üçün öz təcrübəmdən, beynəlxalq təşkilatlardakı və Avropa İttifaqındadkı bütün əlaqələrimdən yararlanacağam”, – Gürcüstanın yeni prezidenti bildirib.
Əvvəlki prezidentlər haqda
Öz çıxışında Zurabişvili ondan əvvəl prezident kürsüsünü tutanları xatırlayıb və bildirib ki, onlardan hər biri Gürcüstanda demokratiya quruculuğuna “öz kərpicini” qoyub.
“Zviad Qamsaxurdiya referendum təyin edərək və Gürcüstanın müstəqilliyinin bərpası haqda akt qəbul edərək böyük rol oynayıb. Eduard Şevarnadze Avropara və Avroatlantik məkana doğru ilk addımları atıb. Mixail Saakaşvili hakimiyyətinin əvvəlində bir sıra mühüm islahat həyata keçirib. Giorgi Marqvelaşvilinin prezidentliyi dövründə demokratik proseslərin güclənməsi və stabilliyin möhkəmlənməsi istiqamətində vacib addımlar atılıb”, – Zurabişvili bildirib.
“Mən qanunun aliliyinin zamini olacağam”
Salome Zurabişvili söz verib ki, insan haqlarının və bütün vətəndaşların azadlıqlarının, qanunun aliliyinin zamini olacaq
eyni zamanda vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi və siyasi mədəniyyətin yüksəldilməsi üçün əlindən gələni edəcək.
“Bilirəm ki, müxtəlif partiyaların müxtəlif mövqeləri var, elə mənim prezidentliyimin qəbul olunması məsələsində də. Bu gündən etibarən isə mən Konstitusiya ilə müəyyən olunmuş çərçivədə Gürcüstanın bütün vətəndaşları üçün prezident olmaq məsuliyyətini öz üzərimə götürürəm. Bu, demokratiyanın əsas prinsipidir”, – Zurabişvili bəyan edib.
Rusiya işğalçıdır
Gürcüstan böyük problemlər qarşısındadır – Abxaziya və Cənubi Osetiya Rusiya tərəfindən işğal edilib, inauqurasiya çıxışında Salome Zurabişvili bildirib:
“İşğalçı xətt mövcuddur ki, bu da Gürcüstan ərazilərinin dərinliklərinə uzanır, orada vətəndaşlarımızı oğurlayırlar. Bu. Suveren dövlət üçün yolverilməzdir. Biz bununla barışmayacağıq!”
Abxazlara və osetinlərə müraciət
Bütün Gürcüstanı salamlayıram, abxaz və osetin qardaşlarımızı da! – Zurabişvili inauqurasiya çıxışının əvvəlində bildirib. Onun sözlərinə görə, Gürcüstanın birləşməsinə inanır:
“Biz unutmamalıyıq ki, işğal olunmuş ərazilərdə insanlar yaşayır, bizim vətəndaşlarımız, onlarla barışıq əldə etmək lazımdır. Bizi abxazlar və osetinlərlə artıq keçilmiş yol birləşdirir, biz qohumuq, çox sayda qarışıq ailə var! Biz yeni nəsillərə yeni yanaşma üsulu tapmalı, onlara Avropaya yol göstərməliyik. Bu gün heç vaxt olmamış kimi abxaz dili və kimliyinin müdafiəsi təmin olunmalıdır!”
Əcnəbi qonaqlar
İnauqurasiyaya gələn əcnəbi nümayəndə heyətləri xüsusi tənqid obyektinə çevriliblər.
İnauqurasiyaya yalnız bir hazırkı prezident – Ermənistan prezidenti Armen Sarkisyyan və bir keçmiş prezident – Fransada
hakimiyyətdə olmuş Nikolya Sarkozi qatılıb. Qalan nümayəndə heyətləri daha aşağı rütbəli vəzifəlilərlə təmsil olunublar. Məsələn, ABŞ-dan USAID-ın nümayəndəsi gəlib.
Yüksək ranqlı qonaqlar region ölkələrindən də gəlməyib: Türkiyə Rüspublikasını vitse-prezident, Azərbaycanı parlament spikeri, Ukrayna və Qırğızıstanı XİN rəhbərlərinin müavinləri, Moldovanı baş nazirin müavini, Türkmənistanı ticarət naziri təmsil edib.
Baltika və Şərqi Avropa ölkələrindən Serbiya Milli Assambleyasının spikeri, Çexiya Respublikası Senatının prezidenti, Litva seyminin spikeri, Polşa prezedent dəftərxanasının rəhbəri, İsrail Knessetinin vitse-spikeri, GUAM baş katibi, Vatikanın fövqəladə emissarı gəlib.
Qonaqlar arasında Biirləşmiş Ərəb Əmirliklərinin ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi problemləri naziri də olub.