Gürcüstana “idxal edilən” covid-19 yoluxmalarının yarısından çoxu Rusiyanın payına düşür
Xəstəliklərə Nəzarət Milli Mərkəzinin (NCDC) Gürcüstanda iyulun 11-ə olan vəziyyətə əsasən hazırladığı hesabata əsasən, “idxal olunan” koronavirus yoluxmalarının 46,6 faizi Rusiyanın payına düşür.
Yoluxanlar arasında 111 tibb işçisi var. Regionlar arasında ən pis vəziyyət Kvemo Kartlidə yaranıb.
İlk yoluxma halı 2020-ci il fevralın 26-da qeydə alınıb.
Həmin gündən iyulun 11-ə qədər 980 nəfərdə covid-19 təsdiqlənib – onlardan 499 (50,9 faiz) nəfər kişi və 481 (49 faiz) nəfər qadındır.
Xəstələrin ən yaşlısı 90 yaşında, ən kiçiyi isə 9 aylıqdır.
18 yaşdan kiçik 105 xəstədə (bütün xəstələrin 10,7 faizi) covid-19 aşkarlanıb.
Koronavirusun ən intensiv yayılması Tbilisi və Kvemo Kartlidə, ən az yayılması isə Sameqrelo, Zemo Svaneti və İmeretidə qeydə alınıb.
Ən böyük koronavirus “idxalı” Rusiyanın payına düşüb – 272 haldan 127, yəni 46,6 faiz. Rusiyanın ardınca Türkiyə – 23 hal (8,4 faiz), Azərbaycan – 22 hal (8 faiz) və Ermənistan – 21 hal (7Ş7 faiz) gəlir.
- Gürcüstan Avropa İttifaqının beş ölkəsi ilə sərhədləri açır. Amma reyslər həyata keçirilmir
- Gürcüstana gələn əcnəbi biznesmenlər üçün öz hesablarına iki həftəlik karantin, yoxsa PCR-test
Bütün xəstələrin (129 yoluxma halı) 11,2 faizi tibb işçiləridir. 1 hal ölümlə nəticələnib – 70 yaşlı Kvemo Kartli sakini olan qadın vəfat edib.
Həkimlərin yoluxma hallarının 57-i covid-klinikalarda, 26-ı təcili yardımda, 15-i adi klinikalarda, 2-i kənd ambulatoriyasında baş verib.
Təsdiqlənmiş yoluxma hallarının 11 faizi əlamətsiz davam edir. Əlamətlərdən ən spesifikləri qızdırma (54 faiz), ümumi halsızlıq (34 faiz) və öskürək (24 faiz) olub. daha 17 faiz boğazda quruluq və ağrıdan, 14,5 faiz baş ağrısından, 10,1 faiz burun axmasından şikayət edib.
Stasionarlardan evə buraxılan 800 pasiyentdən 69,1 faizi karantin zonalarından xəstəxanaya yerləşdirilib.