Gürcüstan XİN: Gürcüstan bayrağının “3+3” görüşündə istifadə olunması yolverilməzdir
Gürcüstan və “3+3” formatı
Gürcüstan XİN bildirib ki, Gürcüstanın dövlət bayrağının “3+3” formatında region ölkələri nümayəndələrinin görüşündə istifadə olunması yolverilməzdir. Qurumun məlumatına görə, buna “müvafiq reaksiya” da verilib.
“Gürcüstan tərəfi dəfələrlə “3+3” regional formatı üzrə qəti mövqeyini bildirib. Biz Gürcüstanın bu formatda iştirakını müzakirə etməyəcəyik. Dekabrın 10-da Moskvadakı görüşdə Gürcüstan bayrağı təqdim olunub, bu da bizim üçün təbii ki, qəbulolunmazdır və biz müvafiq diplomatik kanallardan istifadə edərək bunareaksiya vermişik”, – bəyanatda deyilir.
- Cenevrədə Rusiya-Gürcüstan danışıqlarında Rusiya nümayəndə heyəti görüşü tərk edib
- Gürcüstan XİN: Moskvanın işğal xəttinin delimitasiyası haqda bəyanatları qəbuledilməzdir
Dekabrın 9-da Gürcüstan XİN ölkənin 10 dekabr Moskva görüşündə iştirak etməyəcəyini və “3+3” platformasına qoşulmaq ehtimalını nəzərdən keçirməyəcəyini açıqlayıb.
“3+3” formatının ideyası Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 2020-ci il ikinci Qarabağ müharibəsindən sonra irəli sürülüb.
Format altı ölkənin – Türkiyə, Azərbaycan, Ermənistan Gürcüstan, Rusiya və İranın iştirakı ilə ümumi platforma yaradılmasını nəzərdə tutur – Ərdoğanın dediyi kimi regionda sülhün bərqərar olması üçün.
Ən başından Gürcüstan tərəfi bu formatda iştirakdan imtina edib.
Amma Ərdoğan bu təşəbbüsünü 2021-ci ilin iyununda Azərbaycana səfəri zamanı təkrarlayıb.
Daha sonra Türkiyə bildirib ki, Qafqaz regionunda sülhə regional əməkdaşlıq vasitəsilə nail olmaq mümkündür və bu, bütün dünya üçün faydalı olacaq.
“Yalnız Azərbaycan yox, həmçinin Ermənistan da daxil olmaqla bütün region ölkələri, o cümlədən də bütün dünya üçün Qafqazdakı sakitlik faydalı olacaq”, – Ərdoğan bildirib.