“Gürcülər hindistanlıları çirkli hesab edirlər”, - hindistanlılar Gürcüstandakı həyat barədə nə danışırlar. VİDEO
Gürcüstanda 12 minə yaxın hindistanlı yaşayır.
Onların əksəriyyəti tələbədir. Hindistanlı gənclər əsasən tibb universitetində təhsil alırlar.
Tibb Hindistanda populyar ixtisasdır, Gürcüstanda isə bu peşəyə yiyələnmək Hindistandakından və istənilən digər ölkədəkindən xeyli ucuz başa gəlir.
Onların dediyinə görə, Gürcüstanı ona görə seçiblər ki, bu, Avropa dəyərlərinə yaxın təhlükəsiz ölkədir, xoş iqlimi və mötədil qiymətləri var.
Lakin burada yaşayan hindistanlıların gündəlik həyatı maneələrlə doludur – onlar tez-tez irqçiliklə və diskriminasiya ilə üz-üzə qalırlar və geniş yayılmış stereotiplərin qurbanına çevrilirlər.
Hindistanlılar Gürcüstanda necə yaşayır və hansı problemlərlə qarşılaşırlar? Bu barədə onlar JAMnews-a danışırlar:
Video Tolerantlıq və Rəngarənglik İnstitutunun (TDI) “COVID-19 dövründə Gürcüstanda miqrantlar haqqında məlumatlılığın artırılması və onların hüquqları” layihəsi çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatının (MOM) dəstəyi ilə hazırlanıb.