Gürcüstana gələn biznesmenlər üçün öz hesabına iki həftəlik karantin, ya da PCR-test
Gürcüstan hökuməti bütün ölkələrin biznesmenləri üçün sərhədləri açmaq qərarına gəlib. İşgüzar səfərə gələn insanlar bir neçə şərtə əməl etməli olacaqlar.
Öz hesabına iki həftəlik karantin keçmək və ya iki həftə ərzində 72 saatdan bir PCR-test vermək lazımdır.
Bundan başqa, onlar ilkin olaraq səfər detallarını müvafiq müəssisə ilə razılaşdırmalı, o cümlədən də stopcov.ge saytında xüsusi forma doldurmalıdırlar.
Bu tələblər Gürcüstanın sərhədlərinin heç bir məhdudiyyətsiz açdığı Avropa İttifaqının beş ölkəsinə (Almaniya, Fransa, Latviya, Litva, Estoniya) şamil edilmir.
Biznesmenlər üçün sərhədlərin açılması mühüm və vacib qərardır – iqtisadiyyat naziri Natiya Turnava deyib. O hesab edir ki, biznesmenlər öz vaxtlarına dəyər verirlər, buna görə də təklif olunan variantlardan çox güman ki, ikincini seçəcəklər və koronavirus testindən keçəcəklər.
Gürcüstan hökumətindən beynəlxalq aviareyslər bərpa edilmədiyi halda əcnəbi biznesmenlərin ölkəyə necə gələcəyini dəqiqləşdirməyiblər.
Gürcüstan laboratoriyalarında PCR-test 150-250 laridir [50-80 dollar arası] – Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
Tbilisi, foto JAMnews