Gürcüstanda “Omikron” ştammı yayıldığı üçün təcrid və karantin qaydaları dəyişdirilir
Gürcüstanda karantin qaydaları
“Omikron” ştammı yayılandan sonra, yanvarın 17-dən Gürcüstanda təcrid və karantin qaydaları dəyişdirilir:
Yoluxanlar üçün:
● Əgər xəstəlik simptomsuz və ya yükgül formada keçirsə, təcrid müddəti 8 gün təşkil edir (əvvəl 14 gün idi). Təcriddən çıxandan sonra beş günn müddətində mütəmadi maskada gəzmək tövsiyə olunur;
● Əgər xəstəlik ağır keçirsə, xəstə10 gündən az olmayaraq təcriddə qalmalıdır. Səhhətdə kəskin yaxşılaşma müşahidə olunmayanda və/yaxud son 24 saat ərzində pasiyentin qızdırması düşmürsə, təcrid müddəti uzadıla bilər;
● Bu halda təcrid bitəndən sonra beş gün müddətində maskada gəzmək və bütün qaydalara riayət etmək tövsiyə olunur.
Yoluxanlarla təmasda olanlar üçün:
● Əgər yoluxmuş şəxslə təmasda olan peyvəndin iki dozasını vurdurubsa və ikinci doza vurulandan sonra 14 gündən 90 günə qədər vaxt keçibsə karantin ümumiyyətlə lazım deyil.
● Peyvəndin üçüncü, buster dozasını vurduranlar üçün də karantinə ehtiyac yoxdur.
● Kovidə yoluxub sağalan şəxslər virus təsdiqlənəndən 60 gün müddətində karantindən azad edilirlər.
● Yuxarıda sadalananların hamısı yoluxanlarla təmasdan sonra 10 gün müddətdə mütəmadi maskada gəzməli və bütün nizamlamalara əməl etməlidirlər.
● Peyvənd vurdurmayanlara gəlincə, onlar üçün yoluxanlarla təmasdan sinra 8 gün müddətində karantin məcburiyyəti saxlanılır. Sonra onlar daha dörd gün ərzində mütəmadi maskada gəzməlidirlər.
“Omikron” ştammı Gürcüstanda tədricən dominantlıq qazanır və yoluxma templəri fəlakət dərəcəsində artır. 2021-ci il noyabrın ortalarında Cənubi Afrikada aşkarlanan bu yeni ştamm dekabrın 20-də artıq Gürcüstanda da qeydə alınıb. Bu ştamm daha sürətli yayılır, amma ilkin məlumatlara görə, daha yengün simptomlara malikdir.
Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidzenin sözlərinə görə, Gürcüstanda”Omikron”un səbəb olacağı yoluxmalar dalğasının yüksəlişi başlayır.