Gürcüstanda “diskriminasiya karantininin” ləğvini tələb edirlər
Gürcüstan vətəndaşlarından bir qrup karantin məhdudiyyətlərinin ləğvi tələbi ilə petisiya tərtib edib. Onlar hesab edirlər ki, Tbilisinin epidemioloji təhlükəsiz kimi tanıdığı 5 Aİ ölkəsindən (Almaniya, Fransa, Latviya, Litva, Estoniya) qayıdan yerli vətəndaşlar iki həftəlik məcburi karantində saxlanılmamalıdırlar. Üstəlik də əgər bu 5 ölkənin vətəndaşları Gürcüstana gəldikləri zaman onlara hərəkət azadlığı verilirsə.
Bununla yanaşı petisiya müəllifləri beynəlxalq hava əlaqələrinin bərpasını tələb edirlər. Bundan başqa vurğulanır ki, Gürcüstan hökuməti üç böyük şirkətə aviareyslərin təşkili üçün icazə verib və onlar da məhdud sayda reyslər təşkil edirlər, biletləri hamı üçün əlçatan olan kiçik büdcəli aviaşirkətlər isə prosesdən kənarda qalıb.
- Gürcüstan beş ölkə üçün sərhədlərini açır. Amma aviareyslər yoxdur
- PCR-test, karantin, özünütəcrid – Gürcüstana gələn və Gürcüstandan gedənlər nələri bilməlidirlər?
Gürcüstan hökumətində hesab edirlər ki, qüvvədə qalan məhdudiyyətlər diskriminasiya deyil və ölkə əhalisinin epidemioloji təhlükəsizliyinə xidmət edir.
change.org saytında yerləşdirilmiş petisiyanı 600 nəfərdən çox insan imzalayıb.
Petisiya müəllifləri mütəmadi beynəlxalq aviareyslərin bərpasını tələb edirlər